Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Xarici mətbuat səhifələrində

 

Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlanıb 

Böyük Britaniyanın  Quacquarelli Symonds (QS World University Rankings) konsaltinq kompaniyası 2011-ci il üçün dünyanın 300 ən yaxşı ali məktəblərinin siyahısını açıqlayıb. Nüfuzlu reytinq siyahısına  artıq ikinci ildir ki, Böyük  Britaniyanın Kembric Universiteti rəhbərlik  edir.  Sonrakı 3 yeri  Amerika universitetləri tutublar.  Harvard Universiteti 2-ci, Massaçusets Texnologiya Universiteti 3-cü, Yel Universiteti 4-cü yerdə qərarlaşıblar. Siyahıda növbəti üç yer yenə də Böyuk Britaniya universitetlərinə məxsusdur. Oksford Universiteti 5-ci, London İmperiya Kolleci 6-cı, London Universiteti Kolleci 7-ci yerdədir. İlk onluğun sonuncu  iki yeri  yenə də Amerika universitetləri - Çikaqo və Pensilvani universitetləri tutublar.  Beləliklə, ilk onluq Amerika və Böyük Britaniya universitetlərindən  ibarətdir.    İkinci onluqda Amerikanın 7 universiteti yer alıb. İkinci onluqda İsveçrə, Kanada və Böyük Britaniya hərəsi bir universitetlə təmsil olunub. Tokio Universiteti 25-ci yeri, Paris Ali Normal Məktəbi 33-cü, Pekin Universiteti 46-cı, Almaniyanın Qeydelberq Universiteti 53-cü yeri tutub.   

Qeyd edək ki, QS World University reytinq cədvəli 2004-cü ildən başlayaraq hər il keçirilir. İlk vaxtlarda konsaltinq kompaniyasının mütəxəssisləri reytinq cədvəlini "The Times" jurnalı ilə birlikdə aparıblar. Lakin 2009-cu ildən Quacquarelli Symonds reytinq cədvəlini müstəqil surətdə  özü tərtib etməyə qərar verib.

Nüfuzlu reytinq cədvəlində Rusiyanın iki ali məktəbi - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (112-ci yer) və Sankt-Peterburq Universiteti (251-ci yer) də yer alıblar. MDU indiki reytinq cədvəlində Amerikanın Ohayo və Merilend universitetləri arasında yer tutaraq nüfuzlu mövqe əldə edib.

İtaliyanın Bolon Universiteti MDU-dan aşağıdadır (183-cü yer). Yaponiyanın Vaseda və Keyo universitetləri isə cədvəldə müvafiq olaraq 185-ci və 188-ci yerdədirlər.

QS World University-ın reytinq cədvəlindən fərqli olaraq Times Nigher Education-un dünyanın 200 ən yaxşı universitet siyahısında Rusiya ali məktəblərinin adları çəkilmir. Times Nigher Education-nun dünyanın ən nüfuzlu universitetlərinin  2011-ci il üçün reytinq cədvəli oktyabrın 6-da açıqlanacaq. Bir faktı da qeyd edək ki, tarixində ilk dəfə olaraq Ukraynanın 2 ali məktəbi də  QS World University-un növbəti reytinq cədvəlində yer alıb. Donetsk Milli Universiteti və Ukrayna Texniki Universiteti (Kiyev Politexnik İnstitutu) dünyanın 20000  ali məktəbi arasından seçilmiş 700 ən yaxşı universitetləri siyahısına düşüb. Adıçəkilən ali məktəblər reytinq cədvəlinə  şirkətin apardığı "müəllim-tələbə münasibəti" kriteriyası üzrə ən yaxşı nəticə göstərdiklərinə görə düşüblər.

 

Novruz bayramı Türkiyədə dərsliklərə salındı 

Dünya türklərinin ən gözəl yaz bayramı hesab olunan Novruz Türkiyədə dərsliklərə düşdü. Türkiyənin Milli Egitim Bakanlığı (Təhsil Nazirliyi) "Yeni gün" mənasını daşıyan Novruzun artıq din və əxlaq elmləri dərsliklərində tədris olunması  barədə qərar verib. Türkiyədə nəşr olunan "Yeni şəfəq" qəzetinin yazdığına görə, Novruz bundan sonra ibtidai məktəblərdə şagirdlərə mənimsədiləcək. Novruzun türk və müsəlman dünyasının ortaq dəyərlərindən olduğunu dərs kitablarında uşaqlara çatdıracaq Milli Egitim Bakanlığı Novruzun tarixi ilə bağlı məlumatların da kitablarda işıqlandırılmasına diqqət ayırıb.      

 

Qazaxıstanda elektron təhsil rəsmən işə düşdü 

Sentyabrın 12-də Astanada 53 nömrəli lisey-məktəbdə ilk elektron  tədris proqramının (e-learning) təqdimatı keçirilib. Proqramın həyata keçirilməsi gedişi ilə  respublikanın təhsil və elm naziri Baxıtcan Jumaqulov tanış olub. Onun sözlərinə görə, istənilən valideyn İnternetdə öz övladının parol və loqinini bilməklə onun elektron gündəliyinə daxil ola biləcək və övladının dərsə davamiyyəti, təhsil uğurları, məşğələlərin cədvəli ilə tanış ola biləcək. E-learning Astanada, Almatı və Karaqanda  vilayətinin 44 məktəbində tətbiq olunur.  Məktəblilərə  noutbuklar  və  fərdi  kompüterlər  verilib.  Qazaxıstan  tarixi,  fizika  və  riyaziyyat  dərslikləri  rəqəmsal  sistemə  keçib.  Nazir  bildirib  ki,  elektron  təhsil  iki  mərhələdə  başa  çatdırılacaq.  2016-cı  ilə  qədər  birinci mərhələ başa çatacaq, cari ildə elektron  təhsil  44  məktəbdə  tətbiq olunubsa,  gələn il onların sayı 10 dəfə  və  daha  artıq  olacaq.  "Bu, böyük  iş,  beynəlxalq  təcrübə,  beynəlxalq  sınaqdır", - deyə nazir əlavə edib. 

 

Amerikalı valideynlər müəllimlərlə ünsiyyətdən qaçırlar 

Amerikalı valideynlər övladlarının dərs uğurları, davamiyyətləri barədə məlumatları hansı mənbədən almağa üstünlük verirlər? Təhsil sahəsində konsaltinq xidmətləri göstərən  GlobalScholar şirkətinin xahişi ilə bu sahədə rəy sorğusu keçirmiş Narris Interactive rəy mərkəzi bildirir ki, amerikalılar müəllimlərlə  şəxsi söhbətlərdə övladlarının məktəbdəki davranışları və onların təhsil uğurları barədə məlumat almaq istəmirlər. Rəy sorğusunda iştirak etmiş valideynlərin 4/3-dən çoxu məlumatın əldə olunmasının bu və ya digər formasını seçirlər.

Beləliklə, valideynlərin 28 faizi məlumatları İnternet portallar, 24 faizi elektron poçtlar, 12 faizi yazılı məktublar, 11 faizi telefonla, 2 faizi SMS ismarışla almağa üstünlük  verir.

Dünyada 800 milyon insan yazıb-oxuya bilmir 

BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı  YUNESKO  dünyada 800 milyon insanın oxumağı və yazmağı bilmədiyini açıqlayıb. Benin, Burkina Faso, Etiofiya, Qambiya, Nigeriya,  Haiti, Mali, Seneqal, Sierra Leon və Çad kimi ölkələrdə yeniyetmələrin yarıdan çoxu oxuyub-yazmağı bilmir. Məlumatda qeyd olunur ki, onların arasında qadınlar əksəriyyət təşkil edir. YUNESKO məktəbyaşlı 67 milyon uşağın ibtidai məktəbə gedə bilməməsindən, 72 milyon gəncin isə liseylərdən kənarda qaldığını bildirib.

YUNESKO-nun Baş katibi İrina Bokova dünya ölkələrinin öz üzərlərinə  oxuma-yazma sahəsində daha artıq siyasi öhdəliklər götürməli olduğunu qeyd edib. Baş katib hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti qurumlarını və özəl sektoru oxuma-yazma məsələsinə xüsusi diqqət ayırmağa çağırıb.  

Ukraynada ali məktəblərə qəbul balları artırılır 

Gələn ildən başlayaraq Ukraynanın ali məktəblərinə qəbul şərtləri dəyişəcək. Ukraynanın Təhsil və Elm Nazirliyi 2012-ci ildən ölkənin ali məktəblərinə yeni qəbul şərtlərini nəzərdə tutan layihəni ictimaiyyətin müzakirəsinə təqdim edib. Yeni şərtlərə müvafiq olaraq keçid balı bütün profil fənlər üzrə 124 baldan 140 bala qədər artırılır. Layihə nazirliyin saytındakı "ictimai müzakirə" rubrikasında yerləşdirilib və arzu edən şəxslər sentyabrın 25-nə qədər öz fikirlərini xüsusi qeydiyyat formasında quruma göndərə bilərlər.    Qəbul şərtləri ictimaiyyətdə kifayət qədər dəstək qazanarsa, gələn ildən başlayaraq yenilik məcburi qaydada bütün ali məktəblərə şamil olunacaq. Ukraynanın təhsil və elm naziri  Dmitri Tabaçnikin sözlərinə görə, magistraturaya  qəbul  şərtləri  dəyişməyəcək.  O qeyd  edib  ki,  bakalavr  proqramı  üzrə  ən yaxşı  məzunların  seçimində  müsbət  təcrübə  əldə  olunub. 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov