Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

Azərbaycanın birinci xanımı Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olundu

 

Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması mərasimi keçirilmişdir.

Fransa Prezidenti Nikola SARKOZİ mərasimdə çıxış edərək dedi:

-Cənab Prezident,

hörmətli xanım, Siz Bakıda dünyaya göz açmısınız. Azərbaycanın ən yaxşı səfirisiniz, eyni zamanda, Siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Bilirik ki, ali təhsilinizi Moskvada almısınız, oftalmologiya sahəsində mütəxəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda, Siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz Fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu Fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin - Fransa Respublikasının ali ordenini təqdim etmək istərdim.

Hörmətli Mehriban xanım Əliyeva, Fransa Respublikasının adından Sizə "Şərəf Legionunun Zabiti" ordenini təqdim edirəm.

***

 Fransa dövlətinin başçısı "Şərəf Legionunun Zabiti" ordenini Azərbaycanın birinci xanımına təqdim etdi.

***

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA Fransa Prezidenti Nikola Sarkoziyə minnətdarlığını bildirərək dedi:

-Hörmətli cənab Prezident, Fransa dövlətinin yüksək mükafatı olan "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə məni təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mənim üçün bu, böyük şərəfdir və fəaliyyətimə verilən yüksək qiymətdir. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük istəklə əlimdən gələni edəcəyəm.

Mən çox şadam ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey həm ölkəmizin təhsil sisteminin inkişafına töhfəsini verəcək, həm də Azərbaycanda fransız dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ edəcəkdir.

Biz bu il Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq üçün müxtəlif tədbirlər, konsertlər, festivallar keçirdik. Gələn il Bakıda - paytaxtımızda zəngin Fransa incəsənətini əks etdirən "Plaisirs de France" sərgisi keçiriləcəkdir.

Yaxın gələcəkdə Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq və beləliklə də ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığımız daha da dərinləşəcəkdir. Çox xoşbəxtəm ki, bu sahədə mənim də əməyim vardır.

Cənab Prezident, ölkənizə olan dərin hörmət və məhəbbətimi ifadə edərək bir daha Sizə və Fransa dövlətinə bu yüksək mükafata görə təşəkkürümü bildirirəm. Ölkənizə, xalqınıza, Sizə və ailənizə ən xoş arzularımı diləyirəm. Bir daha çox sağ olun.

***

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov