Təhsil Problemləri İnstitutunun (TPİ) Kurikulum
Mərkəzində "Məktəbəqədər təhsilin kurikulumunun
mahiyyəti və məzmunu" mövzusunda təqdimat
keçirilmişdir.
TPİ-dən AzərTAc-a bildirmişlər ki, mövzuya dair
məruzə-təqdimatla institutun məktəbəqədər
təhsilin kurikulumu şöbəsinin əməkdaşları
Ş.Baxışova və K.Məmmədova çıxış etmişlər.
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov
"Məktəbəqədər təhsilin kurikulumu" layihə
sənədinin nəşrə hazırlanması zamanı təlim
strategiyaları bölməsinə bir daha diqqət
yetirilməsini və dəqiqləşmələr aparılmasını,
uyğunsuzluqların aradan qaldırılmasını, müasir
tələblərin nəzərə alınmasını tövsiyə etmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış,
suallar cavablandırılmışdır. |