Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

YUNESKO Baş direktorunun müavini Təhsil Nazirliyində olub

 

Oktyabrın 11-də təhsil naziri Misir Mərdanov YUNESKO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Yanis Karklinş və bu təşkilatın Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçla görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, YUNESKO Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən yaxın tərəfdaşı və geniş əlaqəsi olan bir təşkilatdır. Nazir Azərbaycanın bu təşkilatla yüksək əlaqələrinin qurulmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu diqqətə çatdırıb. YUNESKO ilə əməkdaşlığın əsasən 8 istiqamət üzrə aparıldığını vurğulayan təhsil naziri bu istiqamətlərin hər biri üzrə geniş məlumat verib. Öncə YUNESKO-nun Assosiativ Məktəblər Layihəsi üzrə Azərbaycanın 18 təhsil müəssisəsinin dünyanın 35 ölkəsinin təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyindən söz açan nazir hazırda bu təşkilatla əməkdaşlıq çərçivəsində ölkəmizin 2 ali təhsil müəssisəsində YUNESKO kafedralarının açıldığını deyib.

YUNESKO-nun ən irimiqyaslı layihələrindən biri olan "Təhsil hamı üçün" Proqramında Azərbaycanın fəal iştirak etdiyini vurğulayan Misir Mərdanov ölkəmizin 1998-ci ildən qoşulduğu həmin proqramın səmərəli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda nazir YUNESKO-nun ekspert və maliyyə dəstəyi ilə "Təhsildə İslahatlara Yardım Mərkəzi" qeyri-hökumət təşkilatının yaradıldığını və inklüziv təhsil üzrə layihə həyata keçirildiyini bildirib.

Daha sonra nazir 2005-ci ildə Bakıda "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda beynəlxalq konfrans keçirildiyini, həmin konfransda təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandığını nəzərə çatdırıb. Misir Mərdanov, həmçinin 2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun Dünyada Savadlılığın Dəstəklənməsi üzrə regional konfransının keçirildiyini və dünyada tanınmış şəxslərin, təhsil üzrə ekspertlərin bu tədbirə qatıldığını vurğulayıb.

Misir Mərdanov əlavə edib ki, hazırda Təhsil Nazirliyi və YUNESKO "Azərbaycanda peşə təhsilinin inkişafı" layihəsini həyata keçirir. Nazir layihənin əsas məqsədinin ilk peşə-ixtisas təhsili üzrə müasir standartlara cavab verən kurikulum, dərs vəsaitləri və dərsliklərin hazırlanması olduğunu qeyd edib. Təhsil naziri qeyd olunan tədbir və layihələrin Azərbaycanda uğurla həyata keçirilməsində YUNESKO-nun Moskva nümayəndəliyinin rəhbəri  Dendev Badarçın, eləcə də Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Hüseynovanın fəal və səmərəli fəaliyyətinin mühüm rol oynadığını nəzərə çatdırıb.

Görüşdə bir sıra təkliflərlə çıxış edən nazir onu da bildirib ki, təhsil sisteminin informasiyalaşdırılmasının ölkə başçısının diqqətdə saxladığı məsələlərdən biri olduğunu nəzərə alaraq, ikitərəfli əməkdaşlıqda İKT sahəsinə də geniş yer verilməlidir.  Nazir bu baxımdan müəllimlərin kompüter və informasiya texnologiyalarından istifadə bacarıqlarının təkmilləşdirilməsi sahəsində YUNESKO ilə birgə layihənin və Bakıda müvafiq treninqlərin həyata keçirilməsinin, Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi üzrə YUNESKO tərəfindən ekspert yardımı göstərilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Səmimi qəbul və görülmüş işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Yanis Karklinş öncə təmsil olunduğu təşkilatda üzərinə düşən vəzifə barədə məlumat verib. YUNESKO-nun öz fəaliyyətində diqqət yetirdiyi sahələrdən birinin informasiya və kommunikasiya texnologiyaları olduğunu qeyd edən qonaq Azərbaycana bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Yanis Karklinş müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsini başlıca məsələlərdən biri kimi dəyərləndirib və bu təşkilatın qeyd olunan istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi və nəzərdə tutduğu layihələrdən söz açıb.

Görüşdə daha sonra qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov