Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Bakı Avropa Liseyinin şagirdi Yaponiyada keçirilən Beynəlxalq rəsm sərgisinin qalibi olub

 

Təsviri incəsənət fənnində xalqımızın adət-ənənələri haqda məlumatların, incəsənət əsərlərinin dərk olunaraq şagirdlərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Cəmiyyət və təsviri incəsənət əlaqələrini əks etdirən məzmun xətti üzrə müəyyən olunan bilik və bacarıqlar şagirdlərə milli dəyərlərə maraq və hörmət aşılayır, insan cəmiyyətinin mədəni, siyasi və iqtisadi həyatı haqqında geniş və dolğun təsəvvürlər yaradır. Xalqımızın yaşayış tərzi, adət-ənənələrini geniş əks etdirən təsviri incəsənət əsərləri ilə təmas zamanı şagird milli dəyərlərə yiyələnməklə bir növ mədəni mübadilə prosesini yaşayır.

Şagirdlərin xalq yaradıcılığı ilə yaxından tanışlığı üçün muzeylərimizdəki zəngin milli folklor nümunələrimizin də rolu böyükdür. Milli irsimizlə yaxından tanışlığı və şagirdlərin incəsənətlə  ünsiyyəti prosesində müəllimin rolu danılmazdır. Dərs zamanı emosional-bədii atmosferin yaradılması şagirdlərin bədii əsərlərlə canlı ünsiyyət qurmasına və nəticədə onların dünyagörüşlərinin inkişafına səbəb olur. İncəsənətə dair hər bir mövzu şagirdlər tərəfindən "daxilən yaşanmalıdır".

Adət və ənənələrimizi nəsildən-nəslə ötürmək xüsusiyyətləri müasir mədəniyyət və incəsənətin daha da zənginləşməsində və inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bunlar ədəbiyyatın, musiqinin, teatrın müxtəlif folklor nümunələrinin xəzinəsinə çevrilmişdir.

Elimizin adət-ənənələrini, bayramlarını öz rəsmində təsvir edən Bakı Avropa Liseyinin 7a3 sinif şagirdi Fuad Orucov Yaponiyada keçirilən 16-cı Kanaqava Beynəlxalq Uşaq Rəsm Sərgisində liseyin 72 şagirdinin rəsmləri arasında nümayiş etdirilmişdir. O, bu müsabiqədə ən yaxşı rəsm əsərinin müəllifi seçilmiş və sertifikatla mükafatlandırılmışdır.

Kiçik rəssam Azərbaycan qadınının üst geyimlərinin çox müxtəlif və rəngarəng olduğunu göstərməyə çalışmışdır. Xalqın mədəniyyətini əks etdirən elementlərdən biri olan parçaların naxış və rənglərini təsvir etməklə, həm də bir xalqın incəsənətini digərindən ayırmağa nail olmuşdur. Qadınların baş geyimləri olan ipək kəlağayı və örpəklər rəngarəngliyi və gözəlliyinə görə olduqca cəlbedici və maraqlı olduğu kimi, onun örtülməsində də yaş və sosial fərqlərin mövcud olduğunu: yaşlı qadınların tünd, cavanların isə açıq rəngli kəlağayı örtdüklərini nümayiş etdirmişdir. Milli geyim dəstlərini tamamlayan yerli zərgərlərin yaratdığı zərgərlik nümunələrini də göstərməyi unutmamışdır. Azərbaycanın geyim mədəniyyəti hər əsrdə özünəməxsus xüsusiyyətlərə, xarakterə malik olduğunu göstərməyə çalışmışdır.

Beynəlxalq sərgidəki işlərin qiymətləndirilməsi zamanı münsiflər heyəti müxtəlif ölkələrdən olan uşaq rəsmlərində, ilk növbədə, bədii xüsusiyyətə, məzmun baxımından təmsil etdiyi ölkənin onu fərqləndirən cəhətlərinə xüsusi fikir verirlər. Rəssamlar daha çox valideyn tərəfindən çəkilən rəsmlərə deyil, uşağın daxili aləminin səsini, yaradıcı təfəkkürünü, rəng zənginliyini əks etdirən kiçik əsərlərə baxmaq və qiymətləndirməkdən zövq alırlar.

Bədii sərgi, rəsm müsabiqəsi, rəssamlarla görüş, muzey və sərgi salonlarındakı əsərlərlə tanışlıq, bədii yaradıcılıq gecələrinin təşkil edilməsinin şagirdlər üçün tərbiyəedici əhəmiyyəti çox böyükdür. Onlarda yaradıcılıq potensialının üzə çıxarılması, şagird yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və şagirdlər arasında təcrübə mübadiləsinin təşkil olunması üçün bu cür müsabiqələrin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sərgilərin təşkili və burada şagirdlərin iştirakı onları həvəsləndirmək, incəsənətə, bədii yaradıcı məşğələlərə maraq oyatmaq üçün effektiv vasitədir. Sərgi hər zaman şagirdlərin ədəbiyyat, tarix, biologiya, təsviri incəsənət dərslərində təməli qoyulan dünyagörüşünün formalaşmasına kömək edir.

Dərs dediyim Bakı Avropa Liseyində elmi biliklərin tədrisi ilə yanaşı təsviri incəsənət dərslərinə də ciddi diqqət yetirilir. Bu sahə üzrə istedadlı uşaqlar çoxdur. Rəssamlığa, yaradıcılığa marağı olan uşaqların çəkdikləri rəsmlər öz məzmun və mənasına görə onların böyük istedada malik olduğunu göstərir.

Burada hər il mütəmadi olaraq təsviri incəsənət fənni üzrə 20-yə yaxın müxtəlif mövzuda bədii yaradıcılıq nümunələri - pannolar, mövzu üzrə rəsmlər, süjetli kompozisiya, dekorativ-tətbiqi fəaliyyət, aplikasiya, kollaj, konstruksiya, fərdi sərgilər nəinki respublika səviyyəsində, hətta respublikadan kənarda da nümayiş etdirilir. Liseydə daimi fəaliyyət göstərən sərgilərlə yanaşı, görkəmli rəssamlarla görüşlər, onların həyatına həsr olunmuş gecələr, Bakı şəhər məktəblilərinin də iştirak etdikləri birgə müsabiqə və sərgilər təşkil edilir.

Respublikamızda müxtəlif təşkilatların - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), YUNİSEF-in, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, "Ümidli Gələcək" Gənclər Təşkilatının, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının, Azərbaycan Qadın və  İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan Uşaqdan - Uşağa Sülh Şəbəkəsi Təşkilatının, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi uşaq və yeniyetmələrin rəsm müsabiqələrində bu günədək Bakı Avropa Liseyinin 500-ə yaxın şagirdi iştirak edib.

Beynəlxalq  təşkilatlar - Fransada, Truada YUNESKO-nun  Lui  Françoz  Mərkəzində  keçirilən  Beynəlxalq  bədii  sərgisində,  Çexiyanın Lidiçe şəhərində keçirilən uşaq rəsmlərindən ibarət  Beynəlxalq sərgidə (www.mdvv-lidice.cz), YUNESKO, YUNİSEF tərəfindən Yaponiyada keçirilən 16-cı Kanaqava Beynəlxalq Uşaq Rəsm sərgisində (www.earthplaza.jp/biennial/English/index.html), İran İslam Respublikasının mədəniyyət mərkəzində "Uşaqlar və Gənclər üçün animasiya praktik seminarı"nda, tanınmış İsveç animatoru Erling Ericsson (www.DEFC.IR) liseyin şagird qrupu ilə keçirdiyi master-klass nəticəsində aktual mövzularda olan 8 animasiyanın yaradılmasında, İranın Holestan vilayətinin böhran vəziyyətləri üzrə inzibati idarəetmə, Qırmızı Aypara Cəmiyyəti, eləcə də yeniyetmə və uşaqların tərbiyəsi üzrə Əqli İntellektual Mərkəzin rəhbərliyi ilə əməkdaşlıq bu vilayət tərəfindən təklif edilmış I Beynəlxalq Rəsm sərgisində (www.golestan.kanoonparvaresh.com), ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən IV Beynəlxalq Uşaq Rəsm Olimpiadasında (BUIF) (www.icaf.org) iştirak edən Bakı Avropa Liseyinin şagirdləri arasında 22 nəfər I yerin qalibi olaraq diplom, 170 nəfər müxtəlif fəxri fərman və sertifikatlarla mükafatlandırılıb. 8 nəfər Beynəlxalq Uşaq Rəsm Olimpiadasının qalibi olmuş və Bakı Avropa Liseyinin 13 nəfər şagirdinin fərdi sərgisi keçirilmişdir.

Sərgilərdə qazanılan nailiyyətlər şagirdlərimizin əldə etdikləri bacarıqlara və müəllim əməyinə verilən ən yüksək qiymətdir. 

Kəmalə CƏFƏRZADƏ,
Bakı Avropa Liseyinin  təsviri incəsənət müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov