Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Yurda bağlı ömür

 

Doğma yurda ata-baba irsindən gələn bağlılıq onu kənddən ayıra bilməmişdir. Keçmiş SSRİ məkanında öz şəxsi təşəbbüsü ilə "dostluq klubu" və "dostluq kitabxanası" yaradan, ən məşhur və görkəmli elm və mədəniyyət xadimləri, hərbçilər, generallar, admirallar, marşallar, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, partizanlarla, müxtəlif ölkələrin məktəbliləri və müəllimləri ilə sıx ünsiyyətdə olub, 50 ildən çox doğma Azərbaycanı tanıtmaqda onun əməyi misilsizdir.

Haqqında söhbət açmaq istədiyim, yaşı bu günlərdə 75-ə çatan əməkdar müəllim, keçmiş SSRİ-nin maarif əlaçısı, respublika maarif əlaçısı, üst-üstə 30-dan çox mötəbər təşkilatdan fəxri fərmanlar, diplomlar alan, yazıçılar və jurnalistlər birliklərinin üzvü, "Qız qalası", "Cəsarətli jurnalist", "Vicdanlı qələm", "Müqəddəs qələm" media mükafatları  laureatı, pedaqoq Sadıq Xanəliyev 55 illik əmək fəaliyyətini Ordubadın ucqar Bist kəndində cilalamışdır.

Təkcə onu demək kifayətdir ki, onun şəxsi kitabxanasında Nobel mükafatı laureatlarından tutmuş dövlət mükafatı, xalq yazıçı və şairlərinədək Avropa və Asiyanın 4 minədək görkəmli şəxsinin avtoqrafla Sadıq Xanəliyevə hədiyyə etdiyi kitablardan yaratdığı muzey kitabxananın heç yerdə analoqu yoxdur.

Sadıq Xanəliyev 1953-cü ildə Bist kənd y

eddiillik məktəbini "əla" qiymətlərlə bitirsə də, o dövrdə texnikuma imtahansız qəbul imtiyazını əlindən aldıqlarından 6 fəndən imtahan verərək Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna qəbul olur. 1960-cı ildə ordu sıralarındakı xidmətini və texnikumu bitirib doğma kəndə aqronom kimi qayıdır. Kolxozda aqronom işləməklə bərabər, kənd məktəbində də əmək təlimindən dərs deyir. Elmə, biliyə tükənməz həvəsi onu Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirir. 1970-ci ildə universiteti bitirərkən diplom işini böyük ədib, görkəmli ziyalı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Əziz Şərifin elmi pedaqoji fəaliyyətinin 60 illik şərəfli yolunun tədqiqinə həsr edir. Dörd ay Moskvada Əziz Şərif yaradıcılığının incəliklərini rus mənbələrindən tədqiq və təhlil edir. Universitetdə diplom işinin müdafiəsində professor Abbas Zamanov zarafatla təklif edir: "Məncə, yubanmağın vaxtı deyil. Sadıq dissertant, yaxud aspirant olmasa da, ona elmlər namizədi  elmi dərəcəsi verilməlidir. Çünki 150 səhifəlik bu fundamental iş hətta doktorluğa layiqdir".

Sadıq müəllim kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir. 100-dən çox şagirdi (qonşu kəndlərdən gələnlər də) ali, 250-dən çoxu orta ixtisas təhsilinə yiyələnməkdə digər müəllimlərlə yanaşı Sadıq Xanəliyevin də haqq-sayını unutmur.

1951-ci ildən bu günədək mətbuatda qələm çalan, "Yada sal məni", "Xatirə", "Dahilər yetirən müəllim", "Ömrün zirvəsi", "Unuda bilməyəcəyəm" kitablarının müəllifi olan dilçi, ədəbiyyatçı, həm də publisist yazıları, elegiya və esseləri ilə keçmiş İttifaqda yaxşı tanınan, rayon qəzetindən tutmuş "Oqonyok", "Elm və həyat" jurnallarında şeirləri rus və ukrayna dillərinə tərcümə edilən, şeirlərinə bəstəkarların mahnı bəstələdiyi Sadıq müəllim bütün uğurlarını kənddən ayrılmadan doğma məktəbdə və ata-baba ocağında qazanmışdır.

Sadıq müəllimin kənd məktəbi şagirdlərinin hərbi vətənpərvərlik, Vətənə, yurda sadiqlik tərbiyəsi sahəsində apardığı iş SSRİ və Azərbaycan Respublikası Veteranlar Şurası tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Moskvada Böyük Teatrın qabağındakı meydanda bistli məktəbliləri İkinci cahan müharibəsinin qanlı döyüşləri gedən yerlərə aparan "İkarus" avtobuslarının baş tərəfinə yazılardı: - Bist-Volqoqrad, Bist-Brest, Bist-Oryol, Bist-Kursk, Bist-Kiyev və hətta uzun illər ərzində ucsuz-bucaqsız ölkələrdən Sadıq müəllimin ünvanına özbək, rus, tacik, ukrayna, moldav, tatar, başqırd dillərində gələn saysız-hesabsız məktubların ünvanında yazılırdı: - Naxçıvan Muxtar Respublikası, Bist şəhəri.

Sadıq müəllim doğma yurdu, kəndini cahana şəhər kimi tanıtmışdı. Onlarca görkəmli şəxs Bistə - Sadıq müəllimin rayon kitabxanasına, onun vətənpərvərliyi tətbiq etdiyi məktəbə şəxsən qonaq gəlmişdir. Bir dəfə 40-dək ukraynalı müəllim və şagird Sadıq müəllimin 15 gündən çox qonağı olmuşdur. Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Mixail Şoloxov, Aleksandr Meresyev, Rəsul Həmzətov, Maksim Tank, Sergey Smirnov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Konstantin Simenov, Oleq Qonçar, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Oljas Süleymenov, Çingiz Aytmatov, Rəfael Mustafin, Yeqor İsayev, Mixail Stelmaks, Oleq Şestinski, Valentin Ostovski, Məmməd Araz, Nəriman Həsənzadə, Sergey Baruzdin, Nəbi Xəzri, Petrus Brovka, Mirzə Tursunzadə, Aleksandr Tvardovski, Əziz Şərif kimi görkəmli yazıçı və şairlər, alimlər, məşhur qəhrəmanlar, o dövrün müttəfiq respublikaları yazıçılar ittifaqlarının (Rusiya, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Qırğızıstan, Türkmənistan, Özbəkistan) katibləri öz əsərlərini, dostluq məktublarını Sadıq müəllimin kitabxanasına göndərər, çoxları şəxsən Bistə gələrdilər.

Sadıq müəllimin həyətində SSRİ Yazıçılar İttifaqının birinci katibi Oleq Şestinskinin öz əli ilə əkdiyi qələmə ağacları 40 ildə boy verib, Bistin ən uca ağaclarını üstələyib.

Sadıq müəllim bu əlaqələri yaradarkən Azərbaycan ədəbi mühitini yaymağı qarşısına əsas məqsəd qoyurdu. Onun öz şəxsi vəsaiti ilə 1000-dən çox kitab (istər Azərbaycan, istər başqa dillərə tərcümə olunaraq) Sadıq müəllim tərəfindən respublikamızın bayrağı, gerbi, himni olan atributlarla birlikdə həmin şəxslərə, məktəblərə, kitabxanalara hədiyyə edilirdi.

Bir dəfə Kiyevdə Novruz bayramı günü bistli məktəblilərinin üzündən sevinc yağdığını görən SSRİ xalq artisti, məşhur müğənni Sofiya Rotaru Sadıq müəllimin ucqar Bistdən qəhrəman Kiyev şəhərinə avtobusla məktəbli gətirdiyini biləndə konsert salonuna bilet satışını dayandırıb, açıq havada, Novruz tonqalı ətrafında pulsuz olaraq bistli məktəblilərin şərəfinə üç saat konsert vermiş, minlərlə kiyevli tamaşaçı bu dostluğa heyran qalaraq meydana gəlmişlər. Elə tonqal ətrafında məşhur partizan, Sovet İttifaqı Qəhrəmanı Karaçuk bistli şagirdlərlə rəqs etmişdir.

SSRİ Əmək və Müharibə Veteranları Şurasının sədri marşal Batov hərbi-vətənpərvərliyin təbliğinə görə Sadıq müəllimə fəxri fərman və kitabxanasına qiymətli kitablar hədiyyə etmişdir.

Fransa partizan hərəkatının qəhrəmanı, 273 alman təyyarəsini səma döyüşündə şəxsən məhv etmiş Normandiya-Neman polkunun komandiri, Sovet İttifaqı Qəhrəmanı, fransız general Piyer Puyat Sadıq Xanəliyevin faşizmə və müharibəyə nifrət təbliğindəki fəaliyyətinə görə özünün idarə etdiyi qırıcı təyyarənin və Parisin məşhur Eyfel qülləsinin maketlərini Sadıq müəllimin muzey kitabxanasına bağışlamışdır.

 İkinci cahan müharibəsində azəri övladlarının misilsiz qəhrəmanlığının işıqlandırılmasında Sadıq müəllimin axtarışlarının böyük rolu olmuşdur. Elə tivili leytenant Məmmədhüseyn Kərimovun (hazırda Tivi  orta məktəbi öz qəhrəman övladının adını daşıyır), cəsur partizan, hazırda Culfa rayonunun Əlincə kəndində yaşayan yaşı 90-a çatmış, əsirlikdən qaçıb qəhrəman Mehdi Hüseynzadənin silah yoldaşı olmuş Məmməd Məmmədovun və digərlərinin qəhrəmanlıq salnamələri məhz Sadıq Xanəliyevin fransalı, italiyalı, ukraynalı məşhur partizanlarla, öz eloğlumuz, Fransa partizan hərəkatının görkəmli nümayəndəsi, "Kordiliyer" medalı ilə təltif olunan, prezident Şarl De Qolun həyatına sui-qəsdin qarşısını alıb onu xilas edən, övladı Şuşa döyüşlərində həlak olan Əhmədiyyə Cəbrayılovla sıx əlaqələri, məktublaşmaları, mətbuatda işıqlandırılaraq Vətən övladlarının hünəri ortaya çıxarılmışdır.

Sadıq müəllimin bu günlərdə qonağı oldum. Axı biz 1960-cı ildə onunla texnikumu bir bitirmişdik. 4 il sinif yoldaşı olmuşduq. O, kənd həyatına, əməyə necə bağlıdırsa söhbətimiz elə bağ-bağçasında, əkin yerində daha şirin keçdi. Əlində işlənib ancaq tiyəsi qalan oraq var idi. Təzəcə doğmuş inəyinə arxların qırağından ot biçirdi. Orağa diqqətlə baxdığımı görəndə dilləndi:

- Bu orağın nə az, nə çox, düz 100 yaşı var. Anam Hində Şərurun Aralıq kəndindən atam Şahsuvara gəlin gələndə babam Alməmməd o vaxtın ata yüklənən yüngülvari cehiz qab-qaşığına bu orağı da pay qoyub, kənd yeridi, qolunuzdan tutar, - deyib. Doğrudan da cəbhədən qayıtmayan atamızdan sonra ağır illərdə anam bu oraqla bizi yaşatmışdır - dedi:

Sadıq müəllim xatirələrə daldıqca elə bil uşaq təbiətinə dönürdü. Dedi ki, məni qınamayın, ömrümdə iki dəfə bərk imtahana düşmüşəm. 1951-ci ilin baharında Naxçıvan şəhərində, "Böyük bağda" o vaxt Dram Teatrın yerləşdiyi yerdə xalq şairi Səməd Vurğunla görüş keçirilirdi, iynə atsan yerə düşməzdi. VII sinfi təzəcə qurtarmışdım, yeniyetmə idim. Kimsə şairə dedi ki, bu  cavan oğlan sizin qəzetdə dərc olunan "Zəncinin arzuları" poemasından bir parçanı əzbər bilir. Məni ortaya çəkdilər. Doğrudan da Səməd Vurğunun gözləri  qartal gözünə oxşayırdı. Qeyri-adi bir həyəcan keçirdim. Şeiri necə ürəkdən, həyəcanla dedimsə, şair məni uşaq kimi qucağına alıb bağrına basdı. Hamı əl çaldı. Həyəcandan pörtüb qızarmışdım. İkinci belə bir həyəcanım ulu öndərimiz Heydər Əliyevlə 1990-cı ilin yayında  görüşdüyüm zamanı da oldu. Eşidəndə ki, xalqımızın qəhrəman oğlu Heydər Əliyev doğulduğu torpağa gəlib gecə sübhədək yuxum gəlmədi. "Silinməz" adlı bir şeir yazdım. Naxçıvan şəhərinə gəldim. Ulu öndərlə görüşdüm. İcazə alıb uşaq kimi əllərimi yanıma salaraq onun qarşısında həmin şeiri dedim.

Həyəcanımı görən dövlət xadimi məni sakitləşdirəndə dedim:

- Yoldaş Əliyev, Sizin xalqımız qarşısında misilsiz xidmətləriniz Şah İsmayıl Xətai, Mustafa Kamal Atatürk haqqı-sayı kimidir. Mən həyəcansız dayana bilmirəm.

Heydər Əliyev gülümsündü, o biri otağa keçib öz fotosunu gətirərək mənə avtoqraf yazdı. Bu mənim kitabxanamdakı 4 minə yaxın avtoqrafların ən əzizi və şirinidi.

Sonralar Naxçıvanda Heydər Əliyevlə dörd dəfə görüşümüz oldu. Vaxtilə keçmiş İttifaqın baş qəzeti olan "Pravda"nın 1979-cu il 9 yanvar sayında birinci səhifədə "SİTA"nın məlumatı ilə Bist kəndində Sadıq Xanəliyevin muzey-kitabxanası barədə oxuculara məlumat verildikdən sonra Ordubaddan Bistə xüsusi rabitə xətti çəkilərək bu zəngin muzey-kitabxana mühafizəyə götürülmüşdür. Keçmiş İttifaqın 80-dən çox şəhəri ilə sıx əlaqə saxlayan, 40-dan çox Sovet İttifaqı Qəhrəmanı, 21 Sosialist Əməyi Qəhrəmanı, 25 Lenin mükafatı laureatı, 5 Sovet İttifaqı marşalı, yüzədək şair, yazıçı, akademiklərlə şəxsən dostluq əlaqəsi yaradan kənddə həmin şəxslərin çoxunun Bist camaatı və məktəblilərlə səmimi görüşləri Sadıq müəllimin, Bist camaatının indi də yaddaşındadır.

6 qız, bir oğul atası olan Sadıq müəllimin həyat yoldaşı Rəfiqə xanım dərzidir. İynə sapından çıxan paltarlarla çox uşaqları, qız-gəlini sevindirib. Tanrı bu sevincə bir pay da əlavə edib. Altı qızdan sonra Sadıqın ad günündə Əli adında bir oğul övladı dünyaya gəlib. Ata-oğul bu günü bir şənlikdə qeyd edirlər. Əli də atasının yolu ilə gedir, kənd məktəbini, Naxçıvan Dövlət Universitetini bitirib, xarici dil müəllimidir, ailə qurub, övlad-uşaq sahibidir.

Ucqar dağ kəndində 55 illik pedaqoji fəaliyyəti, digər xalqların görkəmli elm-mədəniyyət xadimləri, yazıçı ıə şairləri, qəhrəmanları  ilə sıx ünsiyyətdə olub xalqımızın mədəni irsinin təbliği sahəsindəki böyük xidmətləri yüksək qıymətləndirilən Sadıq Xanəliyevə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə "Naxçıvan MR-in əməkdar müəllimi" fəxri adı verilmişdir.

Doğma yurdu əzizləyib ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Sadıq müəllim mənim gözümdə elə Gəmiqaya kimi ucadan ucadır. Vətən, yurd seviləndə, əzizlənəndə Vətən olur, yoxsa onun qürbətlə nə fərqi olardı? 

Qaşdar ƏLİYEV,
respublikanın əməkdar təbiəti mühafizə işçisi,
akademik Həsən Əliyev mükafatçısı,
 Jurnalistlər Birliyinin üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov