Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

TEMPUS proqramı çərçivəsində beynəlxalq simpozium keçirilib

 

Naxçıvan Dövlət Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində "İnnovasiyaların tətbiqi: inkişaf və müasirləşmə" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumdan öncə Leyzpig Tətbiqi Elmlər Universitetinin rəhbərlik etdiyi, Portuqaliya Superior de Paços de Brando İnstitutunun, Fərqanə Dövlət Universitetinin, Azərbaycan Milli TEMPUS Ofisinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə həyata keçirəcəkləri Univent TEMPUS layihəsi "dəyirmi masa" ətrafında müzakirə olunmuş, layihə ilə bağlı təkliflər verilmiş, perspektiv planlar müəyyənləşdirilmişdir.

Simpozium işinə başlamazdan öncə universitetin İnnovasiyaların Ötürülməsi Mərkəzinin açılış  mərasimi olmuşdur. Rektor, akademik İsa Həbibbəyli, Leypzig Tətbiqi Elmlər Universitetinin İnnovasiya sistemləri və multimedia proqramları kafedrasının professoru, Univent layihəsinin koordinatoru Klaus Haenssgen, Fərqanə Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Madaminbek Əhmədov, həmin universitetin dosenti, layihənin Özbəkistan arxiv direktoru Alişar Yunusov, Azərbaycan Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov, NDU-nun elmi işlər üzrə prorektoru, layihənin Azərbaycan üzrə koordinatoru Anar Kazımov, yeni mərkəzə rəhbərlik edəcək, iqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent  Müslüm Cabbarzadə və digərləri çıxış edərək respublikanın ali məktəblərində fəaliyyət göstərəcək ilk innovasiya mərkəzinin əhəmiyyətindən danışmışlar.

Simpoziumu giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq universitetin beynəlxalq əlaqələrindən, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığından, o cümlədən Avropa Birliyi ölkələrinin TEMPUS proqramının layihələrində fəal iştirakından danışmışdır. 1999-cu ildə TEMPUS proqramı çərçivəsində "Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin qurulması" layihəsi ilə qalib gələn bu ali məktəb sonrakı illərdə informasiyaları kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin təqdimatında, 2010-cu ildə isə Azərbaycan Dillər Universitetinin müəllifi olduğu "Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar" adlı layihədə Avropanın  Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın ali məktəbləri ilə birgə fəal iştirak etmişdir. Rektor Naxçıvan Dövlət Universitetinin yerli əlaqələndirici qismində iştirak etdiyi, Almaniyanın Leypsiq Universitetinin, Danimarka, Portuqaliya kimi ölkələrinin, Özbəkistanın 8 təhsil müəssisəsinin, o cümlədən Azərbaycandan 3 universitetin qoşulduğu "İnnovasiyaları işgüzarlığa çevirməkdə universitetlərin rolunun artırılması" adlı layihənin əhəmiyyətindən danışmışdır.

Sonra Fərqanə Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Madaminbek Əhmədov, Leypzig Tətbiqi Elmlər Universitetinin İnnovasiya sistemləri və multimedia proqramları kafedrasının professoru, Univent layihəsinin koordinatoru Klaus Haenssgen, Azərbaycan Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov məruzələrlə çıxış etmişlər. Məruzələrdə Univent TEMPUS layihəsinin gerçəkləşdirilməsinin əhəmiyyətindən, innovasiyaların texniki və texnoloji müasirləşmədə, elmi-tədqiqat işlərinin aparılmasında, təhsildə rolu barədə məlumat verilmişdir. Çıxışlarda TEMPUS proqramının tərəfdaş ölkələrdə institusional əməkdaşlığın, ali təhsilin təkmilləşməsi və inkişafındakı xidmətlərindən danışılmışdır. Qeyd olunmuşdur ki, yeni layihənin əsas məqsədi innovasiyaların işgüzarlığa cəlb olunmasında universitetlərin funksiyalarını fəallaşdırmaqdır.

Plenar iclasın sonunda incəsənət fakültəsinin hazırladığı konsert proqramı izlənilmişdir.

Növbəti gün simpozium "İnnovasiya texnologiyaları" və "Sahibkarlıq, inkişaf və modelləşdirmə"  mövzularında plenar iclaslarla işini davam etdirmişdir. Yekunda layihə çərçivəsində həyata keçiriləcək müştərək treninqlər, elmi təcrübə mübadilələri və digər tərəfdaşlıq məsələləri müzakirə olunmuş, bütün bunların dünya təcrübəsinin öyrənilməsində, modern tədris üsullarının tətbiqində böyük rol oynayacağı bildirilmişdir. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov