"Mirzə İbrahimovun 100 illik yubileyinin
keçirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 19 iyul 2011-ci il tarixli
Sərəncamının icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Azərbaycanın xalq yazıçısı, dramaturq,
ədəbiyyatşünas və publisist, Sosialist Əməyi
Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı, akademik Mirzə İbrahimovun
100 illik yubileyinə həsr olunmuş konfrans
2011-ci ilin 15 dekabr tarixində Azərbaycan
Dillər Universitetində keçirilsin.
2. Konfrans Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və
Azərbaycan Yazıçılar Birliyinin birgə tədbiri
hesab edilsin.
3. Konfransın yüksək səviyyədə keçirilməsinin
təmin edilməsi Azərbaycan Dillər Universitetinin
rektoruna (S.Seyidov) tapşırılsın.
4. Əmrdən irəli gələn təşkilati məsələlərin
həlli Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova)
tapşırılsın.
5. Ali təhsil müəssisələrində filologiya
ixtisası üzrə təhsil alan tələbələr üçün Mirzə
İbrahimov adına təqaüdün təsis edilməsi barədə
müvafiq təkliflərin hazırlanması Təhsil
Nazirliyinin Ali və orta ixtisas təhsili
şöbəsinə (İ.Mustafayev) tapşırılsın.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və nazirliyin İnternet saytında
yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 noyabr 2011-ci il |