Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli
ixtisasartırma kursunun növbəti buraxılışı başa
çatmışdır. "Dövlətin sosial siyasəti: mahiyyət,
prioritetlər və həyata keçirilmə mexanizmləri"
istiqaməti üzrə kursda dövlət hakimiyyətinin
mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının,
müvafiq nazirlik, komitə və idarələrin rəhbər
işçiləri iştirak etmişlər.
Bu istiqamətdə kursun proqramının əsas məqsədi
"2006-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf"
Dövlət Proqramının şərh edilməsi, bu sahədə
dövlət siyasətinin mahiyyətini və
strategiyasının açıqlanması, sosial islahatlar,
müasir Azərbaycanda sosial siyasətin
formalaşması prosesi və bu sahədə dövlət
siyasətinin aktual məsələlərini və sair
problemlərlə bağlı biliklərin sistemləşdirilməsi,
dinləyicilərə yeni biliklərin verilməsidir.
Tematik plan üzrə kursda Azərbaycan
Respublikasında pensiya islahatlarının mahiyyəti
və problemləri, pensiya siyasəti və onun həyata
keçirilməsi, Azərbaycanda sosial siyasət və onun
əsas istiqamətləri, sosial inkişaf üzrə
proqramların istiqamətləri, hazırlanma
metodologiyası və layihələrin həyata keçirilmə
mexanizmləri, dövlətin səhiyyə sistemində
siyasəti və bu sahədə aparılan islahatlar və
digər məsələlər əhatə edilir.
Kursda Dövlət Sosial Müdafiə Fondunun sədr
müavinləri Elman Mehdiyev, Zakir Babayev, Milli
Məclisin sosial siyasət komitəsinin sədri Hadi
Rəcəbli, Milli Məclisin sosial siyasət
komitəsinin sədr müavini Musa Quliyev, Milli
Məclisin sosial qanunvericilik şöbəsinin sektor
müdiri Adil Vəliyev və digər tanınmış alim-mütəxəssislər
dinləyicilər qarşısında sosial siyasətin müasir
problemlərinə dair müxtəlif mövzularda
mühazirələrlə çıxış etmişlər. Təhsil müddəti
ərzində dinləyicilər Milli Məclis, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət
Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində səyyar
məşğələlər keçərək müasir Azərbaycanda sosial
siyasətin formalaşması və bu sahədə dövlət
siyasətinin aktual məsələləri ilə tanış olmuşlar.
Sonra Azərbaycan Respublikasının Prezi
denti yanında Dövlət İdarəçilik Akademiyasında
həmin istiqamət üzrə dinləyicilərin buraxılışı
ilə əlaqədar tədbir keçirilmişdir. DİA-nın
rektor əvəzi, professor Əlikram Abdullayev
kursun sonunda dinləyicilər qarşısında çıxış
edərək, onlara kursu müvəffəqiyyətlə
bitirdiklərinə görə vəsiqələri təqdim etmiş və
gələcək işlərində uğurlar arzulamışdır.
Şakir CƏFƏROV |