Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

"Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda konfrans

 

Noyabrın 2-də Bakıdakı "Hyatt Regency" otelinin Quba zalında Dövlət Neft Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda konfrans keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində çalışan xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müstəqil ekspertlər iştirak edirdilər.

Konfransı Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov açaraq Azərbaycanın milli sərvəti olan qara qızıldan əldə olunan gəlirlərin toplanması, idarə edilməsi və bu vəsaitlərin gələcək nəsillərə çatdırılması məqsədilə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı ilə təsis edilmiş Dövlət Neft Fondunun fəaliyyəti barədə geniş məlumat verdi. Dövlət Neft Fondunun ildən-ilə vəsaitinin artdığını deyən icraçı direktor bunun Azərbaycanın maliyyə potensialının və bütövlükdə ölkənin iqtisadi qüdrətinin artması demək olduğunu bildirdi. Şahmar Mövsümov daha sonra rəhbərlik etdiyi qurumun respublika iqtisadiyyatının inkişafında və bir sıra sosialyönümlü layihələrin icrasında yaxından iştirak etdiyini bildirərək bununla bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs etdi.

Sonra konfrans öz işini "Dövlət  Neft Fondu milli neft strategiyasının ayrılmaz hissəsi kimi", "Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər", "Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr", "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış" mövzularında 4  sessiyada davam etdirdi. Sessiyalarda müxtəlif məsələləri əhatə edən çoxsaylı  məruzələr dinlənildi.  Çıxış edənlər milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolundan, ölkəmizdə fəaliyyət göstərən yerli və  beynəlxalq qurumlarla işgüzar əməkdaşlığından söz açdılar.

3-cü sessiyada Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı - qara qızılın insan kapitalına çevrilməsi mexanizmi kimi" mövzusunda məruzə etdi. Nazir öncə  ölkəmizdə həyata keçirilən milli neft strategiyasının müsbət nəticələrindən danışaraq Dövlət Neft Fondunun bu istiqamətdəki şəffaf fəaliyyətini xüsusi vurğuladı. Ulu öndər Heydər Əliyevin azərbaycanlı gənclərin xaricdə təhsil almalarına hər zaman xüsusi önəm verməsindən  söz açan təhsil naziri bu işin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Qeyd olundu ki, bu gün də Azərbaycandan kənarda yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində  ümummilli lider tərəfindən həyata keçirilmiş siyasət daha geniş coğrafiyada və dünyanın ən qabaqcıl ali təhsil və elm müəssisələrinə göndərilməsi ilə davam etdirilir. Belə ki, respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ilahi sərvəti olan "qara qızılının insan kapitalına çevrilməsi" siyasəti uğurla reallaşdırılır. Azərbaycanlı gənclərin ölkəmiz üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə  Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramı icra olunur. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurla həyata keçirildiyini qeyd edən nazir onun icrasına başlandığı gündən bu günədək 1200-ə yaxın  gəncin ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələrində təhsil almaq məqsədilə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərildiyini bildirdi. Nazir qeyd etdi ki, adıçəkilən Dövlət Proqramı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Məlumat üçün bildirildi ki, ötən illər ərzində gənclərimiz Dövlət Proqramı çərçivəsində dünyanın 24 ölkəsinin 160-dək nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilib. Nazir bununla bağlı statistik rəqəmləri və həmin ölkələrin adlarını  konfrans iştirakçılarının diqqətinə çatdıraraq  2011-2012-ci tədris ilində 500-ə yaxın azərbaycanlı gəncin dünyanın ən qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildiyini bildirdi.

Təhsil naziri  xarici  ölkələrin tanınmış ali məktəblərində təhsil alan gənclərdən müəyyən qisminin artıq məzun olduğunu, məzunlardan bir neçəsinin təhsilini növbəti səviyyədə davam etdirdiyini, digərlərinin isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışdıqlarını söylədi.

Xaricdə təhsil alan gənclərimizin illər və təhsil səviyyələri  üzrə statistik təhlilini aparan nazir Misir Mərdanov bu məsələyə  olduqca ciddi və məsuliyyətlə yanaşıldığını, xarici ölkələrdə təhsil almaq istəyən gənclərin sayının ildən-ilə artdığını qeyd etdi.

 Nazir daha sonra Dövlət Proqramı çərçivəsində gənclərin  xaricdə təhsil almağa getməsi ilə bağlı tətbiq edilən yeniliklərdən danışdı, Təhsil Nazirliyi ilə Dövlət Neft Fondu arasında yaranmış işgüzar əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.  Birgə fəaliyyətin uğurlu nəticələrindən bəhs edən təhsil naziri çıxışının sonunda tək təhsildə deyil, əhalinin sosial rifahının yaxşılaşdırılmasında, mədəniyyətimizin təbliğində, tikintidə, bütövlükdə  iqtisadiyyatımızın  bütün sahələrində neft kapitalının müsbət mənada təsirini aydın şəkildə görmək mümkün olduğunu dedi və bildirdi ki, bu siyasət ulu öndərin əsasını qoyduğu Azərbaycanın neft strategiyasının uğurlarıdır.

Sonra həmin sessiyada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Ayaz Orucov, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov məruzələrlə çıxış etdilər. Sessiyada geniş fikir mübadiləsi aparıldı, məruzəçilər konfrans iştirakçılarının onlara ünvanladığı suallara cavab verdilər.

Üçüncü sessiyanın işini yekunlaşdıran Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hamıya uğurlar arzuladı. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov