Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Təhsil Nazirliyinin kollegiya iclasında xaricdə təhsillə bağlı Dövlət Proqramının icrası istiqamətində
görülmüş işlər müzakirə olundu

 

Dekabrın 14-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə yanaşı, müxtəlif dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin, Təhsil Nazirliyinin məsul işçilərinin, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin rektor və prorektorlarının iştirak etdikləri iclasda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə edildi.

Kollegiya iclasını açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov hamını salamlayaraq belə bir mühüm məsələnin müzakirəsində iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi. İclasın iş qaydası haqqında iştirakçılara  məlumat verən təhsil naziri mövzunun aktuallığını diqqətə çatdırdı.

Gənclərimizin xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almalarının həmişə önəmli bir məsələ olduğunu söyləyən təhsil naziri Sovet dövründə ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik etməyə başladıqdan sonra bu istiqamətdə mühüm addımların atıldığını bildirdi. Qeyd olundu ki, dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti sayəsində 1970-80-ci illərdə çoxlu sayda gəncimiz SSRİ-nin tanınmış ali məktəblərində təhsil almağa göndərilirdi. Nazir onu da bildirdi ki, həmin dövrdə SSRİ-nin hərbi ali məktəblərində təhsil almağa gedən gənclərin sayı da kifayət qədər olmuşdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən və Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə qayıtdıqdan sonra da bu sahədə əhəmiyyətli addımlar atıldı. Məhz ulu öndərin xaricdə təhsilə verdiyi önəmin nəticəsi idi ki, xarici ölkələrdə  təhsil alan tələbələrin  bütün problemləri dövlətin xüsusi diqqət mərkəzində oldu.

Təhsil naziri Azərbaycandan kənarda yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş siyasətin hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, respublika Prezidenti cənab İlham Əliyevin  16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin azərbaycanlı gənclərin xaricdə təhsilinə göstərdiyi qayğının daha bir parlaq nümunəsidir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ilahi sərvəti olan "qara qızılın" insan kapitalına çevrilməsi siyasəti uğurla reallaşdırılır. Nazir adıçəkilən Dövlət Proqramının əsas məqsədinin ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu söyləyərək, həmin məqsədlərin reallaşdırılması üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan vəzifələri, həmçinin proqramın əsas hədəflərini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Nazir Misir Mərdanov 2007-ci ildən başlayaraq bu günə qədər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilən gənclərin sayı barədə statistik rəqəmləri açıqlayaraq bildirdi ki, bütövlükdə Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Qeyd olundu ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.

Təhsil naziri daha sonra çıxışında Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin maliyyələşdirilməsi məsələsinə toxundu, bununla bağlı fikirlərini diqqətə çatdırdı. Təhsil Nazirliyi ilə Dövlət Neft Fondu arasında yaranmış işgüzar əməkdaşlıqdan razılıq hissi ilə danışan nazir birgə fəaliyyətin gələcəkdə də uğurla davam edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən nazir bununla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi, öz fikir və mülahizələrini söylədi.

Sonra təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Nazir müavini ölkəmizdən kənarda yüksək biliyə malik kadrların hazırlanması ilə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş siyasətin bu gün də daha geniş coğrafiyada gənclərimizin dünyanın ən qabaqcıl ali təhsil və elm müəssisələrinə göndərilməsi ilə davam etdirildiyini bildirdi. Dövlət Proqramına gənclərin ildən-ilə marağının artdığını, ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını deyən Qulu Novruzov bu istiqamətdə görülən işlər haqqında danışdı.Proqram çərçivəsində xaricdə təhsil almaq hüququ qazananlarla bağlı rəqəmləri açıqlayan nazir müavini bildirdi ki, 2007-2008-ci tədris ilində onların sayı 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində 421 nəfər olub. İllər üzrə təhsil almaq hüququ qazananların ölkələr, ixtisaslar, təhsil səviyyələri üzrə statistik göstəriciləri iştirakçıların nəzərinə çatdıran nazir müavini onların hər birini ayrı-ayrılıqda şərh etdi. Proqram çərçivəsində ən çox azərbaycanlı gənclərin təhsil aldığı ölkələrin adlarını sadalayan Q.Novruzov diplomdansonrakı təhsil pillələri üzrə xaricə göndərilənlərin sayının ilbəil artmasını müsbət hal kimi qiymətləndirdi. Təqdimatda  2011-2012-ci tədris ilində proqram çərçivəsində təhsil alan tələbələrin ölkələr üzrə statistikasını əks etdirən cədvəllər nümayiş olundu.  Verilən məlumatdan aydın oldu ki, hazırda dünyanın 23 ölkəsinin (Türkiyə, Almaniya, Böyük Britaniya, Rusiya Federasiyası, Kanada, ABŞ və s.) 200-dək nüfuzlu ali məktəbində 853 nəfər təhsil alır. Q.Novruzov Azərbaycan gənclərinin Dövlət Proqramı üzrə dünyanın qabaqcıl ölkələrinin nüfuzlu ali məktəblərinə göndərilməsini təmin etmək üçün Alman Akademik Mübadilə Xidməti (DAAD), Fransa Dövlət Ali və Orta Təhsilinin Təşkili Mərkəzi (CNOUS) ilə imzalanmış ikitərəfli razılaşmalar əsasında birgə işlərin uğurla həyata keçirilməsindən, ABŞ-da Beynəlxalq Təhsil İnstitutu (İİE) ilə əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrimizin seçdikləri ixtisaslardan, bundan başqa həyata keçirilən digər xüsusi layihələrdən söz açdı. Qeyd olundu ki, ötən illərdən fərqli olaraq bu il Dövlət Proqramının yerinə yetirilməsində məzmun və forma baxımından dəyişikliklər baş vermişdir. Bunlar prioritetlərin qabaqcadan ictimaiyyətə çatdırılması, sənəd qəbulu üçün kifayət qədər vaxtın verilməsi, xaricdə təhsil üçün sənədlərin elektron ərizə formasında qəbulunun həyata keçirilməsidir.

Məruzə-təqdimatda daha sonra cari tədris ilində olduğu kimi 2012-2013-cü tədris ilindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil üçün prioritet hesab olunan ixtisasların adları açıqlandı. Dövlət Proqramı çərçivəsində təhsilin mümkün əhatə coğrafiyası, hazırda təhsil alanların əhatə coğrafiyası ilə bağlı hazırlanmış xüsusi xəritələrin nümayişi isə iclas iştirakçılarına dünyanın bir sıra inkişaf etmiş ölkələrində təhsilin müxtəlif səviyyələri üzrə təhsil alan tələbələrimiz haqqında geniş məlumat almağa imkan yaratdı. Bildirildi ki, gənclərimizin böyük əksəriyyəti xarici ali məktəblərdə tibb, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə təhsil alırlar. 2010-2011-ci tədris ilindən etibarən mühəndislik, İKT, neft sənayesi və digər bu kimi istiqamətlər prioritet elan olunduqdan sonra həmin ixtisaslar üzrə təhsil alanların sayı artıb.

Təqdimatda daha sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan tələbələrin Azərbaycanı layiqincə təmsil etmələrindən, ictimai fəaliyyətlərindən də söz açıldı, slaydlarda onların müxtəlif konfranslarda, respublikamız üçün əlamətdar, həmçinin tarixi günlərimizlə bağlı keçirilən tədbirlərdə çəkilmiş fotolar nümayiş olundu.

Nazir müavini Q.Novruzov Dövlət Proqramının icrası ilə bağlı xaricdə təhsil alanların təhsilləri üçün illər üzrə Dövlət Neft Fondu tərəfindən ayrılmış vəsait barədə də danışdı, nəzərdə tutulan vəsaitin illər üzrə təsnifatını apardı.

Qulu Novruzov Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərindən məzun olanların illər üzrə statistikasını açıqladı. Qeyd olundu ki, bu günə qədər proqram çərçivəsində 322 gənc məzun olub. Məzunların illər, ölkələr və ixtisaslar üzrə bölgüsünü əks etdirən diaqramlar iştirakçılara nümayiş etdirildi, gənclərin işlə təmin olunmasına dair bəzi məlumatlar açıqlandı. Bildirildi ki, məzunların 47 faizi dövlət, 53 faizi isə qeyri-dövlət sektorunda çalışır.

Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilmiş tədbirlərdən, əldə olunan nəticələrdən və qarşıda duran vəzifələrdən ətraflı danışan məruzəçi çıxışının  sonunda proqram çərçivəsində aparılan işlərin səmərəliliyini artırmaq üçün Təhsil Nazirliyinin irəli sürdüyü təklifləri kollegiya iştirakçılarının diqqətinə çatdırdı və proqramın reallaşdırılmasında əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirdi.

Sonra məruzə ətrafında çıxışlar oldu.

Gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onların yüksək təhsil almaları üçün dövlətimiz tərəfindən yaradılan imkan və şəraitdən, göstərilən diqqət və qayğıdan danışdılar.

Çıxış edənlər azərbaycanlı gənclərin hərtərəfli bilik və bacarığa malik olması üçün Dövlət Proqramının icrası prosesində müvafiq qurumların təkliflərinin nəzərə alınmasının zəruriliyini qeyd etdilər.

Çıxışlarda  xaricdə təhsillə bağlı Dövlət Proqramının icrası barədə hazırlanmış məruzə-təqdimatın yüksək səviyyədə hazırlandığı, burada görülmüş işlər, əldə olunan nəticələr haqqında məlumatların dolğun şəkildə öz əksini tapdığı qeyd olundu, bəzi məsələlərə münasibət bildirildi, təkliflər  səsləndirildi.    

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov