Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Ali məktəb tələbələrinin  XXII Respublika elmi konfransı və "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə keçirildi

 

29-30 noyabr  tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə keçirildi.

Konfransın noyabrın 29-da keçirilən açılış mərasimində iştirakçılar öncə Azərbaycan Respublikasının Dövlət himnini oxudular.

Tədbiri açan təhsil naziri Misir Mərdanov tələbələrin respublika elmi konfransının ölkəmizin ali təhsil ocaqlarında təhsil alan gənclərin elmi tədqiqat işinə maraqlarının artırılmasına, onlara elmi araşdırmalarının nəticələrini məruzə etməyə, elmi fikir mübadiləsi aparmağa imkan və şərait yaratdığını, son nəticədə ali təhsilli mütəxəssis hazırlığının keyfiyyətinin yüksəlməsinə xidmət etdiyini bildirdi.

Təhsil naziri konfransın əlamətdar bir vaxta - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyini deyərək bu il həmin tarixi hadisənin ölkəmizdə dövlət səviyyəsində, həmçinin respublikamızın hüdudlarından kənarda təntənəli şəkildə qeyd edildiyini vurğuladı. Nazir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbirlərin hələ də davam etdiyini söylədi. Tələbələrin XXII Respublika elmi konfransının özünəməxsusluğu ilə daha yaddaqalan olacağını qeyd edən nazir Misir Mərdanov konfrans çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqənin də keçirilməsinin qərara alındığını bildirdi.

Təhsil naziri müstəqilliyimizin 20 ili ərzində ölkəmizin keçdiyi inkişaf yolundan danışaraq bu illərdə bütün sahələrdə olduğu kimi elm və təhsildə də əsaslı dəyişikliklərin aparıldığını, bir sıra yeniliklərin tətbiq olunduğunu və  uğurların əldə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Nazir xüsusi vurğuladı ki, məhz ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkədə siyasi stabillik bərqərar oldu, respublikamızın iqtisadi inkişafı istiqamətində mühüm işlər görüldü. Qeyd olundu ki, bu illərdə milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.

Ümummilli lider Heydər Əliyevin təhsilin və elmin inkişafına, Azərbaycanın istedadlı  uşaq və gənclərinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edən nazir Misir Mərdanov hazırda ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyini bildirdi. Respublika Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan təhsili və elminin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən, ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün yaradılan şəraitdən söz açan nazir daha sonra  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlərə də toxundu. Qeyd olundu ki, hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlıların sayı 10000- i keçib. Bu gün xarici ölkələrdən Azərbaycanın ali məktəblərində təhsil alan gənclərin sayı isə 7 mindir.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsillə, elmlə və  gənclərlə bağlı  çoxsaylı sərəncam və fərmanların imzalandığını, Dövlət Proqramlarının qəbul edildiyini söyləyən  təhsil naziri  bütün bunların Azərbaycan təhsilinin inkişafına, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi.

Sonra nazir Misir Mərdanov  tələbələrin XXII Respublika elmi konfransı haqqında məlmat verərək bildirdi ki, ildən-ilə  tələbələrin konfransa marağı artmaqdadır. Bununla bağlı  statistik rəqəmləri diqqətə çatdıran təhsil naziri  ötən il konfransa 360 məruzənin təqdim olunduğunu, bu il isə 21 dövlət və 4 qeyri-dövlət ali təhsil müəssisəsindən 454 məruzənin  konfransın  proqramına daxil edildiyini söylədi. Bildirildi ki, konfrans öz işini 2 gün ərzində 17 bölmədə davam etdirəcəkdir. Konfrans çərçivəsində təşkil olunan "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə barəsində də ətraflı danışan nazir qeyd etdi ki, müsabiqənin keçirilməsi üçün xüsusi bölmə yaradılıb. Həmin bölmədə müsabiqənin birinci mərhələsindən keçən 28 məruzənin dinlənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur.

Nazir elmi konfransda bölmələrə respublikanın tanınmış alim və pedaqoqlarının rəhbərlik etdiyini deyərək bütövlükdə  tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Çıxışının sonunda nazir Misir Mərdanov tələbələrə bir sıra dəyərli tövsiyələr verərək onlara uğurlar arzuladı.

Mərasimdə çıxış edən  Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev belə bir elmi  konfransa ev sahibliyi etdiklərindən məmnunluğunu ifadə edərək bu tədbirə professor-müəllim heyətinin və tələbələrin böyük önəm verdiyini, məsuliyyətlə yanaşdıqlarını bildirdi və konfrans iştirakçılarına müvəffəqiyyətlər dilədi.

Onu da qeyd edək ki, iki gün davam edən elmi konfransda  454 məruzə dinlənildi və sonda konfrans çərçivəsində "Müstəqilliyimz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqəyə təqdim olunan 28  məruzədən münsiflər heyətinin müvafiq yerlərə layiq gördüyü 6 qalibə Təhsil Nazirliyinin diplom və pul mükafatları, elmi tədqiqat işinin aktuallığı, yeniliyi ilə fərqlənən məruzəçi tələbələrə isə sertifikatlar təqdim olundu.        

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov