Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Şahmat turnirinin açılışı olub

 

Noyabrın 9-da "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci  ildönümünə həsr olunmuş açıq şahmat turnirinin açılış mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov açaraq dövlət müstəqilliyimizin bərpasının 20-ci  ildönümünün respublikanın hər yerində təntənə ilə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu bayram münasibəti ilə bütün təhsil ocaqlarında mütəmadi olaraq tədbirlər keçirilib. "Təhsil" Respublika İdman Mərkəzində də müstəqilliyimizə həsr olunmuş bir sıra idman yarışları təşkil olunub.  Bu gün isə Təhsil Nazirliyinin rəhbərliyi ilə məktəbli şahmatçıların birinciliyi keçirilir.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək şahmat turnirinin açılışı  münasibəti ilə gənc şahmatçıları, məşqçiləri, müəllimləri və tədbirin digər iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, bu gün gənc şahmatçıları burada görmək çox sevindirici haldır. Şahmat turnirinin  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunması çox təqdirəlayiqdir. Ölkəmizdə şahmatın inkişaf tarixinə nəzər saldıqda  son 20 il ərzində bu müdrik oyunun inkişafı  yolunda çox ciddi addımların atıldığının şahidi olmuş olarıq. Xüsusilə Azərbaycanda şahmat məktəblərinin,  şahmata cəlb olunan şagirdlərin sayının artması və şahmatda olan uğurlar, ölkəmizin idman ölkəsi kimi tanınması çox sevindiricidir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə son illər 10-dan artıq şahmat məktəbinin açılışı olmuşdur. Azərbaycanda bu gün geniş şahmat məktəbləri şəbəkəsi yaranmışdır. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycanda şahmatın inkişaf proqramı həyata keçirilməkdədir. Proqramda  şahmatın inkişafı və kütləviliyinin təmin olunması hədəf götürülmüşdür.  Bu gün çoxlu sayda turnirlər keçirilir, qaliblər mükafatlandırılır. Hər yeni tədbirdə biz şahmatın daha kütləvi xarakter, turnirlərin daha geniş  miqyas aldığını görürük. Hazırda respublikanın 42 rayon və şəhərindən 350-yə yaxın şahmatçı bu turnirə cəlb olunmuşdur. Q.Novruzov gənc  şahmatçılara uğurlar arzuladı.

Dövlət himni səsləndirildi. Nazir müavini şahmat məktəbi ilə yaxından tanış oldu, şahmatçılarla söhbət etdi.   

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov