Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Azərbaycan Müəllimlər İnstitutu: yeniliyə diqqət və qayğı

 

Cəmiyyətimizin irəliyə doğru inkişafını müəyyən edən yeniliklər bütün hüquqi sənədlərdə olduğu kimi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, habelə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədlərində də öz geniş əksini tapmışdır.

İndi yeni pedaqoji yanaşmalar və müxtəlif təhsil fəlsəfələri baxımından müasir tələblərə cavab verən dünyagörüşünün formalaşdırılması günün vacib əhəmiyyətli məsələlərindəndir. Bu baxımdan ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun) tətbiq edilməsi, konseptual sənəd kimi Milli Kurikulumun əsas xüsusiyyətlərinin və kurikuluma dair ilkin bilik və bacarıqların öyrənilməsi uğurlu addım kimi dəyərləndirilməlidir.

Məlum olduğu kimi, yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri ənənəvi təlimdən əsaslı surətdə fərqlənir. Hər bir fənn üzrə müəyyənləşdirilmiş dövlət tələbi və onların reallaşdırılması istiqamətində seçilən yeni təlim strategiyaları bu günün müəllimi qarşısında duran vəzifə və məsuliyyətləri dəqiqləşdirir, o, dəqiq təlim məqsədləri tərtib edir, uyğun forma və üsullar seçir, təlim tapşırıqlarını hazırlayır.

Qeyd etmək lazımdır ki, bütün bunlar üçün müasir müəllimdə gərəkli bilik və bacarıqlar olmalıdır. Həmin bacarıqların formalaşması istiqamətində və ümumilikdə Azərbaycan təhsilinin dünya təhsil sisteminə uğurla inteqrasiya olunması üçün  Təhsil Nazirliyi mütəmadi olaraq yeni fənn kurikulumlarını tətbiq edəcək müəllimlərin müvafiq  treninqlərdən keçməsini təşkil edir. Bu treninqlər ilk vaxtlar ekstensiv səciyyə daşıyırdısa, indi o, intensiv xarakter almış və ölkəmizin bütün pedaqoji ictimaiyyəti bu mühüm əhəmiyyətli nəzəriyyədən, demək olar ki, bəhrələnmişdir.

Bu sahədə Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyəti də danılmazdır. Burada ixtisasartırma və yenidənhazırlanma işi günün tələbləri səviyyəsində qurulmuşdur.

İnstitutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı treninqlərin təşkili və keçirilməsi işini xüsusi diqqət mərkəzində saxlayır. O, bu sahədə çalışan müəllimlərin hazırlıq səviyyəsinin artırılmasına, treninqlərin səmərəli keçməsinə nəzarət etməklə bərabər, həm də fənn kabinetlərinin və auditoriyaların təmiz və səliqəliliyinə, eləcə də əyaniliklə təchiz olunmasına hərtərəfli qayğı göstərir. İnstitutda nizam-intizam aparıcı meyara çevrilmışdir.

Prorektor R.Əzizovun diqqəti və qayğıkeşliyi burada təşkil olunan kursların səmərəli və keyfiyyətli keçməsinə kömək göstərir. Müdavimlər üçün yaradılmış şərait, onların arzu və təkliflərinin operativ həlli yuxarıda qeyd olunanların bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan Müəllimlər İnstitutunda müdavim kimi dinlədiyimiz kurslar bizə bu təhsil ocağı haqqında ürəkdolusu danışmağa əsas verir. Burada təlim kurslarının treninqi yüksək hazırlığa malik, geniş erudisiyalı kadrlara tapşırılmışdır.

Əlavə təhsilə xidmət edən kabinetin müdiri Xuraman Nağızadə, baş metodist Solmayə Əmrəliyeva və metodist Arzu Kərimova, təhsildə innovasiyalar kabinetinin metodisti Mətanət Abbasova yeni fənn kurikulumlarının nəzəri əsaslarının öyrədilməsində diqqətəlayiq fəaliyyət göstərirlər.

Mübaliğəsiz demək olar ki, onların hər birinin öz işlərinə məsuliyyətli münasibəti müdavimlərin razılığına səbəb oldu. Burada dinlənilən 60 saatlıq proqram materialı dinləyicilərin gələcəkdə keyfiyyətli treninqlər aparması üçün əsaslı stimul oldu.     

Ziyadxan BUDAQ,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
 əməkdaşı, 

Fatimə SAYILOVA,
Bakıdakı 290 nömrəli tam orta
məktəbin ibtidai sinif  müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov