Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Xarici mətbuat səhifələrində

 

İtaliyada UNO-lara dair mühazirələr oxunur

 

İtaliyada əsasən əlavə təhsil alan yaşlılar üçün fəaliyyət göstərən Verona Universitetində (Terza Eta e dell'Educazione Permanente) cari dərs ilində yeni kurs - başqa planetlərin sakinlərinə həsr olunan  mühazirələr başlayıb. Belə bir qeyri-adi kursun tədris olunması barədə məlumatı universitetin rektoru Corco Sarkelleti təsdiqləyib. "Elmi nöqteyi -nəzərdən onlar hardadır? Xarici sivilizasiyanın izi ilə" adlı mühazirəni Kənd Təsərrüfatı və Filologiya Elmləri Akademiyasının prezidenti Qaleasso Şaretta oxuyacaq. Universitetdə dərslər oktyabr ayında başlayıb. Tədris müəssisəsinin əməkdaşları qeyd edirlər ki, təhsil ocağının fəaliyyətdə olduğu 30 il ərzində tələbələrin sayı 3 min nəfəri keçib. Corriere della Sera qəzetinin yazdığına görə, universitetdəki mühazirələrə qadınlar daha çox maraq göstərir. Bu il maraqla qarşılanmış mühazirə   kurslarına 2 mindən artıq qadın dinləyici yazılıb. 

 

Türkiyə universitetlərinə maraq daha da artır 

Türkiyə təhsil məkanı kimi getdikcə populyarlıq qazanmaqdadır. Məlumatlara görə, son 5 il ərzində Türkiyədə ali təhsil alan xarici tələbələrin sayı 50 faiz artıb. Bu barədə Student Selection and Placement Center təşkilatının hesabatında bildirilir. Hesabatdan məlum olub ki, 2011-2012-ci dərs ilində Türkiyə universitetlərində 147 ölkədən 25,5 min tələbə təhsil alır. 2006-2007-ci  illərdə isə onların sayı 16,4 min nəfər olub. Xarici tələbələrin əsas hissəsi (3,5 min nəfər) Azərbaycanın payına düşür. Şimali Kipr, Türkmənistan, İran, Bolqarıstan, Almaniya, Yunanıstandan olan tələbələrin ümumi sayı  min nəfərdir. Hesabata görə, xarici tələbələrin əksəriyyəti əsasən Anadolu Universitetində (4 min nəfər) oxuyur. Daha sonra İstanbul Universiteti və Ankaradakı Orta Doğu Texnik  Universiteti gəlir.

 

 

Rusiyada uşaq bağçalarının problemləri həll olunacaq 

 

Rusiya prezidenti Dmitri Medvedev Federasiya Şurasına və hökumətə birlikdə uşaq bağçalarının problemləri ilə ciddi məşğul olmağı tapşırıb. Dövlət başçısı şəhərətrafı iqamətgahında keçirdiyi müşavirədə uşaq bağçalarında yer çatışmazlığı probleminin ən ciddi şəkildə həll olunması zəruriliyindən danışıb. Onun sözlərinə görə, istər iri şəhərlərdə, istərsə də kiçik yaşayış məntəqələrində bu problem özünü göstərməkdədir. Prezident bəyan edib ki, yerlərdə insanlarla görüşlərində, ilk növbədə, uşaq bağçaları ilə əlaqədar olan problemlər barədə məsələ qaldırılır.  Bir sıra bələdiyyələr şikayətlənirlər ki, yeni uşaq bağçalarının tikintisinə və fəaliyyətdə olanların saxlanmasına və təmir olunmasına pul çatışmır. Medvedevə görə ayrılmış milyardlarla rubl vəsaitlə bu problemi kökündən həll etmək mümkün deyil.

   D.Medvedev bəyan edib ki, gələn il uşaq bağçalarında və məktəbəqədər digər müəssisələrdə əlavə yerlərin yaradılması üçün dövlət büdcəsindən 1 milyard rubl və 8 milyard rubla qədər büdcələrarası  kredit ayrılması nəzərdə tutulub.

"9 milyard rubl az pul deyil, lakin gələn il də problemi bu vəsaitlə  həll etmək mümkün olmayacaq. Lakin bu vəsait hesabına uşaq bağçalarında 1 milyon əlavə yer yaradılması nəzərdə tutulub", - deyə prezident bildirib. Məktəbəqədər təhsil sistemində 600 min insanın çalışdığını bəyan edən prezident bu sahədə əməkhaqlarının az olduğunu da etiraf edib.  

 

Böyuk Britaniyada gənclərin 20 faizi məktəbləri əsas biliklərə yiyələnmədən tərk edir 

 

Böyuk Britaniyada orta məktəbləri əsas oxu-yazı vərdişlərinə yiyələnmədən tərk edənlərin sayı artmaqdadır. Bu barədə ölkədə aparılmış araşdırmalar deməyə əsas verir. Məlumatlara görə, gənclərin 20 faizi məktəbləri əsas biliklərə yiyələnmədən tərk edir. Məlum olub ki, ötən əsrin 60-cı illərindən başlayaraq bu sahədə vəziyyət dəyişməyib. Ekspertlər hesab edir ki, bu, hər bir konkret şagirddən və onun ailədə hansı tərbiyə almasından asılıdır. Mütəxəssislər qeyd edir ki, londonlu məzunların əksəriyyətinin baza savadı yoxdur.

Söhbət 3-4 ilini universitetlərdə keçirmiş gənclərdən gedir. Belə məlum olub ki, onların əksəriyyəti əslində universitetə getməyiblər. Hazırda ölkədə 18-24 yaşlı 800 min  gənc işsizdir.  

 

Litvada universitetlər birləşir 

 

Litva hökuməti ölkənin bir sıra ali məktəblərini optimallaşdırmaq və bəzi universitetləri birləşdirməyi nəzərdə tutub. Lakin hökumətin bu qərarı litvalı tələbələr tərəfindən  etirazlarla qarşılanıb. Vilnüs Universitetinin humanitar fakültəsinin tələbələri qəbul etdikləri qətnamədə bəyan ediblər ki, hökumət bu planları ilə tələbələrin Konstitusiyada təsbit olunmuş azad surətdə ali məktəb seçmək hüququnu pozur. Onlar universitetlərin zorakı yolla birləşdirilməsinin yolverilməz olduğunu qeyd ediblər. 

Ukraynada gözdən əlil uşaqlar üçün dərslik nəşr olunacaq 

 

Ukraynanın təhsil və elm, idman və gənclər naziri Dmitri Tabaçnikin sözlərinə görə, gələn ildən başlayaraq görmə qabiliyyəti pozulmuş ən kiçik məktəblilər üçün Brayl şriftli dərsliklər nəşr  olunacaq.

Qeyd olunur ki, hazırda 120 minə yaxın ukraynalı uşaq bu və ya digər formada inklüziv təhsil alır. Nazir D.Tabaçnikin sözlərinə görə, bu cür təhsil forması xüsusi tələbatı olan uşaqlara təhsil vermək imkanı yaradır.  Məlumata görə, Brayl şriftli dərsliklər olduqca az miqdarda nəşr olunacaq, çünki görmə qabiliyyəti pozulmuş uşaqlar  üçün dərsliklər çox bahadır.  

 

Qırğızıstanda təhsil dəyərləri itməkdədir 

 

Qırğızıstan prezidenti Roza Otunbayeva ölkənin təhsil sisteminin üzləşdiyi ciddi problemlərə toxunub. Onun sözlərinə görə,  Qırğızıstanda təhsil dəyərləri itməkdədir.  "Son vaxtlar bizim cəmiyyətimizə xas olan ənənəvi yüksək təhsil  dəyərlərinin itməkdə olduğu müşahidə olunmaqdadır", - deyə prezident bildirib. Dövlət başçısı bəyan edib ki, cəmiyyətdə biliklərin qiymətdən düşməsinin səbəbi ailədə, məktəbdə, cəmiyyətdə əhvali-ruhiyyənin dəyişməsində axtarılmalıdır. Onun sözlərinə görə, bir sıra sosial-iqtisadi problemlər üzündən uşaqlar erkən yaşdan əmək fəaliyyəti ilə məşğul olmağa məcbur olur, bu isə təhsilə olan istəyin azalmasına gətirib çıxarır. Ölkənin Milli Statistika Komitəsinin hesabatına istinad edən prezident bildirib ki, məktəblərə getməyən uşaq və yeniyetmələrin sayı 30 mini keçib. Bu faktı BMT-nin Uşaq Fondu da təsdiqləyir.  Kənd yerlərində məktəbə getməyən uşaqların sayı iki dəfə çoxdur. "Biz  savadsız nəsillərin böyüməsini, savadsız ölkə olmağı özümüzə  rəva görə bilmərik", - deyə prezident bildirib.

 Qeyd edək ki, ölkənin cənubundakı Batken və Oş vilayətlərində uşaqların 55 faizi müvafiq dərs vəsaitləri və geyim olmadığı üçün məktəbə gedə bilmir. Uşaqların 39 faizdən çoxu məktəbə ümumiyyətlə getmir, 46 faizi yalnız rüblükləri yekunlaşdırmaq üçün məktəbə baş çəkir, 22 faizi isə ağır kənd təsərrüfatı işlərinə cəlb olunub. 

Qırğızıstanın Təhsil Nazirliyinin məlumatına görə, ölkədə müəllimlərin 70 faizinin pedaqoji təhsili yoxdur. 2010-cu ildə qırğız məktəbliləri PISA beynəlxalq qiymətləndirmə reytinqində sonuncu - 65-ci yeri tutublar.  

 Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov