Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Beynəlxalq əlaqələr genişlənir

 

2008-ci ildən yeni strukturla fəaliyyətə başlayan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu xarici ölkələrin müvafiq elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişafını daim diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin nəticəsidir ki, qısa müddət ərzində dünyanın 15-ə qədər ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilələr imzalanmış, konkret işlər həyata keçirilmişdir.  

İnstitutumuzun əsas təşkilatçılığı ilə son üç ildə dörd beynəlxalq konfransın keçirilməsi (���������� ������������ �������������� ������ � �������� ������������: ������ � ������������. ����, 2008, ��������������� �������������� �����������: ����������� ��������� � ������������ �����������. ����, 2009, ����������, �������� ����������� � �������� ����, 2010; �������������� ��������������� ������������: ������������ ��������. ����, 2011), maliyyə həcminə görə Cənubi Qafqazda ən böyük layihə - TEMPUS-RİTSA layihəsində iştirakımız (Fransanın, Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, həmçinin Azərbaycanın ali məktəbləri ilə birgə) görülən konkret işlər sırasındadır.

İvanovsk Vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru, professor Marina Dmitriyevanın dəvəti və təhsil naziri, professor Misir Mərdanovun razılığı ilə institutumuzun rektoru, professor Asəf Zamanov 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" II Beynəlxalq konfransın təşkili ilə əlaqədar hazırlıq işlərinin görülməsi, əlavə təhsilin problemləri və perspektivləri sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin çapı üçün beynəlxalq elmi-metodik jurnalın konsepsiyasının hazırlanması (elmi-metodik jurnal Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Ukraynanın müvafiq ali məktəblərinin təsisçiliyi ilə rus və ingilis dillərində nəşr ediləcəkdir), əlavə təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində perspektiv fəaliyyətin müəyyənləşdirilməsi məqsədi ilə cari ilin 12-16 sentyabr tarixlərində adıçəkilən institutda ezamiyyədə olmuşdur. Rektor pedaqoji kadrların ixtisasartırması sahəsində aparıcı ali məktəblərdən olan İvanovsk Vilayət Təhsilin İnkişafı İnstitutunda aparılan işlərlə tanış olmuş, innovasiyalarla zəngin ixtisasartırma kurslarında, xüsusilə rəhbər pedaqoji kadrlar üçün kurslarda informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə ixtisasartırmanın həyata keçirilməsi prosesini izləmişdir.

Professor Marina Dmitriyeva və İvanovsk Vilayət Təhsil Departamentinin I müavini Natalya Sokolova ilə görüşdə təhsil sahəsində əməkdaşlıq, həmçinin "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" II Beynəlxalq elmi konfransın təşkili ilə əlaqədar məsələlər müzakirə olunmuşdur. Pedaqoqların professional səviyyəsinin yüksəldilməsi, müasir həyatın tələbinə uyğun pedaqoji korpusun formalaşması təhsil sisteminin modernləşməsinin zəruri olduğu nəzərə alınaraq əlavə təhsil sisteminin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində aşağıdakıların həyata keçirilməsi qərara alınmışdır: pedaqoqların fərdi ixtisasartırma sisteminin tətbiqi; ümumi təhsilin müasirləşdirilməsi layihəsi çərçivəsində rəhbər pedaqoji kadrların və kadr ehtiyatının yenidənhazırlanması; distant təhsilin bazasının yaradılması və inkişafı; ölkələrimizin təhsilin inkişafı strategiyaları layihələri çərçivəsində pedaqoqların ixtisasının artırılması; təhsil alanların sağlam və təhlükəsiz həyat tərzi mədəniyyətinin formalaşdırılması; peşə əməkdaşlığının genişləndirilməsi; distant təhsil texnologiyalarının təhsil prosesinə tətbiqi, həmçinin ixtisasartırmanın innovativ formalarının (master klass, seminarlar, treninqlər, işgüzar oyunlar, debatlar, brifinq seminarlar, vebinarlar, İnternet-seminarlar, telekonfranslar) tətbiqi. 

Asəf müəllim həmçinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş İvanovo şəhər 18, 21 və  67 nömrəli, İvankovsk kənd məktəblərində məktəbin idarə edilməsi və tədris prosesinin təşkili ilə də tanış olmuşdur. Maraqlı faktdır ki, 18 nömrəli məktəbdə təhsil alan 560 şagirdin 43-ü azərbaycanlıdır. Qeyd etmək yerinə düşər ki, ötən dərs ilində İvankovsk kənd məktəbinin 1-i qızıl, 3-ü gümüş medala layiq görülmüş cəmi 10 məzununun hamısı ali məktəblərə daxil olmuşdur.

Rektor Rusiya Azərbaycan Konqresinin İvanovsk Vilayət şöbəsinin rəhbərliyi, həmçinin fəalları ilə də görüşmüşdür.  

Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov