Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Noyabrın 11-də təhsil nazirinin müavini Qulu Novruzov Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar və Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadi Şklyarla görüşüb.

 

Təhsil nazirinin müavini Qulu Novruzov öncə qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Q.Novruzov bildirib ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol təsdiq edilib. Həmin Protokola əsasən hər iki ölkənin peşə və orta ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müavini bununla bağlı işçi qruplarının yaradıldığını, pilot olaraq ilk peşə-ixtisas təhsili müəssisəsinin seçildiyini diqqətə çatdırıb.

Son illər ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişaf etdiyini söyləyən Q.Novruzov dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012- ci illər)" çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmiri istiqamətində görülmüş işlər barədə məlumat verib. İqtisadiyyatın inkişafında bu sahənin mühüm rolunu vurğulayan Q.Novruzov hazırda bir sıra ölkələrlə peşə təhsili üzrə birgə layihələrin həyata keçirildiyini bildirib. Nazir müavini müvafiq istiqamət üzrə Belarus Respublikası ilə əlaqələrin də əhəmiyyətli olacağına inamını ifadə edib.

Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar səmimi qəbul üçün təşəkkürünü bildirib. Belarus Respublikasında peşə təhsili üzrə mövcud vəziyyət və bu sahədə atılan addımlar barədə ətraflı məlumat verən qonaq birgə layihənin reallaşdırılması istiqamətində lazımi dəstək göstəriləcəyini nəzərə çatdırıb.

Daha sonra Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadi Şklyar peşə təhsili üzrə kadr hazırlığından, müvafiq dərsliklərdən, elmi-metodik vəsaitlərdən və rəhbəri olduğu təhsil müəssisəsindəki resurs mərkəzinin fəaliyyət istiqamətlərindən söz açıb. A.Şklyar peşə təhsili istiqamətində birgə layihənin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirib, pilot müəssisədə tədris ediləcək ixtisaslar barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə ölkəmizdə pilot olaraq yaradılacaq ilk peşə-ixtisas təhsili müəssisəsində tədris ediləcək peşələrin müəyyənləşdirildiyi qeyd olunub və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda həmin müəssisənin konsepsiyasının, təhsil proqramlarının hazırlanması, mühəndis-pedaqoji heyətin yenidən hazırlanması və qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov