Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

AMEA-da "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilib

 

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Müəllimlər İnstitutunun təşəbbüsü ilə "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilmişdir.

İTİ-dən AzərTAc-a bildirmişlər ki, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, ölkəmizdə İKT-nin, informatika elminin inkişafı istiqamətində həyata keçirilən tədbir və layihələr, qəbul edilən dövlət proqramları haqqında məlumat vermişdir.

Müasir dövrdə informasiya təhlükəsizliyi məsələlərinin qlobal problemlərdən olduğunu qeyd edən R.Əliquliyev institutda İnternetin elmi-nəzəri əsaslarının tədqiqi ilə bağlı mühüm işlərin aparıldığını diqqətə çatdırmışdır. O, İTİ-də aparılan elmi-tədqiqat işlərinin, əldə edilən elmi nəticələrin Thomson Reuter Agency-nin istinad indeksli jurnallarında əksini tapmasının mühüm göstərici olduğunu vurğulamışdır. İTİ-də "İnformasiya cəmiyyəti problemləri" şöbəsinin fəaliyyət göstərdiyini bildirən alim institutun bu sahədə həyata keçirdiyi layihələrdən bəhs etmişdir.

İnformasiya cəmiyyətində hər kəsin informasiya və bilik əldə etmək, mübadilə aparmaq imkanına malik olduğunu qeyd edən R.Əliquliyev bütün bunlara nail olmaq üçün təhsil sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş yetişdirmək kimi mühüm vəzifələrin dayandığını bildirmişdir. Alim qlobal dünyada cəmiyyətin informasiyalaşdırılması prosesinin getdiyini, dünya təhsil məkanında layiqli yer tutmaq üçün təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqinin zəruriliyini vurğulamışdır. O, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, vahid elm-təhsil məkanının formalaşdırılması, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinə xidmət etdiyini qeyd etmişdir.

Bu gün təhsil sistemində müasir informasiya texnologiyalarının geniş tətbiqinə böyük önəm verildiyi diqqətə çatdırılmışdır. Təhsilin informasiyalaşdırılması problemləri ilə bağlı AMEA İTİ-də aparılan elmi tədqiqatlardan danışan institutun direktoru araşdırmaların müxtəlif elmi istiqamətləri əhatə etdiyini bildirmişdir.

Sonda R.Əliquliyev müəllimləri maraqlandıran sualları cavablandırmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov