Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə təhsilin inkişafını təmin edən çoxsaylı proqramlar uğurla həyata keçirilir. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsilalanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yüksəldilməsi və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir.

2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543665,1 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına 121864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 şagird yerlik əlavə korpuslar inşa edilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib.

Bütün bunlarla  yanaşı, məktəblərin tikintisi və əsaslı təmiri zamanı bir sıra nöqsanlara yol verildiyi məlum olub. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun "Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə"  təqdimatı Təhsil Nazirliyinə daxil olub.

Təqdimat Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Ümumi təhsil məktəblərinin tikintisi və təmiri üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və keçirilməsi, təmir-tikinti işlərinin aparılması üzərində nəzarəti, işlərin istismara qanunauyğun qəbul edilməsini nəzərdə tutan normativ aktların təkmilləşdirilməsi, aparılan işlərin kifayət qədər peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsinə təminat verən mexanizmin işlənib hazırlanması, təmir-tikinti işlərinin qanunauyğun şəkildə istismara qəbul edilməsi, bu prosesə məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının nümayəndələrinin cəlb olunması yolu ilə şəffaflığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsi ilə əlaqədar nazirliyin aidiyyəti strukturlarına, yerli təhsil idarəetmə orqanlarına və təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov