Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Bağçada bayram şənliyi

 

 Paytaxtımızın Xətai rayonunda yerləşən 240 nömrəli körpələr evi-uşaq bağçasında oktyabrın 17-də keçirilən bayram tədbirində balaca sakinlərin sevinci yerə-göyə sığmırdı. Onlar müstəqilliyimizin bərpasının 20 illiyini bayram edirdilər. Şənlikdə bağçanın pedaqoji kollektiv üzvləri və valideynlərlə yanaşı xeyli qonaq - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Tamella Useynova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin sədri Cəmil Əliyev, 222, 235, 236, 241, 256 nömrəli körpələr evi-uşaq bağçalarının müdirləri Aygun İsgəndərova, Səlahət Musayeva, Lyuba Hümbətova, Xalidə Balayeva, Könül Hacıyeva, 236 nömrəli bağçanın metodisti Rəhilə Həsənova və b. iştirak edirdilər.

Bayram şənliyi bağçanın balaca sakinlərinin əllərində bayraqlar "Azərbaycan" mahnısının  sədaları altında zala daxil olmaları ilə başlandı. Dairə vuran  uşaqlar Dövlət himnimizi ifa etdilər.

Aparıcı uşaqları salamlayıb bu günlər ölkəmizin hər yerində bayram əhvali-ruhiyyəsinin yaşandığını, xalqımızın azadlığa, müstəqilliyə qovuşmağımızın 20 illiyini qeyd etdiyini bildirdi və bu əziz bayram münasibəti ilə hamını təbrik etdi.

Uşaqlar "Bu gün bayramdır" mahnısını xorla ifa etdilər. Sonra Ayxan, İranə, Murad, Nərmin, Günel, Kənan müstəqilliyimizə, bayrağımıza, gerbimizə, bayrağımızın rənglərinə aid şeir parçaları söylədilər. Meydan mahnıya verildi. Uşaqlar "Əzizsən, vətən" mahnısını ifa etdilər. Beləcə, şənlik mahnı və rəqslərlə davam etdi və körpə fidanların "Yallı" getməsi ilə başa çatdı.

Bağçanın müdiri Sədaqət Rəhimova əziz bayram münasibəti ilə uşaqları təbrik etdi, onlara müstəqilliyin böyük nemət olmasından danışdı, ölkəmizdə körpə balaların aydın səma altında azad, firavan, sülh şəraitində yaşayıb böyüməsinin dövlətimizin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Çıxış edən qonaqlar isə təqdim etdikləri maraqlı bayram proqramına, məharətli çıxışlarına görə uşaqlara təşəkkür etdilər, bağça rəhbərliyinin, xüsusən də tədbirin hazırlanmasında böyük rolu olan musiqi rəhbəri Günay İsrafilovanın əməyini yüksək qiymətləndirdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov