Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

"Narkomaniyaya yox deyirik"

 

Bakının Əmircan qəsəbəsindəki  A.Səfərov adına 114 nömrəli orta məktəbdə "Narkomaniyaya yox deyirik" adlı tədbir keçirildi.  Öncə üçrəngli  dövlət bayrağı səhnəyə gətirildi. Şagirdlərin ifasında Dövlət himni səsləndi.

Şagirdlərin hazırladıqları "Zərərli vərdişlər və cinayətkarlıq" və "Susmuş vicdan"  səhnəcikləri göstərildi. Səhnələşdirilən tamaşalarda XXI əsrin ən qlobal problemlərindən olan və  "ağ ölüm" milyonlarla insanın həyatına son qoyan narkomaniyaya düçar olmuş insanların aqibəti öz əksini tapmışdı.

Tədbirin aparıcıları bildirdilər ki, son illərdə narkotiklərin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı böyük  işlər görülsə də, narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir. Əvvələr narkomanlar 25-35 yaş arasında olurdularsa,  indi bu rəqəm  18  yaşa  enib.

Zərərli vərdişlərin törətdiyi ağır bəlalardan danışan məktəbin direktoru Ceyran Novruzova bildirdi ki, problemin qarşısının alınmasında maarifləndirmə işinin rolu böyükdür.

Məktəbin şagirdləri yaşıdlarına müraciət etdilər. Bildirdilər ki, böyüməkdə olan gənc nəsil iradəli və möhkəm olmalıdır. Bu gün hər bir Azərbaycan məktəblisi və gənci pis vərdişlərə meyil göstərməməlidir. Onlar yüksək səviyyədə tərbiyə olunmalı və savadlı yetişməlidirlər.

Hər birimiz unutmamalıyıq ki, vətənimizin olduqca hiyləgər düşmənləri var. O düşmənlər torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər. Bu gün qarşımızda duran ən mühüm vəzifə vətənimizin ərazi bütövlüyünü bərpa etməkdir.

Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək zərərli vərdişlərin törətdiyi faciələrdən danışdılar. Gənclərə tövsiyə olundu ki,  zərərli vərdişlərdən həmişə uzaq olsunlar.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov