Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Kimya üzrə Nobel mükafatı laureatına BDU-nun fəxri doktoru diplomu təqdim olunub

 

Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı, Yaxın və Orta Şərqdə elm müşaviri, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məsləhətçisi Əhməd Həsən Zevayla universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək qonaq haqqında ətraflı məlumat verib.

Professor Əhməd Zevaylın kimya və fizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olduğunu bildirən rektor alimin 1999-cu ildə "Femtosaniyələr texnikasından istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının tədqiqi"nə görə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görüldüyünü diqqətə çatdırıb.

Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor bu təhsil ocağının 92 illik tarixi ərzində dünya şöhrətli məzunları, görkəmli alimləri, beynəlxalq səviyyədə tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırıb. Sonra BDU-nun Elmi Şurasının 8 oktyabr 2011-ci il tarixli iclasının qərarı elan edilib. Məlum olub ki, Əhməd Zevayl müasir dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrə və sülhməramlı fəaliyyətinə görə Bakı Dövlət Universitetinin  fəxri doktoru adına layiq görülür.

Bundan sonra Əhməd Zevayla fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub.

Çıxış edən Əhməd Zevayl BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu deyib. O, elm və təhsil, müsəlman ölkələrinin gələcəyi, demokratiya ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov