Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Xəzər rayonunda
inşa olunmuş bir neçə obyektin açılışında iştirak edib

 

Oktyabrın 18-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi istifadəyə verilmişdir. Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.

Əvvəlcə məktəbin tədris mərkəzinin foyesində yaradılmış fotostendə baxan Azərbaycanın birinci xanımı daha sonra burada yerləşən akt zalı, ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri ilə tanış oldu. Mehriban xanım Əliyevaya məlumat verildi ki, bütün kabinetlər yeni və müasir avadanlıqla təchiz olunmuşdur. Azərbaycanın birinci xanımı tədris mərkəzinin təmirdən əvvəlki fotoşəkillərinə də baxdı. Bildirildi ki, məktəbdə gənclərin ibtidai hərbi hazırlığına da xüsusi diqqət yetiriləcəkdir.

Heydər Əliyev Fondu yeniyetmə və gənclərin təlim-tərbiyəsinə, inkişafına daim xüsusi qayğı göstərmişdir. Onların yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyəsi, vətənə və cəmiyyətə yararlı insan kimi yetişməsi Fondun prioritet istiqamətlərindəndir.

Daha sonra məktəbdə fəaliyyət göstərəcək interaktiv atəş zalı ilə tanış olan Mehriban xanım Əliyevaya bildirildi ki, belə zal ilk dəfə məhz bu məktəbdə yaradılmışdır, burada gənclərə atəş açmaq öyrədiləcəkdir.

Mehriban xanım Əliyeva məktəbin həyətində inşa olunmuş pintbol, atçılıq və futbol meydançalarına baxdı. Pintbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədiləcəkdir.

Məktəbin həyətində qızlar üçün ayrıca idman meydançası da vardır.

Xüsusi məktəbin yataqxana korpusu ilə tanış olan Mehriban xanım Əliyevaya buradakı qız və oğlanlar üçün ayrıca trenajor otaqları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana, istirahət və yataq otaqları barədə də məlumat verildi.

Azərbaycanın birinci xanımı məktəbin yeməkxanasına da baş çəkdi.

***

Daha sonra Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına respublika humanitar fənlər təmayüllü gimnaziyada oldu.

Rəmzi lenti kəsən Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Tədris binasındakı sinif otaqları, idman və akt zalları ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində təmir olunan mərkəz bir tədris korpusu, iki yataqxana binası, yeməkxana və yardımçı binalardan ibarətdir. Tədris mərkəzinin foyesində Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu islahatları, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə, o cümlədən gimnaziyaya göstərdiyi qayğını və dövlət atributlarını əks etdirən fotostend vardır.

700 yerlik gimnaziyada 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompüter sinfi, kimya, fizika laboratoriyaları, dərslik, dünya, şifahi xalq və müasir dövr ədəbiyyatından ibarət zəngin kitabxana mövcuddur. Hazırda burada 611 şagird təhsil alır. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları qurulmuşdur.

Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri var. Hazırda gimnaziyanın yataqxanasında 150 nəfər yaşayır.  

 AzərTAc

 
 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş
bir neçə təhsil müəssisəsinin yeni binalarının açılışlarında iştirak edib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunda yenidən qurulmuş üç təhsil müəssisəsinin açılışlarında iştirak etmişdir.

Əvvəlcə Binə qəsəbəsindəki S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışına gələn Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra açılışı bildirən rəmzi lent kəsildi.

Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ilin dekabrında sökülərək Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yenidən tikilmişdir. 3 hektar ərazini əhatə edən məktəb 2040 şagird, 81 sinif, 4 kompüter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanalarından ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotostend qurulmuşdur. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası vardır. Təhsil müəssisəsində 140 müəllim çalışır. Kompüter otaqlarının avadanlığı məktəbə Fond tərəfindən hədiyyə edilmişdir.

Mehriban xanım Əliyeva məktəbin sinif və kompüter otaqları, yeməkxanası, laboratoriyasına baxdı, binanın istilik təchizatı ilə maraqlandı. Bildirildi ki, bütün otaqlarda ən müasir istilik sistemi quraşdırılmışdır.

***

Həmin gün Mehriban xanım Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbə gəldi.

Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olundu.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəb binası və ibtidai siniflər üçün inşa olunmuş yeni korpusla tanış olan Azərbaycanın birinci xanımı musiqi kabineti, siniflər, yeməkxana, akt və idman zallarına baxdı.

Məlumat verildi ki, 550 yerlik məktəb binası 1966-cı ildə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunan məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilmişdir. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır. Məktəbə Fond tərəfindən 40 kompüter hədiyyə edilmişdir. Binada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotoguşə, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana, bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunmuşdur.

***

Azərbaycanın birinci xanımı oktyabrın 19-da Zirə qəsəbəsində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında da iştirak etdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildikdən sonra rəmzi açılışı bildirən lent kəsildi.

Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban xanım Əliyeva daha sonra yeməkxana, oyun və idman zalı, musiqi otağı ilə tanış oldu. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 120 yerlik uşaq bağçasında 3-6 yaş arası uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcəkdir. 1655 kvadratmetr ərazini əhatə edən uşaq müəssisəsində müasir tələblərə cavab verən bütün şərait yaradılmışdır.

Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz olunmuş yeməkxanada uşaqların sağlam və düzgün qidalanması təmin olunacaqdır. Müxtəlif musiqi alətləri ilə təchiz edilmiş otaqda isə balacaların musiqi istedadını kəşf və inkişaf etdirmək üçün əsl imkan vardır.

Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan köşklər balacaların maraqlı və şən vaxt keçirmələrinin təminatçısı olacaqdır. Uşaqların təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş kamera sistemi ilə aparılacaqdır. 

 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov