Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Əhməd Cavad haqqında yeni kitab

 

Ədəbiyyatımızda elə yaradıcı şəxsiyyətlər, ictimai-siyasi xadimlər olub ki, onların keçdiyi ömür yolu, həyat tərzi, yaradıcılığı haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə vətəninə, millətinə, onun azadlığına bağlı idilər. Belə söz sahiblərindən biri də vətənpərvər, millətsevər, azadlıq şairi olan Əhməd Cavaddır.

Dəhşətli 37-nin qurbanı olmuş, uzun illər yaradıcılığına qadağalar qoyulmuş Əhməd Cavadın yalnız Azərbaycanın deyil, böyük türk dünyasının, Turan elinin şairi olduğunu zaman təsdiq etdi. Qaranlıqlar işıqlandı, sular duruldu, zaman axarına düşdü. Əhməd Cavad poeziyası, lirikası yenidən ədəbiyyatımızda bərq vurdu. Əsərlər yazıldı, kitablar çap olundu. Belə kitabların biri də "Əhməd Cavadın yaradıcılıq yolu" adlanır. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "istiqlal şairi" adı qazanmış Əhməd Cavad yaradıcılığına, poeziyasına həsr olunan bu sanballı əsər ilk sözündən son sözünə kimi şairin söz-sənət dünyasından oxucunu hali edir. Nadir istedada, fitri zəkaya malik olan Ə.Cavad poeziyasının sənətkarlıq xüsusiyyətləri, rəngarəngliyi müəllif tərəfindən ustalıqla açılır, təhlil edilir. Hər sözündə, kəlamında böyük Turan ellərinə sonsuz sevgisi, sayqısı olan Əhməd Cavadın uşaqlıq illərindən ömrünün son günlərinə kimi keçdiyi həyat və yaradıcılıq yolu geniş şəkildə əks etdirilib.

2011-ci ildə "Ozan" nəşriyyatı tərəfindən işıq üzü görən, cavadşünaslıq  irsinə ən qiymətli töhfə olan bu əsərin elmi redaktoru mətbuatımızın tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir. Ön sözün müəllifi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevdir. Əsərə yüksək qiymət verən hörmətli Bəkir müəllim yazır: "Müəllif Əhməd Cavad yaradıcılığındakı orijinallıqdan, təkraredilməz poetik sənətkarlıqdan müqayisəli şəkildə geniş söhbət açır. Hər şeydən öncə əsərin elmi dəyərini qeyd etməklə yanaşı, onun praktik əhəmiyyətini də yüksək qiymətləndirirəm".

Doğrudan da əsəri oxuyarkən hiss olunur ki, tədqiqatçı alim R.Salmanlı Əhməd Cavad yaradıcılığına böyük bir məsuliyyətlə yanaşıb. Əhməd Cavad yaradıcılığı, poeziyası, həyatı ilə bağlı kiçik bir detala da həssaslıqla, alim təmkini ilə yanaşaraq əsərin ərsəyə gəlməsi üçün uzun illər gərgin axtarışlar aparıb. Hiss olunur ki, R.Salmanlı şair haqqında yetərincə informasiyaya malikdir. Bu heç də təsadüfi deyil. Çünki o, "Əhməd Cavad", "Kür üstündə bir şəhər varE" və "Cümhuriyyət şairi" adlı əsərlərində artıq şairin çoxcəhətli yaradıcılıq və keşməkeşli həyat yolu ilə tanış idi. Elə ona görə də əsəri bir çox tədqiqatçı alimlərimiz cavadşünaslıq irsinin ən sanballı əsəri kimi qiymətləndirmişlər.

1991-ci ildə dövlət müstəqilliyimizi yenidən elan etdikdən sonra cavadşünaslıq irsinə aid çox əsərlər, məqalələr, monoqrafiyalar yazılıb. Lakin R.Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" adlandırdığı bu monoqrafiya bir çox yenilikləri ilə də diqqəti cəlb edir. İlk növbədə onu qeyd edək ki, əsər kifayət dərəcədə bitkin şəkildə işlənmişdir. Əhməd Cavad poeziyasının yüksək sənətkarlığı, təkrarolunmaz orijinallığı yetərincə geniş şəkildə təhlil edilib. Tədqiqatçı alim arxiv sənədlərindən, mətbuat materiallarından yerli-yerində istifadə edib. Bununla da əsərində bir daha sübut edib ki, Əhməd Cavad XX əsr Azərbaycan ədəbiyyatının, poeziyasının təkrarolunmaz sənətkarlarındandır. Müəllif həmçinin bu fikri söyləmək üçün Əhməd Cavad yaradıcılığına yüksək qiymət verən M.Ə.Rəsulzadə, H.Baykara, Ə.Səfəroğlu, M.B.Məhəmmədzadə kimi tədqiqatçıların əsərlərinə, fikirlərinə istinad edib.

Azərbaycan ədəbiyyatının, poeziyasının say-seçmə söz, sənət sahiblərindən olan Əhməd Cavad yaradıcılığa tarixin həm ziddiyyətli, həm də mürəkkəb dövründə gəlib. Lakin yaradıcılığının ən məhsuldar, çiçəkləndiyi dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Bu illərdə şair bütün varlığı ilə yazıb-yaratmış, cümhuriyyətin ideyalarını tərənnüm etmişdir. Ona görə də bu illər onun yaradıcılığında çox böyük və müstəsna əhəmiyyətə malikdir. Heç də təsadüfi deyil ki, cavadşünaslar bu illəri "Əhməd Cavad yaradıcılığının zirvəsi, kulminasiya nöqtəsi" adlandırırlar. Bütün varlığı ilə azadlığa can atan, türk dünyasının təəssübkeşi olan şair istiqlal mübarizəsini son ana kimi davam etdirmiş, bu yolda olmazın əzablara, əziyyətlərə, məşəqqətlərə məruz qalsa da, amalından dönməmişdir.

Bütün bunları müəllif əsərində geniş şəkildə əks etdirə bilmişdir. Əsərdə Əhməd Cavadın yaradıcılıq uğurları ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra millətçi, pantürkist, müsavatçı damğası ilə zindanlarda, həbslərdə çəkdiyi dəhşətli işgəncələr də oxucuya geniş şəkildə çatdırılır. 

Qərənfil DÜNYAMİNQIZI,
BDU-nun jurnalistika  fakültəsinin müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov