Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Bölgələrdən xəbərlər

 

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə 

Bu günlərdə Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə  Milli Qəhrəman Riad Fikrət oğlu Əhmədova həsr olunmuş tədbir keçirilib.

Tədbirdə  səslənən "İgid əsgər möhkəm dayan" mahnısının melodiyaları ürəkləri titrədib. Şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Səfərova qəhrəmanın mübarizələrlə dolu ömür yoluna həsr olunmuş məruzə ilə çıxış edib.

Mərasimdə Riad Əhmədovun cəbhə yoldaşı Böyükağa Məmmədovun və Qarabağ döyüşlərinin iştirakçısı, Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qabil Hüseynovun danışdığı cəbhə xatirələri də böyük maraqla qarşılanıb.

Bu unudulmaz tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya isə tədbir iştirakçılarını kövrəldib. Eyni zamanda şagirdlərin ifasında qəhrəmana həsr olunmuş bayatılar, ağılar və şeirlər də səslənib. Məktəblilər Riad Əhmədovun şəkli önünə tər qərənfillər düzüblər.

Sonda şagirdlər Azərbaycanın üçrəngli bayrağını səhnəyə gətirərək ona Riad Əhmədov kimi sədaqətli olacaqlarına, torpaqlarımızın bütövlüyü uğrunda onun kimi mübariz, düşmənə qarşı amansız olacaqlarına and içiblər. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin gözəl ifası da alqışlarla qarşılanıb. 

Sabirabadda 610 müəllim təlim kurslarından keçib 

Redaksiyamıza Sabirabad Rayon Təhsil Şöbəsindən daxil olmuş məlumatda qeyd edilir ki, 2011-ci ildə ibtidai sinif müəllimlərinin kurikulum hazırlığı başa çatıb. Bu müddət ərzində rayonun 610 nəfər ibtidai sinif müəllimi təlim kurslarından keçib. Hazırda növbəti dərs ilində V siniflərdə kurikulumun tətbiqi üçün hazırlıq işinə başlanılıb. Gələn dərs ilində V siniflərdə dərs deyəcək müəllimlərin siyahısı Təhsil Nazirliyinə təqdim olunub. 2012-ci ilin yay aylarında təşkil olunacaq təlim kurslarında rayonun 1002 müəlliminin iştirakı nəzərdə tutulub. Bu siyahıya rayonda müvəqqəti məskunlaşmış qaçqın və köçkün rayonların məktəblərində çalışan 36 müəllimin də adı daxil edilib.

Rayonda müəllimlərin kurikulum hazırlığının artırılmasını təkcə təlim kursları vasitəsilə deyil, həmçinin müntəzəm olaraq iş aparılmasında görürlər. Bu iş isə mütəmadı olaraq seminarlar təşkil edilməsindən, bu seminarlarda qabaqcıl müəllimlərin çıxışlarının və ayrıca "açıq dərs"lərinin keçirilməsindən ibarətdir. 

Qusar məktəblilərinin uğurları 

Rayon məktəblilərinin  qazandığı uğurlardan söhbət açarkən birinci  növbədə müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə gümüş medalla təltif olunan 16 məzundan biri - Qusar şəhər 6 nömrəli məktəbin məzunu Şəmsi Kazımovun olduğu fəxrlə vurğulanır. Daha bir uğur isə fənn olimpiadalarının Respublika mərhələsində rayonun Piral kənd tam orta məktəbinin X sinif şagirdi Məleykə Əsədovanın Azərbaycan dili və ədəbiyyat fənni üzrə IV yer tutaraq Təhsil Nazirliyinin diplomu ilə təltif edilməsidir.

Qusar Rayon Təhsil Şöbəsindən verilən məlumatda  bildirilir ki, rayonda istedadlı uşaqların aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsi sahəsində təhsil müəssisələrinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda rayonun məktəbdənkənar təhsil müəssisələrində də müxtəlif nominasiyalar üzrə tədbirlərin keçirilməsinə əməli köməklik göstərilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müxtəlif  nominasiyalar üzrə keçirdiyi I Ümumrespublika yaradıcılıq müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Albert Cavadov rəsm nominasiyası üzrə I yeri tutub və ona fotoaparat hədiyyə edilib.

Şəhər 6 nömrəli orta məktəbin V sinif şagirdi, ekoloji mərkəzin dərnək üzvü Vüqar Niftəliyev "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilərin Respublika rəsm müsabiqəsində II yeri tutub və Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif edilib.

 Rayon Texniki Yaradıcılıq Mərkəzində məşğul olan Albina Ramazanova isə məktəblilərin əl işlərinə Respublika baxış müsabiqəsinin final mərhələsində yumşaq oyuncaqlar nominasiyasında I yer tutaraq diplom və qiymətli hədiyyəyə layiq görülüb.

Eyni zamanda rayonun məktəb məzunlarının ali məktəblərə qəbulu,  İKT-nin tətbiqi və istifadəsi üzrə, idman, hərbi-vətənpərvərlik  sahəsində də sevindirici nəticələr var və bu nəticələri artırmaq üçün bütün təhsil işçiləri məqsədyönlü işlər aparır. 

Hazırladı: Ədalət Daşdəmirli

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov