Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Dövlət bayrağımız  milli qürurumuzdur

 

Noyabrın 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Dövlət Bayrağı Gününə həsr edilmiş "Dövlət bayrağımız - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq qarşıdan gələn Qurban bayramı, 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Rektor bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu, uzun sürən bir mübarizənin məntiqi nəticəsi idi. Tezliklə Azərbaycan Xalq Cümhuriyyəti demokratik islahatlara başladı. Azərbaycanın üçrəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə Azərbaycanın dövlət bayrağı ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. Düz 70 il sonra ikinci dəfə Azərbaycan bayrağı dalğalandı. Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi silsilə tədbirlər şəklində həm ölkəmizdə, həm də xaricdə yüksək səviyyədə qeyd olunur.

Müstəqillik illərində Azərbaycanın inkişafından söz açan Asəf Zamanov bildirdi ki, dövlətimiz həm iqtisadi, həm də siyasi baxımdan  böyük uğurlara imza atmışdır. Son illər ərzində Azərbaycanda 2161  məktəb binası tikilərək istifadəyə verilib. Moskva Dövlət Universitetinin rektoru, akademik V.Sadovniçinin Bakı Dövlət Universitetinin 90 illik yubileyində vurğuladığı kimi, Azərbaycanda son illərdə  təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin dünyada analoqu yoxdur. Natiq dünyanın 70-dən çox aparıcı ölkəsində fəaliyyət göstərən səfirliklərin binalarının üzərində dalğalanan dövlət bayrağımızın hər bir azərbaycanlı üçün çox böyük qürur mənbəyi olduğunu qeyd etdi. Sevindirici haldır ki, "əsrə bərabər 20 il"də Azərbaycan böyük inkişaf yolu keçərək bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və dünyanın qərar qəbul edən 15 ölkəsi sırasında özünə layiqli yer tutub.  Əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin əsasını  qoyduğu və hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin uğurla apardığı böyük siyasətin məntiqi nəticəsidir.

Tədbirdə "Dövlət bayrağımız - dövlətçiliyimiz" məruzəsi ilə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar  İbrahimov ilk dəfə 1918-ci ildə qaldırılan dövlət bayrağımızın ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda Ali Sovetin sessiyasında ümummilli lider Heydər Əliyev tərəfindən qaldırıldığı tarixi şəraiti xatırlatdı. "Bayrağımız 21 ildir ki, Azərbaycan üzərində dalğalanır. Bu bizi əbədi və dönməz müstəqilliyimizə aparan yoldur.  Bu gün uca zirvədə - 162 metr hündürlükdə dalğalanan bayrağımız yenilməzdir. Bizim qürur yerimiz olan dövlət atributlarından biri də Azərbaycan  bayrağıdır. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan  dövləti bizim qürur mənbəyimizdir. Biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq. Azərbaycan yüksək sürətlə inkişaf edərək dünya dövlətlərinin əksəriyyətini ötüb keçmişdir".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. İkinci dəfə ümummilli lider Heydər Əliyevin Azərbaycan bayrağını Naxçıvanda qaldırdığını bir daha xatırladan V.Rəhimzadə bildirdi ki, Azərbaycan bayrağı hər dəfə dünya ölkələrində dalğalanaraq dövlətimizin qüdrətindən xəbər verir. Gerbimiz, bayrağımız, dövlət himnimiz hər bir azərbaycanlının qürur mənbəyidir. O, Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladı.

Konfransda məruzələr ətrafında çıxışlar oldu. Yeni Azərbaycan Partiyası sıralarına yenicə daxil olan bir neçə gəncə partiya biletləri təqdim edildi. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov