Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

On üç yaşlı dünya çempionu

 

Vahid Tofiq oğlu Məhərrəmov idmanın Qocyu-Ryu Okinava karate növü üzrə 30 kq çəki dərəcəsində dünya çempionudur. 1997-ci ildə Bakıda anadan olub. Kiçik yaşlarından  idmana böyük sevgisi olub. Bakının Yasamal rayonunda yerləşən 176 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı ilə fərqlənən  Vahid karate ilə doqquz  yaşından məşğul olur. O, altıqat dünya və üçqat Avropa çempionu olan təcrübəli məşqçi Ümid Əliyevin yetirməsidir.  Vahid  bu idman növünün sirlərini mükəmməl şəkildə öyrənməyə başlayır. Onun uğurları da bundan sonra artır. 

- Vahid, səndə idmanın bu növünə həvəs haradan yarandı?

-Ailəmiz də idmanı çox sevir. Atam idmanı sevən bir insan kimi  məndə idmançı olmağa həvəs oyatdı. Hələ uşaq yaşlarımda həmişə məhəllədə yaşayan qonşularımızın  tezdən idmanla məşğul olmalarına həvəslə baxırdım. İstəyirdim ki, mən də onlar kimi idmanla məşğul olum. Həyətdə məhəllə yoldaşlarımla futbol oynayardıq. Karate ilə yanaşı, futbol oynamağı da çox sevirəm. Məşqçi müəllimim Ümid Əliyev də 176 nömrəli tam orta məktəbin məzunudur. Məktəbin idmançı şagirdlərinin şəkillərindən ibarət stenddə Ümidin və digər idmançıların yarış zamanı şəkillərini görəndə  fərəhlənərdim. İstəyirdim ki, mən də onlar kimi idmançı olum. Mənim şəklim də şərəf lövhəsində olsun. Ümid müəllimlə münasibət qurmağa çalışdım. Həmişə istəyirdim ki, idmanın sirlərini ondan öyrənim.  Bağçaya getdiyim vaxtlardan məhəllə uşaqları ilə  idman zallarında yüngül də olsa, idmanla məşğul olardım. Orada məşq edən idmançıların hərəkətlərinə diqqətlə baxardım. Bir dəfə uşaqlarla  məşqə gedəndə mən idman zalından evə gəlməmək üçün zaldakı kəndirlə tavana çıxmışdım. Təxminən yarım saat məni axtarandan sonra səsimi çıxartmışdım. Yoldaşlarım çox qorxmuşdu. Onlar elə biliblər ki, mən itmişəm. Məndən soruşanda  niyə bu hərəkəti etdin, onlara dedim ki, zaldan evə getmək istəmirdim. Hələ mən məşqimi qurtarmamışdım axı. Zaldakı idmançılar güldülər. Məşqçi müəllimlər mənə dedilər ki, sən sevdiyin idman növü ilə məşğul olsan, güclü idmançı ola bilərsən.

- Uğurların barədə bizə nə deyə bilərsən və yarış zamanı hansı hissləri keçirirsən?

- Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında düşünürəm. Çalışıram ki, heç bir səhvə yol verməyim, rəqib həmin anda bundan istifadə edə bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında fikirləşirəm. Rəqibi ilk anda məğlub etmək istəyirəm. Yarışın axırını gözləmək istəmirəm. Qarşımda duran önəmli vəzifələrdən biri Avropa çempionu olmaqdır. Qazandığım bütün uğurlarıma görə müəllimim Ümid Əliyevə borcluyam. Müəllimsiz sənin heç bir uğurun ola bilməz. Yaxşı perspektivli bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır. Müəllimim mənə bu idman növünün bütün sirlərini dərindən öyrətdi. Bunun nəticəsidir ki, mən respublikada keçirilən birinciliklərdə  və Azərbaycan çempionatlarında dəfələrlə iştirak etmişəm. Hər bir yarışda I yerə layiq görülərək diplom və mükafatlar almışam. Belə ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qocyu-Ryu Okinava karate-do və kobudo növləri üzrə Karate Federasiyasının təşkil etdiyi yarışlarda I yerə çıxmışam. 2011-ci ilin yayında Bakıda 30-a yaxın ölkənin iştirakı ilə Qocyu-Ryu Okinava növü üzrə 13-14 yaşlı idmançılar arasında keçirilən dünya çempionatında I yerə çıxaraq hər birimizə müqəddəs olan üçrəngli dövlət bayrağımızı zirvələrə qaldırmışam. Ən böyük arzum istənilən beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaq və himnimizi səsləndirməkdir.

Vahid Məhərrəmovun qazandığı uğurlarda böyük zəhməti olan  təcrübəli məşqçi, karate üzrə altıqat dünya və üçqat Avropa çempionu, 20 qızıl və gümüş medal sahibi Ümid Əliyev  yetirməsi haqqında bu fikirdədir:

- Sevindirici haldır ki, Azərbaycan bu gün beynəlxalq idman aləmində idman ölkəsi kimi tanınır.  İdmançılarımız çempion olanda, üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında zirvələrə qalxanda hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm.

Vahidin zaldakı digər idmançılardan fərqi ondadır ki, onun çox güclü qavrama və götürmə qabiliyyəti var. Məsələn, 2-3 il gələn idmançıların o müddətdə götürdüklərini Vahid  5-6 ayda mənimsəmişdi. Onlara qalib gəlirdi. Tatamidə onlarla sərbəst işləyirdi. Mən Vahidə güvənirəm. Arzu edirəm ki, o, Avropa çempionu olsun. Hər bir məşqçi kimi mən də yetirməmin qələbəsinə sevinirəm. İnanıram ki, o, bütün ümidləri doğruldacaq və üçrəngli bayrağımızı beynəlxalq yarışlarda zirvələrə qaldıracaq.

 Bu gün qarşımızda duran ən mühüm vəzifə uşaq və yeniyetmələrin intellektual səviyyələrinin, estetik, hüquqi tərbiyələrinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən, dövlətçiliyə sədaqət, milli mənəvi dəyərlərimizə dərin hörmət ruhunda formalaşmasından ibarətdir. Sevindirici haldır ki, bu gün Vahid kimi yetirmələrimiz Azərbaycanın idman şərəfini qoruyaraq ölkəmizi Avropa və dünya çempionatlarında layiqli təmsil edirlər.

Bakıdakı 176 nömrəli tam orta məktəbin direktoru Sairə Rəsulova:

- Son illərdə idman sahəsində qazanılan uğurlara görə bütün idmançıları və idmansevərləri təbrik edirəm. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də misilsiz  uğurlar qazanılmışdır. Vahid haqqında onu deyə bilərəm ki, o, təlim və tərbiyəsi ilə seçilən, nümunəvi şagirddir. Məktəbdə keçirilən tədbirlərdə həmişə fəallığı  ilə seçilir. O, idman yarışlarında və hərbi spartakiadalarda xüsusi  fəallıq göstərir. Vahid müəllimlərinin məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl edən bir şagird kimi özünü həmişə doğruldur. Ona gələcək həyatında uğurlar arzulayırıq.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov