Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - �48

 

Riyaziyyat dərslərində əyləncəli məsələlərdən istifadə

 

Bu gün respublikamızda təhsil islahatı müvəffəqiyyətlə həyata keçirilməkdədir. İslahatda əsas məqsəd cəmiyyətin maraq və tələbini nəzərə almaqla müstəqil düşünməyi və fəaliyyət göstərməyi bacaran, yaradıcı qabiliyyətə malik şəxsiyyətlər yetişdirməkdir.

Müasir dövrdə uşaqlar hər gün müxtəlif dəyişikliklərlə üzləşirlər. Təbiət və cəmiyyətdə baş verən dəyişikliklər onlarda daim öyrənmək həvəsini artırır. Müəllimlər bunu nəzərə alaraq dərslərində yeni texnologiya və metodlardan daim istifadə etməlidirlər.

Müəllimin dərsdə  rolu uşaqlara sərbəst şəkildə tədqiqat aparmaq, dərslərin fəal iştirakçısı olmaq və dərslərdə tək, yaxud digər şagirdlərlə birgə işləmək imkanları verməkdir. Müəllimin istiqamət verdiyi dərslər uşaqların xüsusi bir vərdiş və metodları sınaqdan çıxarmaları üçün böyük və ya kiçik qruplar şəklində,yaxud da fərdi qaydada məşğul olduqları dərslərdir.

Müəllimlər uşaqlar üçün maraqlı olan və bir çox riyazi prosesləri (ölçmə, həndəsə, statistika və ehtimal da daxil olmaqla) əhatə edən dərsləri əvvəlcədən planlaşdırmalıdır. Axı şagirdlər müxtəlif obyektləri tədqiq və müqayisə etmək, ölçmək və ya quraşdırmaq imkanlarına malikdirlər.                                                                         

İbtidai siniflərdə riyaziyyatın tədrisi prosesində məsələ həlli mühüm  yer tutur. Məsələ anlayışının formalaşdırılması, məsələnin məzmunu və quruluşunun şüurlu mənimsənilməsi riyaziyyat dərsinin vacib şərtlərindən biridir. Məsələ həlli zamanı bir sıra anlayışların mahiyyəti açılır və onlar şagirdlər tərəfindən mənimsənilir.

Məsələ həlli müstəqil təfəkkürün növlərindən biridir. Onun  məqsədi ədədlər üzərində əməllərə aid hesablama vərdişlərinin inkişaf  etdirilməsi, gündəlik həyatda işlənən kəmiyyətlərlə, onlar arasındakı münasibətlərlə tanışlıq, sadə həndəsi təsəvvürlər formalaşdırmaq, bu bilikləri məsələ həlli və hesablamalarda tətbiq etməyi öyrətməkdir.

Məsələlərin həllində elə metodlar tətbiq edilməlidir ki, şagirdləri müstəqil mühakimə yürütməyə, oxşar və  fərqli cəhətləri araşdırmağa, ümumiləşdirmə aparmağa, nəticə çıxarmağa yönəltsin, onlarda çox da çətin olmayan məsələlərin həlli ilə əlaqədar qismən  axtarıcılıq və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirsin.

Nəzərə almaq lazımdır ki, şagirdlərin ibtidai siniflərdə hesab məsələlərinin həllinə və tətbiqinə aid əldə etdikləri bilik və bacarıqlar yuxarı siniflərdə riyaziyyatın, o cümlədən bir sıra digər fənlərin mənimsənilməsində əhəmiyyətli rol oynayır.

I sinifdə həyatdan götürülmüş məsələləri həll etdirmək həm də şagirdlərdə şüurlu və möhkəm hesablama vərdişlərinin formalaşmasını inkişaf etdirir. Şagirdlər riyaziyyat məsələləri vasitəsilə həyati hadisələri öyrənir, istehsal sahələri ilə tanış olurlar.

Riyaziyyat dərslərinin daha səmərəli keçməsi, daha yaddaqalan olması üçün müəllim şagirdlərin maraq dairələrinə müvafiq olaraq əyləncəli və düşündürücü məsələlərdən, tapmacalardan, nağıllardan, əyləncəli riyazi krossvordlardan istifadə etməlidir.

Nağıl, şeir, musiqili tapmacalar vasitəsilə keçilən dərslər şagirdlərə güclü emosional təsir göstərir. Bunun nəticəsində onlarda daha möhkəm, dərin biliklər formalaşır. Dərslərimdə tətbiq etdiyim nağıl tapmacalardan birini nümunə göstərmək istəyirəm: 

Ağacda on alma var.

Dördünü dərdi siçan,

Birini yerə saldı.

Neçəsi orda qaldı?

(10-4-1=5)

Məlumdur ki, məktəbə yenicə gəlmiş uşaqlar heç vaxt "məsələ, məsələ həlli, məsələnin şərti" kimi söz və ifadələr eşitməmişlər.

Bu ifadələr şagirdlərin nitqinə yaddır, ona görə də müəllim şagirdi buna tədricən alışdırmalıdır.

Məsələ uşaq üçün uydurma və kənardan gəlmə məcburi bir şey olmamalı, şagirdlərin nəzərində ətraf aləmdəki şəraitdən daha yaxşı uşağın öz tələbatından doğan bir tapşırıq kimi görünməlidir.

Şagirdlər ilk dəfə məsələ həllini ən həyati və praktik bir sualın həlli kimi qavramalıdırlar. Məsələyə bu cür yanaşmanı şagirdlərin şüurunda canlandırmaq lazımdır. Məsələn: Balaca dovşan oyuncaqlarla oynamağı çox xoşlayır, amma o, bərk acıb. Sizcə, dovşan hansı yolla getməlidir?      

Bu və digər tipli məsələlərin  həllində şagirdlər yaradıcı düşünməyi, mühakimə yürütməyi və öz fikirlərini əsaslandırmağı öyrənirlər ki, bu da onların məntiqi təfəkkürünün formalaşmasını təmin edir.

Bu proses uşaqların təsəvvürünü, diqqətini, yaddaşını inkişaf etdirir, onlarda  fəallıq, çətinlikdən çıxmaq üçün inadlılıq və təşəbbüskarlıq kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır.

Məsələnin tərtibi və həlli yollarının düzgün öyrədilməsi uşaqların məsələ həlli üzərində müstəqil işləmək bacarığının inkişafına geniş imkanlar açır. Bu da onların gələcəkdə məsələ tərtibi və həlli üzrə bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. 

Elnarə ƏFƏNDİYEVA, 
Mingəçevir şəhər
Texniki-humanitar liseyin ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov