Noyabrın
5-də "Kaspi" Təhsil Mərkəzinin təşəbbüsü ilə
Azərbaycanda IV Beynəlxalq Təhsil Sərgisi
açılmışdır.
AzərTAc xəbər verir ki, "Kaspi" Təhsil Şurasının
sədri Sona Vəliyevanın, gənclərin, ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri tədbirdə
təhsil nazirinin müavini Qulu Novruzov çıxış
etmişdir. Təhsil nazirinin müavini bildirmişdir
ki, sərgidə dünyanın 50-yə yaxın təhsil
müəssisəsindən 15 təmsilçi iştirak edir. O qeyd
etmişdir ki, sərgidə Böyük Britaniya, Kanada,
Türkiyə, Polşa, Ukrayna, Litva və Rusiyanın
müxtəlif universitetləri, təhsil müəssisələri
təmsil olunurlar. Sərginin keçirilməsində
məqsəd xarici təhsil müəssisələrinin
nümayəndələri ilə tələbələr arasında ünsiyyət
yaratmaqdan ibarətdir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycanda
həyata keçirilən "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində bu
il də daxil olmaqla 1200-dək gənc xaricdə təhsil
almağa göndərilmişdir.
Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Sərgidə dünyanın qabaqcıl ölkələrinin bir çox
nüfuzlu xarici təhsil müəssisələri barədə soraq
kitabları, bukletlər və s. nümayiş etdirilmiş,
ekspertlər tərəfindən qəbul şərtləri, təhsil
proqramları barədə məlumat verilmişdir. |
|