Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET)
prezidenti Mar
ta Rovira ilə görüşüb

 

Təhsil naziri qonağı səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib.

Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının prezidenti Marta Rovira rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Əsasən elmi-tədqiqatların maliyyələşdirilməsi və alimlərin fəaliyyətinin dəstəklənməsi missiyasını yerinə yetirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının ölkənin ali təhsil müəssisələri ilə də yaxından əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat işlərinə dəstək verdiklərini nəzərə çatdırıb.

Tam müstəqil qurum olan Milli Elmi-Texniki Tədqiqat Şurasının 53 illik fəaliyyəti dövründə bir çox ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr yaratdığını vurğulayan Marta Rovira Milli Elmi-Texniki Tədqiqat Şurasına üzv olan alimlərin, həmçinin beynəlxalq təşkilatların elmi-tədqiqat layihələrində yaxından iştirak etdikləri barədə məlumat verib. Qonaq Argentinada dövlət universitetlərinin həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuz olduğunu diqqətə çatdıraraq ölkələrimiz arasında müəllim və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətli olacağına inamını ifadə edib.

Misir Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin inkişafı sahəsində ciddi nailiyyətlərin qazanılmasını, ölkə üzrə 5 Nobel mükafatçısının olmasını yüksək uğur kimi səciyyələndirib. Azərbaycanın elm və təhsil sistemi haqqında qonağa məlumat verən nazir ölkəmizdə alimlərin 50 faizindən çoxunun təhsil sistemində çalışdığını nəzərə çatdırıb.

Respublikamızın dövlət müstəqilliyinin 20-ci ildönümü haqqında söz açan Misir Mərdanov bu dövrdə qazanılmış uğurlar, ölkə təhsilinin keçdiyi inkişaf yolu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən bəhs edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinə baxılmasının mümkünlüyünü vurğulayan təhsil naziri bugünkü görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov