Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Təhsilin və elmin inkişafına böyük töhfə

 

Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrələrini verməkdədir. Məqsədyönlü  təhsil strategiyasının nəticəsidir ki,  Naxçıvanda möhkəm milli  əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır. 45-ci tədris ilinə qədəm qoymuş, 32 mindən çox məzunu olan, 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlayan Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazini əhatə edən, yeni tipli universitet  şəhərciyi bir-birinin ardınca istifadəyə verilən yeni tədris binaları ilə günbəgün daha da gözəlləşir. Təkcə 2011-ci ildə istifadəyə verilmiş, mükəmməl şəraitə, füsunkar görünüşə malik tələbə evi, qonaq evi, Tələbə Sosial Xidmət Mərkəzi buna parlaq sübutdur. Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığının tədris binası da əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Universitetin rektoru, akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, universitetdə təhsilin və tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışmışdır. Rektor bildirmişdir ki, hazırda Azərbaycan MEA-nın 2 həqiqi, 5 müxbir üzvünün çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar əldə olunmuşdur. Dünyanın 4 qitəsində yerləşən, 50-dən  çox universitet ilə tərəfdaşlıq edən bu təhsil ocağı Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyində milli ali təhsilimizi layiqincə təmsil edir. Burada dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbə təhsil alır. Bu ali təhsil müəssisəsi Şərq mənəviyyatlı, Avropa təfəkkür tərzinə malik, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsinə əzmlə xidmət göstərir.

Rektor universitetin magistratura pilləsinin təhsilin bakalavr pilləsinin tamamlanmasında və doktoranturanın inkişafındakı rolundan danışmışdır. Qeyd olunmuşdur ki, 1997-ci ildə 9 ixtisas üzrə 24 tələbə ilə fəaliyyətə başlayan magistraturada 21 istiqamət, 40 ixtisas üzrə kadr hazırlığı aparılır. Tədris prosesində 200-dən artıq professor-müəllim heyətinin iştirak etdiyi magistraturanı indiyədək 812 nəfər bitirmişdir ki, onlardan 67-si xarici ölkə vətəndaşıdır. 2011-ci ildə bu təhsil pilləsi üzrə 38 ixtisas üzrə 119 tələbə məzun olmuşdur ki, bunlardan 35 nəfəri xarici ölkə nümayəndəsidir. Hazırda universitetdə 241 magistrant təhsil alır. Magistr məzunların işlə təmin olunmasına muxtar respublika rəhbərliyinin xususi diqqət və qayğısından söz açan rektor xatırlatmışdır ki,  onların 112 nəfəri bu gün məhz universitetdə, öz müəllimləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.

Millət vəkili, akademik  İsa Həbibbəyli çıxışının sonunda əsaslı şəkildə yenidən qurulan, ən müasir texnologiya və tədris avadanlıqları ilə təmin olunan yeni binanın istifadəyə verilməsini Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə sanballı töhfə kimi dəyərləndirmiş, Ali  Məclisin  sədrinə  universitet  kollektivinin dərin minnətdarlığını çatdırmışdır.

Ərəb dili ixtisası üzrə II kurs magistr Leyla İsmayılova tələbə həmkarları adından çıxış edərək yaradılan yüksək şəraiti, göstərilən hərtərəfli qayğı və etimadı elmdə və təhsildə qazanacaqları nailiyyətlərlə doğruldacaqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil siyasətindən, milli elmin, təhsilin inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində özünəməxsus yer tutaraq, milli təhsil tariximizə yaddaqalan uğurlarla imza atmaqdadır.  Ali Məclisin sədri universitetdə magistratura pilləsinin  regionda elmi-pedaqoji potensiala olan tələbatın ödənilməsi, müvafiq elmi qurumların məqsədyönlü fəaliyyətlərinin təmin olunması  məqsədilə  yaradıldığını vurğulamışdır. Ali Məclisin sədri universitetin elmi-pedaqoji kadrların hazırlanmasında, yüksək ixtisaslı mütəxəssislərin yetişməsində, elmi-pedaqoji, elmi-tədqiqat sahəsində peşəkar səviyyəli gənclərin formalaşmasındakı rolundan bəhs etmiş, magistr tələbələrə dəyərli tövsiyə və tapşırıqlar vermişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. 1908-ci ildə tikilmiş bina klassik memarlıq üslubunu saxlamaqla ən müasir, dünya standartlarına cavab verəcək şəkildə yenidən qurulmuş, yeni tədris avadanlıqları, son nəsil texnologiyalarla təchiz olunmuşdur. Binanın foyesində İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanışlıq olmuş, beşillik tarixə malik, ayrıca kanalda yayımlanan, tədris yönlü Universitet televiziyasının, yenicə yaradılmış "Nuhçıxan" universitet radiosunun proqramları izlənilmişdir.

Ali Məclisin sədri magistraturanın nəzdində yaradılmış "Azərbaycanşünaslıq mərkəzi" və "Tələbə Turizm Assosiasiyası"nın fəaliyyəti ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Azərbaycanşünaslıq" seçmə fənninin tədrisində əhəmiyyətli rol oynayacaq mərkəz Azərbaycançılıq ideologiyasının təbliğinə, Azərbaycanın kompleks şəkildə öyrənilməsinə, Azərbaycan diasporu ilə əlaqələr qurulmasına, dünya universitetlərinə Azərbaycan həqiqətlərinin operativ çatdırılmasına xidmət  edəcək. Bu mərkəzdə azərbaycanşünaslığın ən aktual problemləri - milli tarixin, ədəbiyyatın, mədəniyyətin təşəkkül tarixi ilə bağlı elmi-tədqiqat işləri aparılacaq.

"Tələbə Turizm Assosiasiyası"nın yaradılmasında məqsəd otelçilik və turizm işini inkişaf etdirmək, Azərbaycanın təbiətini, coğrafiyasını, turizm əhəmiyyətli ərazilərini, tarixi və təbiət abidələrini öyrənmək,  tələbələrin bu sahədəki elmi-tədqiqat fəaliyyətlərini genişləndirmək və dünyagörüşlərini artırmaqdır. "Tələbə Turizm Assosiasiyası"nın üzvləri bu məqsədlə Naxçıvan-Bakı-Naxçıvan istiqamətində ilk tur layihəsini həyata keçirmiş, Bakı şəhərinə, Qəbələ və İsmayıllı rayonlarına  səfər etmiş, Türkiyə Cümhuriyyətinin Doğu Bəyazid və Qars bölgələrində də olmuşlar.

Ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, sürətli və simsiz İnternet şəbəkəsinə malik kompüter sinfinə, 600-dən artıq kitab fonduna malik kitabxanaya,  müasir dizayna və yeni avadanlıqlara malik auditoriyalara və digər otaqlara da baxış keçirilmişdir. Magistr dissertasiyalarının müdafiəsi, elmi konfrans və simpoziumların, "dəyirmi masa"ların keçirilməsi üçün nəzərdə tutulmuş, müasir dizayna malik akt zalında magistraturanın tarixindən, tədris və elmi-tədqiqat sahəsindəki uğurlarından bəhs edən sənədli filmə baxılmış, universitetin "Yallı" qrupu musiqi ərməğanı təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov universitetdə aparılan tikinti-quruculuq işləri ilə də tanış olmuş, yeni tədris obyektlərinin tikintisi ilə bağlı tapşırıqlar vermişdir.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov