Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

"Çiçəklənən Azərbaycan" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Oktyabrın 19-da T.İsmayılov adına "Uşaq dünyası" Rəsm Qalereyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Çiçəklənən Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev,  Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və digər şəxslər iştirak edirdilər.  Qeyd edək ki, müsabiqə 3 mərhələdə - məktəb, şəhər, rayon və respublika mərhələsində keçirilib. Müsabiqənin şəhər, rayon mərhələsində 8 minə yaxın məktəbli iştirak edib. Müsabiqənin respublika mərhələsinə 210 rəsm işi təqdim edilmişdir. Azərbaycan Rəssamlıq Akademiyasının peşəkar rəssamlarından ibarət münsiflər heyəti tərəfindən aparılan seçimlərə görə 9 nəfər I yerə, 9 nəfər II yerə, 9 nəfər III yerə layiq görülmüş, 3 nəfər isə müsabiqədə fəal iştirak etdiyinə görə diplomlarla mükafatlandırılmışdır.

Tədbiri giriş sözü ilə açan  təhsil nazirinin müavini Qulu Novruzov müsabiqənin əhəmiyyətindən danışdı. Bildirdi ki, müsabiqəni keçirməkdə məqsəd uşaq və gəncləri dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhunda tərbiyə etməkdir. Bölgələrdən olan şagirdlərin müsabiqəyə xüsusi maraq göstərdiklərinin sevindirici olduğunu bildirən nazir müavini Qulu Novruzov məktəblilərin rəsm əsərlərində yeniləşən, inkişaf edən Azərbaycanın geniş təsvir olunduğunu iştirakçıların nəzərinə çatdırdı. Q.Novruzov xalqımızın əldə etdiyi müstəqilliyin böyük nemət olduğunu və daim qorunub saxlanılması üçün var gücümüzlə çalışmağın vacibliyini qeyd etdi.

Son illər təhsil sahəsində aparılan islahatlardan danışan Q.Novruzov ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən nazir müavini müsabiqədə iştirak edən, lakin qalib gəlməyən şagirdlərə ruhdan düşməməyi və yaradıcılıq işlərini davam etdirərək məqsədə doğru irəliləməyi tövsiyə etdi. Qalib şagirdləri və onların valideynlərini təbrik edən Q.Novruzov onlara gələcək işlərində uğurlar arzuladı.

Tədbirdə çıxış edən  gənclər və idman nazirinin müavini İntiqam Babayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov müsabiqənin əhəmiyyətindən danışaraq qalibləri təbrik etdilər.

Sonda qaliblərə Təhsil Nazirliyinin diplomları təqdim edildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov