Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

"Müstəqilliyimiz əbədidir" müsabiqəsinin yekun konfransı

 

Oktyabrın 15-də "Hyatt Regency" otelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir" adlı müsabiqənin yekunlarına həsr edilən konfrans keçirilib.

Konfransda müstəqil dövlətimizin keçdiyi 20 illik tarixi yola nəzər salaraq çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib ki, azad və müstəqil yaşamaq, öz hüququnu müstəqil şəkildə həyata keçirmək hər bir xalqın hər bir zaman ən böyük milli sərvəti hesab olunub. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir, çünki ilk dəfə ötən əsrin əvvəllərində müstəqilliyi az bir müddətdə əldə etmiş olsaq da, onu saxlamaq mümkün olmadı. İkinci dəfə qazanılan müstəqilliyin qorunub saxlanılmasında müstəsna  xidməti olan yeganə insan ulu öndərimiz Heydər Əliyev oldu.  Əgər 1993-cü ildə Heydər Əliyevi Azərbaycan xalqı təkidlə dəvət etməsəydi, müstəqilliyimizi  itirmiş olardıq. Bu hadisələr hər il qeyd olunmaqla, gələcək nəsillərə çatdırılmalıdır. Bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Prezidentimizin qeyd etdiyi kimi, biz ümumi dəyərlərdən çıxış edərək irəliyə doğru addımlar atırıq. Ümumi dəyərlərimiz demokratiya, insan hüquqları və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir.  Bu  sahədə  Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı  səfiri,  millət vəkili  Mehriban  xanım  Əliyevanın  böyük  xidmətləri  olduğu danılmazdı. Ən əsası odur ki, müstəqil dövlətimizin   sükanı   etibarlı   əllərdədir.

Daha sonra sözünə davam edən N.Rzaquliyeva qeyd etdi ki, ulu öndərin siyasətini uğurla həyata keçirən, Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirən Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti bizdə olan inamın möhkəmlənməsinə səbəb olmuşdur. Bir vətəndaş olaraq, bizim və gənc nəslin əsas vəzifəsi bu inamı qoruyub saxlamaq və nəsildən-nəsilə ötürməkdir. Elə bu məqsədlə də təhsil idarəsi fəaliyyət proqramına uyğun olaraq şəhərin ümumtəhsil məktəblərində sentyabr, oktyabr ayları ərzində minlərlə şagirdin qatıldığı "Müstəqilliyimiz əbədidir" adlı müsabiqə keçirib. Əvvəlcə məktəb mərhələsində keçirilən işlər, şəhər mərhələsində təsdiq olundu. Məramı və məqsədi gənc nəslə müstəqillik tariximizin şanlı səhifələrini bir daha xatırlatmaq, xalqımızın bu yolda apardığı mübarizənin əhəmiyyətini aşılamaq, istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq və inkişaf etdirmək olan müsabiqə uğurla başa çatdı.

Müsabiqədə qalib gəlmiş gəncləri təbrik edən N.Rzaquliyeva dedi ki, qoy bu müsabiqə təkcə yaradıcılıq yarışı yox, həm də Vətənə məhəbbət simvolu kimi gənclərimizin yaddaşında yaşasın. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın sabahı naminə onlara uğurlar diləyirəm.

Sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar təşkil edilən inşa yazı və bədii qiraət  nominasiyaları üzrə keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

İştirakçı şagirdlər arasından bədii qiraət nominasiyası üzrə 12, inşa yazı nominasiyası üzrə isə 11 nəfər qalib olub. Qaliblər həmin gün keçirilən konfransda fəxri fərman və birdəfəlik pul mükafatları ilə təltif edildilər. Şəhər turuna vəsiqə alan iştirakçılara isə sertifikatlar təqdim edildi. Müsabiqə qaliblərini Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, "Müstəqilliyimiz əbədidir" müsabiqəsinin qalibi olan şagirdlər və şair Əjdər Ol səmimi-qəlbdən təbrik etdilər, müstəqil Azərbaycanımıza olan sevgilərini daha yüksək müstəvidə nümayiş etdirmək yolunda onlara uğurlar dilədilər.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən film nümayiş etdirildi. 

ƏDALƏT

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov