Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Şərur rayonunun Çomaxtur kəndində 468 şagird yerlik müasir məktəb binası istifadəyə verilib

 

Noyabrın 25-də Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonun inkişafına göstərilən diqqət və qayğıya, eləcə də yeni sosial obyektlərin istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Müəllim Məlahət Şıxəliyeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektiv adından minnətdarlıq etmiş, təhsil uğurlarını daha da artırmaq üçün bütün imkanlardan maksimum istifadə edəcəklərinə, şagirdləri ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq və bilikli vətəndaş kimi yetişdirəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Çomaxtur kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ulu öndər Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəblərdə alır. Ona görə də təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır" fikrini xatırladaraq demişdir: "ümummilli liderimizin siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilir, yeni məktəb binaları tikilir. Çomaxtur kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır".

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binası 468 şagird yerlikdir. Burada 26 sinif otağı, kimya, biologiya, fizika və hərbi kabinetlər, elektron lövhəli 2 sinif, 2 kompüter otağı, müəllimlər otağı, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxanaya malikdir. Yaradılan bu cür şərait imkan verəcəkdir ki, burada təhsil alan hər bir gənc gələcəkdə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirə bilsin. Bunlar dövlətin təhsilə, gənc nəslə göstərdiyi qayğıdır. Məktəbin ötən tədris ilində qazandığı nailiyyətlər qənaətləndiricidir. Ötən tədris ilində məktəbi 24 şagird bitirmiş, onlardan 16-sı ali məktəblərə sənəd vermişdir. Sənəd verən məzunlardan 10-u tələbə adını qazanmış, məktəbin 2 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə, bir şagirdi isə IX sinif təhsil bazasından orta ixtisas təhsili müəssisəsinə daxil olmuşdur. Qazanılan bu uğurlar müəllim zəhmətinin və şagird çalışqanlığının bəhrəsidir.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, bu yolda müəllim və şagird kollektivinə uğurlar arzulamışdır.

Açılışı bildirən lent kəsilmiş, məktəb binasına baxış olmuşdur. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov