Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Ali təhsil ocağında milli musiqi  gününün təntənəsi

 

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas  alim,  ictimai  xadim Üzeyir  Hacıbəyovun anadan olmasının 126-cı ildönümü və Milli musiqi  günü münasibətilə Naxçıvan Dövlət Universitetində yubiley tədbiri keçirilib.

Mərasimdə  giriş sözü ilə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  Üzeyir  Hacıbəyovun Azərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq, onun pedaqoq, bəstəkar, musiqişünas  və  publisist kimi yaradıcılığına qısa nəzər salıb. Qeyd olunub ki, bu gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad günü bayram  kimi  hər il ölkəmizdə  geniş  qeyd olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 18 sentyabrın Milli  musiqi  günü kimi qeyd  olunması qərara alınıb. Rektor həmçinin tələbə və müəllimləri  yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müvəffəqiyyətlər diləyib.

NDU-nun Fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova "Üzeyir Hacıbəyov və Azərbaycan musiqi mədəniyyəti" adlı məruzəsində Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından, milli musiqimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söhbət açıb.  Məruzədə vurğulanıb ki, milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən dahi korifey elmi musiqişünaslığın, musiqi  təhsilinin  əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına xidmət edib. Onun yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Tədbirdə dahi  bəstəkar  haqqında  videokadrlar da nümayiş olunub. 

Yubiley tədbiri  dahi bəstəkarın əsərləri əsasında hazırlanan, ali məktəbin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında maraqlı  konsert proqramı  ilə  davam etdirilib.   Bədii hissədə universitetin kamera orkestrinin  müşayiəti  ilə "Leyli və Məcnun" operasından müqəddimə, "Arşın mal alan" operettasından "Əsgərin ariyası", "Koroğlu" operasından "Nigarın ariyası" və digər  əsərlər ifa olunub.  

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat 
şöbəsinin  əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov