Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ikinci "Fənlərin Dostluğu Olimpiadası" keçiriləcək

 

Azərbaycan Universiteti və "Hədəf"  Elm, Təhsil və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş  2-ci "Fənlərin Dostluğu Olimpiadası" keçiriləcək. Layihənin əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını məktəblilərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Gələcəkdə bütün respublika məktəblilərini və xaricdə yaşayan azərbaycanlı  gəncləri də öz ətrafında birləşdirməyi hədəf alan  "Fənlərin Dostluğu Olimpiadası"nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri arasında keçiriləcək. Təqribən 300-ə qədər məktəbin qoşulacağı layihə iki mərhələdə baş tutacaq. Birinci mərhələdə təqribən 3 min şagird, ikinci mərhələdə isə 100 şagird öz biliyini sınayacaq. İştirakçılara Azərbaycan dilində test şəklində suallar təqdim olunacaq.

Olimpiadanın birinci mərhələsi dekabrın 18-də Bakı, Sumqayıt və Xırdalan şəhərlərində keçiriləcək. Bu mərhələdə 2 saat müddətində şagirdlərə 50 sual təqdim olunacaq. İlk 100 yerin sahibi II turda iştirak etmək hüququ əldə edəcək.

İkinci mərhələ isə dekabrın 25-də Azərbaycan Universitetinin əsas korpusunda baş tutacaq. Bu turda 1 saat müddətində şagirdlərə 30 sual təqdim olunacaq.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən 2-ci "Fənlərin Dostluğu Olimpiadası"nın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi dekabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında  təşkil olunacaq. Olimpiadada ilk 10 yeri tutmuş şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov