Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Noyabrın 24-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçükün başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb

 

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Şimali Kipr Türk Respublikası ilə qarşılıqlı əlaqələrin mövcudluğunu diqqətə çatdıran nazir son illər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir qonağın Azərbaycana gəlişini bu əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib və təhsil sahəsi üzrə qurulmuş əlaqələrin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Uşaqların rifahının yüksəldilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran Misir Mərdanov bu istiqamətdə aparılan işlərdən söz açıb. Təhsil naziri qonağın "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmasının önəmini qeyd edib. Eyni zamanda nazir müvafiq proqram çərçivəsində mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edildiyini deyib.

 Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük öncə səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib və Şimali Kipr Türk Respublikası Baş nazirinin salamını çatdırıb. Qonaq Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında yaradılan əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan Gülin Küçük birgə əlaqələrin yüksək töhfələr verəcəyinə inamını ifadə edib.  Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu qeyd edib ki, iki ölkə arasında təhsil sahəsindəki əlaqələr son illər daha da genişlənib. Zəki Qazioğlu Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artmasını müsbət dəyərləndirdiklərini diqqətə çatdırıb və bildirib ki, ötən il həmin gənclərin sayı 407 olduğu halda, cari ildə isə bu göstərici 600-ə yüksəlib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov