Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Almaniyalı qonaqlar BDU ilə daha geniş əlaqələr qurmaq istəyirlər

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi Elmlər Universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat qrupunun rəhbəri Ralf Jesenofskini qəbul edib.

Görüşdə BDU-nun yaranma və inkişaf tarixi haqqında qonaqlara məlumat verən rektor Abel Məhərrəmov bu təhsil ocağının beynəlxalq əlaqələrindən, Almaniya universitetləri ilə əməkdaşlıqdan, tibb və biotexnologiya sahəsində münasibətlərin qurulmasından bəhs edib. Rektor, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini də qeyd edib. 

BDU ilə daha geniş əlaqələr qurmaq niyyəti ilə qonaqlar universitetdə molekulyar genetikaya aid 5 günlük  treninq keçirəcəklər.

Qonaqlar bildiriblər ki, bu sahələrin daha da inkişafı üçün əlaqələrin qurulması, dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün  əllərindən gələni əsirgəməyəcəklər.  

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Manheim Universitetinin azərbaycanlı tələbələr və tədqiqatçıların rəhbəri Vüqar Yaqublu da iştirak edib.

Qonaqlar universitetin Biologiya fakültəsinin İmmunologiya laboratoriyası, Molekulyar biologiya sahəsində qrant hesabına Vestminister Universiteti ilə birgə açılmış distant təhsil laboratoriyası və Kimya fakültəsinin NANO texnologiya mərkəzi və digər qurumları ilə tanış olublar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov