Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Dövlət İdarəçilik Akademiyasında beynəlxalq elmi konfrans keçirilib

 

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq  elmi konfrans keçirildi.  Konfransda dövlət və hökumət nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan və Tacikistanın dövlət idarəçilik akademiyaları, institutları və elmi mərkəzlərinin rəhbərləri,  ekspertlər, beynəlxalq  və qeyri -hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Konfransı giriş sözü ilə DİA-nın rektor əvəzi, professor  Əlikram Abdullayev açaraq bildirdi ki, tədbiri keçirməkdə  əsas   məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarının araşdırılmasından ibarətdir.

Dövlət himni səsləndirildikdən sonra çıxış üçün ilk söz təhsil naziri Misir Mərdanova verildi. Nazir ilk öncə tədbirdə  iştirak   edən qonaqları salamladı. Sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə keçirilən konfransın çox böyük əhəmiyyət daşıdığını bildirdi. Təhsil naziri  Azərbaycan hökumətinin dəvətini qəbul edib konfransda iştirak edən xarici qonaqlara öz  təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20 ili ərzində ölkəmizdə çox böyük tarixi hadisələr baş vermişdir. Misir Mərdanov vurğuladı ki, bütün  bu nailiyyətlərin qazanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Nazir ölkə başçısının rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən əsas qlobal məsələlərdən də söz  açdı. Qeyd etdi  ki, ölkə Prezidentinin siyasətində təhsil ən vacib sahə olduğundan Azərbaycanda təhsil ocaqlarının maddi-texniki  bazası  xeyli genişlənmiş və gənclərin yaxşı oxumaları üçün hər cür şərait yaradılmışdır.

Misir Mərdanov 90 yaşı tamam olan DİA-nın fəaliyyətindən də  ətraflı danışdı və bu təhsil ocağının  Azərbaycanda yüksək səviyyəli kadrların yetişməsində  böyük rol oynadığını   qeyd etdi.

Azərbaycanda təhsil sahəsində gedən islahatlar barədə də məlumat verən Misir Mərdanov konfransın işinə uğurlar arzuladı.

Beynəlxalq  konfransın əhəmiyyətindən danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirdi ki, hər bir dövlətin gücü onun dövlət idarəçiliyindən asılıdır. Diplomat  dedi ki, dövlət demokratiya və insan haqlarını əsas tutmalıdır. Azərbaycan da  bu yolda çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə   Komissiyanın sədri Bəhram Xəlilov, Türkiyə və Yaxın Şərq Dövlət  İdarəçiliyi İnstitutunun rektoru Eyyub İsbir və başqaları da  konfransın əhəmiyyətindən danışaraq müxtəlif ölkələrdə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr barədə məlumatlar verdilər.

Sonda Azərbaycanın müstəqilliyini və inkişafını əks etdirən videoçarx nümayiş etdirildi.

İkigünlük konfrans öz işini bölmələr üzrə  davam etdirərək başa çatıb. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov