Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

İş yeri kimi 198 nömrəli məktəbi seçməkdən məmnunam

 

Mən 1998-2002-ci illər ərzində ADPU-nin filologiya fakültəsində təhsil almışam. 2004-cü ildən bu tədris ilinə qədər 13 nömrəli  Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışam. Artıq 7 illik pedaqoji iş stajım var. Bu illər ərzində dəfələrlə yeni tədris metodları ilə əlaqədar kurslarda olmuş, pedaqogika və metodikadan biliklərimi artırmağa çalışmışam. 13 nömrəli BPL-nın rəhbərliyi və kollektiv heyəti ilə işləmək mənə xoş idi. Amma illərlə arzum olub ki, pedaqoji fəaliyyətimi orta məktəbdə davam etdirim. Bu məqsədlə bu il Təhsil Nazirliyi tərəfindən  ümumtəhsil məktəblərində vakant yerlərə keçirilən müsabiqədə özümü sınamağı qərara aldım və elektron ərizəmi doldurdum. Avqustun 8-də imtahanda iştirak etdim və uğur qazandım.

İmtahan çox obyektiv şəkildə keçirildi. Bu işin şəffaflığı sənəd vermiş bütün vakantçılarda sevinc hissi yaratmışdı. Biz çox inanırdıq ki, hər şey biz vakantçıların xeyrinə olacaq. Mən 33,54 balla seçdiyim Sabunçu rayon E.Ağayev adına 198 nömrəli məktəbə qəbul olundum. Məktəblə ilk tanışlığım məndə xoş təəssürat yaratdı.

Məktəbin direktoru Şəlalə Nadirovaya açdığım ilk telefon zəngindən seçimimdə yanılmadığıma bir daha əmin oldum.

Böyük sevgiylə işə başlamaq qərarına gəldim. Sevimli məktəbimə ayaq basdığım gündən müəllim kollektivinin mehriban və səmimi olduğuna çox sevindim.

Ən sevindirici hal isə bu idi ki, məktəbin rəhbəri Şəlalə Nadirova kollektivi tamamilə gənc kadrlarla  yeniləşdirmişdi. Mənimlə bərabər coğrafiya, biologiya, fizika, informatika və digər fənlər üzrə 13 vakant iş yerinə müəllimlər də işə qəbul olunmuşdular. Bu isə onu göstərir ki, rəhbərlik öz işində məsuliyyətli olduğu qədər də inamlıdır. Şəlalə xanımın bizlərə olan isti münasibəti bizi bu yeni kollektivə doğmalaşdırdı.

Hazırda V a, V b və VII a siniflərində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirəm. Ayaq basdığım ilk sinif  isə VII a sinfi oldu. Uşaqlarla apardığım  frontal sorğu məni valeh etdi. Onlar çox fəal idilər. Məktəbimizdə  VII a kimi siniflərin  sayı kifayət qədərdir. Biz vakantçılar çox sevinirik ki, E.Ağayev adına 198 nömrəli məktəbi özümüzə yeni iş yeri seçmişik. Biz müəllimlər üçün yaratdıqları bu şəraitə görə Təhsil Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Mən həm də E.Ağayev adına 198  nömrəli məktəbin direktoru Şəlalə Nadirovaya və kollektivə göstərdikləri isti münasibətə görə çox minnətdaram. 

Vüsalə ZÖHRABOVA,

Bakı şəhər E.Ağayev adına 198  nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov