Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Üçqat Avropa çempionu

 

Sərxan Rauf oğlu  Əhmədov  idmanın cüdo növü üzrə 60 kq çəki dərəcəsində üçqat Avropa çempionu və dünya çempionatının üçüncüsüdür.  O, 1991-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Sərxan Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbin məzunudur. 2008 -ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Hazırda IV kurs tələbəsidir. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı  ilə fərqlənən Sərxan cüdo ilə 10 yaşından məşğul olur. Söhbət zamanı Sərxan Əhmədov özü haqqında bunları əlavə etdi:

- İdman mənim üçün hər şeydən vacibdir. Çünki uşaq yaşlarımdan arzum  peşəkar, təcrübəli və məşhur idmançı olmaq idi. Ailəmizdə  isə  məni həkim, mühəndis və yaxud da müəllim  görmək  istəyirdilər. Amma belə olmadı, məndə idmana olan sevgi bütün sahələrdən üstun oldu. Öz həvəsimlə, istəyimlə, valideynlərimin  razılığı ilə idman məktəbinə gəldim. Peşəkar və təcrübəli müəllimlərin köməyi  sayəsində cüdonun sirlərini öyrənməyə başladım. Sonradan məşqlərimdə iştirak edən müəllimim Rəşad Həsənov mənimlə fərdi məşğul olmağa başladı.  Uğurlarım  bundan sonra artdı. 

Əməkdar məşqçi, Azərbaycan cüdo yığma komandasının üzvü Rəşad Həsənov:

-İlk dəfə 2002-ci ilin yanvar ayında idmana gələn Sərxanın 10 yaşı var  idi. İnadkar və məsuliyyətli görünürdü.  O,13 yaşında idmanın sirlərini mükəmməl öyrənərək Azərbaycan çempionatında iştirak edərək qələbə qazanıb.  Həddindən artıq cəldliyi ilə yaşıdlarından fərqlənirdi. Yaxşı qavramağı ilə o, həm də perspektivli idmançı  idi. İlk vaxtlardan məşqlərə gələndə hiss olunurdu ki, bu uşağın gələcəyi parlaqdır. Onun idmana olan marağı və sevgisi həddindən  artıq çox olduğundan cüdonun bütün sirlərini mənimsəməsi asan oldu. Sərxan həmçinin 2007-ci ildə Avropa Olimpiya festivalında I yeri tutub. 49 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdən ölkəmizə Sərxanla birlikdə məktəbin digər idmançıları dörd qızıl medal gətiriblər. Həmin yığma komandanın məşqçisi mən idim. Sərxan həm də 2009-cu ildə Tayvanda 135 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında üçüncü yeri tutmuşdur.  

Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru, respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Eldar Fərəcov:

 -Son illərdə idman sahəsində qazanılan uğurlara görə bütün idmançıları və idmansevərləri təbrik edirəm. Bu sahədəki inkişafa, idmana göstərdiyi böyük diqqət və qayğıya  görə ölkə başçısı cənab İlham Əliyevə kollektivimiz və idmançılar adından minnətdarlığımı bildirirəm.  İdmanı sevən bir insan kimi onu deyə bilərəm ki, Sərxan Əhmədov uşaq yaşlarından bizim məktəbin cüdo zalında məşq edir. İlk vaxtlardan hiss olunurdu ki, Sərxanın çox böyük perspektivi var. Onun digər idmançılardan fərqi çox güclü qavrama və götürmə qabiliyyətinə malik olmasıdır.  O, bu ötən illər ərzində  çox yüksək nəticələr göstərib.  Sərxan Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak edərək ilin ən yaxşı idmançısı adını qazanıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı nəticəsində gənc  idmançılarımız yüksək nailiyyətlər əldə edirlər. Sərxan Əhmədov üçqat Avropa çempionu olduqdan sonra Prezidentimiz məşqçi Rəşad Həsənovu və Sərxan Əhmədovu qəbul edib. Rəşad Həsənova əməkdar məşqçi adı verilib. Bu uğurları gördükdə çox sevinirik. Arzumuz odur ki, Sərxan olimpiya və dünya çempionatının fəxri kürsüsünün yüksək pilləsinə qalxsın.  Sevindirici haldır ki, bu gün ölkəmizdə idmançılar üçün müasir standartlara cavab verən yüksək keyfiyyətlə tikilmiş idman zalları yaradılıb. Azərbaycanın istənilən bölgəsində idmana yüksək səviyyədə diqqət və qayğı göstərilir.  Mən 2010-cu ilin 27 dekabrında ölkə başçısı cənab İlham Əliyev tərəfindən əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı ilə təltif olunmuşam.  Həyatımda ən xoşbəxt anı məhz həmin gün yaşamışam.   

İdman məktəbi haqqında   

Bakı Şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi 1967-ci ildə Uşaq-Gənclər İdman Məktəbi adı ilə fəaliyyətə başlayıb. 1982-ci ildən isə  adı dəyişdirilərək Nizami Rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi olub. 2006- 2007-ci tədris ilindəki uğurlarına görə məktəb "İlin ən yaxşı idman məktəbi" adını qazanıb. Həmin ilin may ayında adı yenidən dəyişdirilərək Bakı Şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi olub.  Məktəbdə  cüdo, akrobatika, otüstü xokkey, boks, həndbol, futbol bölmələri fəaliyyət göstərir. Həndbol, futbol, otüstü xokkeydən başqa, adıçəkilən idman növləri üzrə zallar vardır. Otüstü xokkey bölməsinin üzvləri isə federasiyanın meydançasından istifadə edirlər. İdman məktəbində 39 məşqçi müəllimdən 15 nəfəri əməkdar məşqçi adına layiq görülüb. Məktəbin idmançıları İlqar Müşqiyev, Ramilə Yusubova, Sərxan Əhmədov cüdo üzrə 2012-ci ildə keçiriləcək olimpiya oyunlarına lisenziya vəsiqəsi almaq uğrunda mübarizə aparırlar. İdman müəssisəsinin  böyük uğurlarından biri də 1993-cü ildə akrobatika idman növü üzrə məktəbin yetirmələrinin dünya çempionu adına layiq görülməsidir. Uşaqların peşəkar idmançı kimi yetişməsində qadınlar arasında cüdo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İbadulla Şahbanovun, Vladimir Sidorenkonun, əməkdar məşqçilər  Tərlan Həsənovun və Rəşad Həsənovun xidmətləri əvəzolunmazdır.

Hazırda idman məktəbində  600-ə yaxın yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar.  Məktəb bu il  ölkə başçısının sərəncamına uyğun olaraq əsaslı təmirdən sonra istifadəyə verilib.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov