Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

"Müstəqil Azərbaycan  tələbələrin gözü  ilə"

 

NDU-da Naxçıvan Mətbuat Şurası ilə birgə Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri arasında keçirilən və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan tələbələrin gözü ilə" mövzusunda yazı müsabiqəsinə yekun vuruldu. Bədii, esse və digər janrlarda yazılan 20-ə yaxın məqalədən 6 ən yaxşısı seçilərək mükafatlandırıldı. Müsabiqənin şərtlərinə  görə I, II və III yerlərin sahiblərinə  pul mükafatları, həmçinin Naxçıvan Mətbuat Şurasının fəxri diplomları və digər həvəsləndirici mükafatlar təqdim  olundu.

Mükafatlandırma mərasimində çıxış edən ali məktəbin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev müsabiqəni dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə dəyərli  töhfə kimi qiymətləndirdi, ölkədə jurnalistika ixtisasının inkişafına yönəlmiş tədbirlərdən danışdı, qalibləri təbrik etdi.

Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcov belə tədbirlərin tələbə jurnalistlərin peşə vərdişlərinin inkişaf etdirilməsi, milli vətənpərvərlik ruhunun möhkəmlənməsi baxımından  əhəmiyyətini vurğuladı.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Seyid Surə tələbələrə təhsil aldıqları ixtisasa  mükəmməl yiyələnməklə gələcəyin layiqli peşəkar jurnalisti səviyyəsinə  yüksəlməyi arzu etdi.

Qaliblər mükafatlandırıldıqdan sonra dövlət müstəqilliyinə həsr olunmuş filmə baxış oldu. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov