Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Bakı Dövlət Universiteti dünyanın aparıcı Tokyo Boeki Ltd. şirkəti ilə memorandum imzaladı

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokyo Boeki Ltd. şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşüb.

Rektor Abel Məhərrəmov elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan Tokyo Boeki Ltd. ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib.

Görüş zamanı Bakı Dövlət Universiteti ilə Tokyo Boeki Ltd. şirkəti arasında "Əməkdaşlıq və əlaqələrin əsas prinsiplərinə" dair Memorandum imzalanıb. İmzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak edib.

Tərəflər universitetin innovasiyalı elmi-tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirmək üçün dəyərli təcrübə, fundamental bilik və resurslara  malik Tokyo Boeki Ltd. şirkətinin, öz növbəsində, elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olduğunu nəzərə alaraq təhsil və elmin müxtəlif sahələrində, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər.

Memoranduma görə, tərəflər, ortaq fəaliyyət çərçivəsində, nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və başqa sahələrdə birgə layihələr yerinə yetirəcəklər. Memorandum, yüksək ixtisaslı Azərbaycan alimlərinin hazırlanması, alim, tədqiqatçı və başqa mütəxəssislərin mübadiləsi, Yaponiyanın yeni texnologiyalarına dair BDU-nun əməkdaş və tələbələrinə seminarların təşkili, yüksək ixtisaslı mütəxəssislərin  hazırlanması  məqsədilə təqaüd, müsabiqə,  tələbələrə dəstək və digər proqramların təşkili və reallaşdırılmasını da nəzərdə tutur.

Bu əməkdaşlığın ilk addımı olaraq adıçəkilən şirkət Bakı Dövlət Universitetini Jeol Ltd. şirkəti (Yaponiya) tərəfindən istehsal edilən JSM-7600F skanedici elektron mikroskop ilə təmin edib.  Bu mikroskopda elektron optika texnologiyalarının ən son nailiyyətləri reallaşdırılmışdır. Bu cihaz nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu model ilə müxtəlif birləşmələrin nanohissəciklərini araşdırmaq və onların miqdari analizini yerinə yetirmək, nümunələr hazırlanmadan bioloji obyektləri və keçirici olmayan obyektləri də araşdırmaq mümkün olacaq.         

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov