Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Bizim Zeynəb müəllim

 

Onu hamı belə çağırır. Ömür yolu olduqca sadə, ibrətamiz və məhsuldardır. Uzun müddət şimal bölgəsinin ucqar dağ kəndində fəaliyyət göstərib, elə ilk uğurları da oranın adı ilə bağlıdır.

1998-ci ildən Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbdə ixtisası üzrə çalışır. Bu təhsil ocağında neçə-neçə nəsil uşaqların təlim-tərbiyəsi ilə məşğul olub.

Zeynəb müəllim belə hesab edir ki, çağdaş dövrdə müəllimin, xüsusilə sinif müəlliminin işi həm asan, həm də çox çətindir. Asandır ona görə ki, sovet dövründə olduğu kimi, indi müəllim pedaqoji prosesin yeganə subyekti deyil, şagirdə də haqlı olaraq subyekt kimi baxılır və məktəb xidmət sahəsidir. Son illərə qədər təlim-tərbiyə prosesində müəllim öyrədən, şagird isə öyrənən tərəf kimi başa düşülürdüsə, artıq bu konsepsiya ömrünü başa vurub. İndi müəllim ötürücü, bələdçi rolundadır.

Həmişə gülərüzlü, xoş ovqatda gördüyüm Zeynəb müəllim bir dəfə gözümə narahat, qayğılı dəydi. Sən demə, ibtidai sinif dərsliklərindən birində, mətndə "kəhər at" ifadəsi işlənib. Müəllim "kəhər" sözünün rəng, cins, yaxud hansısa başqa mənada işləndiyini dəqiqləşdirmək istəyir. Bunun üçün həmkarlarına və bu sətirlərin müəllifinə də müraciət etdi. Mən "kəhər" sözünün hansısa rəng bildirdiyini dedim, əlavə olaraq "İzahlı lüğət"ə baxmağı tövsiyə etdim.

Yaradıcı düşünən, işgüzar müəllim "Azərbaycan dilinin izahlı lüğəti"nin 2-ci cildini tapdı, "kəhər" sözünün açıq şabalıdı rəng mənasında işləndiyini yəqin etdi.

Zeynəb müəllim istər ana dili, istərsə də riyaziyyat dərslərinə hazırlaşanda, onları tədris edəndə heç nəyi nəzərdən qaçırmır, odur ki, şagird qarşısında aciz qalmır.

Bir neçə ildir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi IV siniflərdə riyaziyyatdan sınaq yoxlamaları keçirir: həm şagirdlər, həm də müəllim imtahan olunur. Zeynəb müəllimin həm özü, həm də şagirdləri bu sınaqdan başıuca, alnıaçıq çıxıb.

Sözə qüvvət: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sitarə Məmmədova məktəbimizə təşrif buyurmuşdu. Təbii ki, Zeynəb müəllimin də dərsində, I sinifdə oldu. Şagirdlərin oxu və yazı texnikasından, riyazi biliklərindən çox razı qaldı.

Şagirdlər bildirdilər ki, Zeynəb müəllim bizə yaxşı dərs keçir, bizi yaxşı öyrədir, çox mehribandır, səmimidir. O, bizə ana qədər əzizdir.

Zeynəb müəllim bu inamı, sevgini, etibarı uzun illər zərrə-zərrə, qram-qram qazanıb.  Odur ki, hamının sevimlisidir.

Seçim dövrüdür: valideyn də, şagird də müəllim axtarır. Sözün düzü, Zeynəb müəllimi axtarırlar, hamı onun üstünə qaçır.

Müdriklərdən biri deyib: əgər yaxşı ana (təbii ki, həm də ata!) ola bilmirsənsə, yaxşı müəllim də ola bilməzsən. Bu, həqiqətən də belədir. Müəllim gərək şagirdlə ünsiyyətdə sərhədi həmişə gözləyə. Uşaq, şagird əzizdir, fəqət tərbiyəsi ondan da əzizdir.

Nə gizlədim, dərs dediyim şagirdlər bəzən ata-analarından gizlətdiklərini, yaxud onlara deməyə ürək etmədiklərini mənə deyirlər. Bu, pisdir, ya yaxşı?! Müəllim öz fəaliyyəti və şəxsiyyəti ilə bu etibarı və inamı qazanmalıdır. Zeynəb müəllim şagirdlərin sonrakı taleyi ilə də həmişə maraqlanır. Onların içində nə qədər ləyaqətli atalar, analar var, həm də indi də gəlib onunla görüşürlər. Bu, onu sevindirir. Deməli, çəkilən əmək hədər getməyib.

Ən böyük arzusu fəaliyyət göstərdiyi məktəbin əsaslı təmir olunması idi. Cari ildə bu da baş tutdu. Artıq o da yeni dərs ilinə digər həmkarları  kimi yeni təmir olunmuş məktəbdə başlayıb. Uğur olsun, Zeynəb müəllim. 

Samid AYDƏMİROV,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi,
150 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov