Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Dünya təhsili

 

Braziliya Federativ Respublikasının təhsil sistemi

 
 

Braziliya Federativ Respublikası

 
   
Ərazisi:   8514876 kv. km
Əhalisi: 185 milyon nəfər
Paytaxtı: Braziliya
Dövlət dili: Portuqal dili
Pul vahidi:  Real
 

Təhsil sistemi 

Cənubi Amerikanın şərqində yerləşən Braziliya dünyanın ən böyük ölkələrindən biridir. XX əsr Braziliyada həyatın digər sahələrində olduğu kimi, təhsil sektorunda da ciddi dəyişiklik dövrü hesab olunur.

Ölkə təhsili əsas, orta və ali təhsil səviyyəsinə bölünür. Təhsil sisteminin əsas məqsədi bazar iqtisadiyyatı şəraitində uğur qazanmağı bacaran kadrlar yetişdirmək və yüksək səviyyəli ali təhsilli mütəxəssislər hazırlamaqdan ibarətdir. Ölkə təhsili federal hökumət və yerli idarəetmə orqanlarının nəzarəti altındadır.

Məktəbəqədər təhsil müəssisələrinə 2-6 yaş arasında olan uşaqlar cəlb edilir. Tam orta təhsil ibtidai (I-IV siniflər), əsas (V-VIII siniflər) və orta (IX-XI siniflər) təhsil pillələrini əhatə edir. İbtidai məktəblərin əksəriyyəti bələdiyyələr və ya ştatlar tərəfindən maliyyələşdirilir. Təhsil 6 yaşından 14 yaşına (I-VIII siniflər) qədər hamı üçün icbari və ödənişsizdir.

Ali təhsil 5 il, magistr və doktor dərəcə proqramları isə 2,5 il davam edir. Ölkədə ilk universitetlər Rio de Janeyro şəhərində təsis olunub. Minas Geras (1927), Porto Alegre (1934) və Sao Paulo (1934) universiteti Braziliyanın ən qocaman ali məktəbləri hesab olunurlar. Ali təhsil 2 hissədən ibarətdir: universitet təhsili və universitetdən sonrakı təhsil mərhələsi. Dövlətə məxsus ali məktəblərdə təhsil ödənişsiz əsaslarla həyata keçirilir. Bəzən bakalavr və magistr təhsili proqramlarının ingilis və Braziliya dillərində tədrisinə təsadüf etmək mümkündür.

Texniki peşə təhsili verən ali peşə məktəblərinə və texniki təhsil verən müəssisələrə də tələbat böyükdür. Belə tədris ocaqları əsasən istehsalat sahələri və digər müvafiq müəssisələrlə sıx əməkdaşlıq edir.

Müxtəlif yaşda olan insanlar üçün yaşlıların təhsili proqramları nəzərdə tutulub. Yaşlıların təhsili proqramlarına daha çox müxtəlif səbəblərdən əsas təhsil pilləsini başa vura bilməyən şəxslər maraq göstərirlər. Davamlı təhsil proqramları isə işləyən və ali təhsil almaq istəyən, o cümlədən texniki bilik və bacarıqlarını artırmaq istəyənlər üçün nəzərdə tutulub.

Braziliya Elm və Texnologiya Nazirliyi planlaşdırma, əlaqələndirmə, elm və texnologiyaya bağlı dövlət siyasətini həyata keçirir. Beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verən Braziliya Avropa İttifaqı, Avropa Komissiyası və digər beynəlxalq qurumlarla qarşılıqlı əlaqələri inkişaf etdirməkdədir. Həmçinin ayrı-ayrı ölkələrlə ikitərəfli təhsil əlaqələri daha da möhkəmləndirilir, elmi-tədqiqat sahələrində birgə layihələr reallaşdırılır.

Ölkənin təhsil sahəsində qazandığı uğurların nəticəsidir ki, çoxsaylı əcnəbi tələbələr bir sıra sahələr üzrə yüksək ixtisas almaq üçün Braziliya universitetlərini seçirlər. 

Məktəbəqədər təhsil 

Braziliyada məktəbəqədər təhsilin əsas məqsədi uşaqların fiziki-psixoloji, intellektual və sosial inkişafını təmin etməkdən ibarətdir. 2 yaşlı uşaqlar üçün gündəlik qayğı mərkəzləri, 2-3 yaşlı uşaqlar üçün uşaq bağçaları, 4-6 yaş arası uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

Son illər bir sıra erkən uşaqlığa qayğı və təhsilin keyfiyyətinin yaxşılaşdırılması proqramları qəbul edilib. Bütün bunlar məktəbəqədər təhsilin müasir tələblər səviyyəsinə qaldırılması və uşaqların məktəbə hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Orta təhsil 

Ölkədə tam orta təhsil ibtidai (I-IV siniflər), əsas (V-VIII siniflər) və orta (IX-XI siniflər) təhsil pillələrini əhatə edir. İbtidai məktəblərin əksəriyyəti bələdiyyələr və ya ştatlar tərəfindən maliyyələşdirilir. Təhsil 6-14 yaşlı uşaqlar (I-VIII siniflər) üçün icbari və ödənişsizdir. Braziliyada kurikulum islahatlarına 2006-cı ildən başlanılıb.

Kommunal, dərslik və məktəbli forması üçün lazım olan xərclər bələdiyyələr tərəfindən ödənilir. Müəllimlərin təyinatı məsələlərinə də bələdiyyələr cavabdehlik daşıyır. Tədris ili fevralda başlayır və noyabrda başa çatır. Təlim Braziliya və portuqal dillərində aparılır. İngilis, ispan və fransız dilləri isə xarici dil kimi tədris olunur. Müəllimlərin dərs yükü gündə 4, həftədə 22 saata qədər ola bilər.

Orta təhsil proqramında tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və biologiya fənləri tədris olunur. Son illər fəlsəfə və sosiologiya fənləri də orta məktəb proqramlarına daxil edilib.

Bəzi orta məktəblərdə kənd təsərrüfatı sahəsində peşə təhsili proqramları tədris olunur. Tədris proqramları regionlardan və şagirdlərin qabiliyyətindən asılı olaraq dəyişə bilər. 

Texniki peşə təhsili 

Braziliyada gənclərin iş həyatına hazırlanması üçün peşə və texniki peşə təhsilinin inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Orta təhsillə peşə və texniki peşə təhsili arasında inteqrasiyanın genişləndirilməsi üçün əhəmiyyətli addımlar atılır.

Peşə və texniki peşə təhsilinin əhəmiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə YUNESKO təhsil işçilərinin, eləcə də texniki işçi heyətin bilik və bacarıqlarının artırılmasına yaxından dəstək verir. 1997-ci ildən etibarən YUNESKO ilə bu sahədə əməkdaşlıq edilir.

Texniki peşə təhsili verən tədris ocaqlarında ehtiyac duyulan bütün sahələr üzrə mütəxəssislər hazırlanır. Çoxsaylı peşə tədrisi müəssisələri açıq rəqabət şəraitində nüfuzlarını qoruyub saxlamağa çalışır və ya digər qurumlarla birləşirlər. Son illər texniki peşə təhsili müəssisələrindən 31 Federal İnstitut, 75 yerli özünüidarəetmə orqanları nəzdində fəaliyyət göstərən Tədris Birliyi, 39 kənd təsərrüfatı üzrə texniki məktəb, 7 federal texniki məktəb, 8 digər müvafiq tədris ocağı universitetlərə birləşib. Texniki ali məktəblərdə magistr və fəlsəfə doktoru dərəcələri almaq mümkündür. 

Ali təhsil 

Braziliyada ali təhsil kursu 5 il, magistr və doktor dərəcə proqramları isə 2,5 il davam edir. Ölkədə ilk universitetlər Rio-de Janeyro şəhərində təsis olunub. Minas Geras (1927), Porto Alegre (1934) və Sao Paulo (1934) universitetləri Braziliyanın ən qocaman ali məktəbləri hesab olunurlar. Ali təhsil 2 hissədən ibarətdir: universitet təhsili və universitetdən sonrakı təhsil mərhələsi. Dövlətə məxsus ali məktəblərdə təhsil ödənişsiz əsaslarla həyata keçirilir. Bəzən bakalavr və magistr təhsili proqramlarının ingilis və Braziliya dillərində tədrisinə təsadüf etmək mümkündür.

Texniki peşə təhsili verən ali məktəblərə də tələbat böyükdür. Belə tədris ocaqları əsasən istehsalat sahələri və digər müvafiq müəssisələrlə sıx əməkdaşlıq edir.

XX əsrin birinci yarısında Braziliyada özəl və dövlət əsaslı təhsil müəssisələri federal institutlara çevrildilər. Ölkənin ali təhsil müəssisələrində 1,5 milyon nəfər təhsil alır. Tələbələrin əksəriyyəti özəl ali məktəblərdə təhsil alırlar. Braziliya universitetlərinin 52 faizi dövlət universitetləridir. Ölkə üzrə ümumilikdə, 2000-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Bir qayda olaraq özəl təhsil müəssisələrində daha çox əmək bazarının tələbatına uyğun mütəxəssislər hazırlanır. Dövlət təhsil müəssisələrində isə əsasən, elmi-tədqiqat sahələrinə maraq göstərənlər oxuyurlar.

Əsas özəl təhsil müəssisələri sırasına Rio-de Janeyro Universiteti, Sao Paulo Katolik Universiteti, Kampinas Universiteti daxildir. Sao Paulo Universitetinin nəzdində 40 institut, kollec və məktəblər fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Braziliya ali təhsil müəssisələrinə daxil olmaq istəyən əcnəbilər Celpe-Bras imtahanını verməlidirlər. 

Elmi tədqiqatlar 

Braziliyada elmi və texnoloji tədqiqatlar əsasən dövlət universitetləri və tədqiqat institutlarında həyata keçirilir. Tədqiqat işlərinin 73 faizi dövlət tərəfindən maliyyələşdirilir.

Ölkənin ən məşhur tədqiqat müəssisələri sırasına Osvaldo Kruz İnstitutu, Butantan İnstitutu, Aerofəza Texniki Mərkəzi, Braziliya Kənd Təsərrüfatı Tədqiqi Korporasiyası, Fəza Tədqiqatı üzrə Milli institutlar daxildir. Bunlarla yanaşı, Dənizçilik Mərkəzi, Nüvə Enerjisi Mərkəzi, Texniki və Enerji İnstitutu, Braziliya Araşdırmalar İnstitutu fəaliyyət göstərir.

Tibb, mühəndislik və kompüter elmləri, sosial və tətbiqi elmlər, bioloji elmlər, kənd təsərrüfatı, incəsənət və dilçilik elmləri aparılan elmi tədqiqat işlərinin əsas istiqamətlərindəndir. Elmi tədqiqat işlərinə göstərilən diqqətin nəticəsidir ki, 3000-dən çox əcnəbi sırf elmi tədqiqat işləri ilə məşğul olur. 

Yaşlıların təhsili və davamlı təhsil 

Braziliyada yaşlıların təhsili müxtəlif yaş qruplarında olan yaşlılar üçün nəzərdə tutulub. Müəyyən səbəblərdən əsas təhsil pilləsini başa vurmayan şəxslər də yaşlıların təhsili kurslarının xidmətlərindən yararlana bilərlər.

Davamlı təhsil proqramları isə işləyən, ixtisasını artırmaq, karyera pilləsində yüksəlmək, daha üstün dərəcə əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Davamlı təhsil insanlara öz texniki  bilik və bacarıqlarını artırmağa və qloballaşan dünyanın tələbləri səviyyəsinə yüksəlməyə imkan yaradır. Hazırda hətta ölkənin kənd yerlərində yaşayan yaşlı əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün müəyyən tədris proqramları həyata keçirilir. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Braziliya Elm və Texnologiya Nazirliyinin rəsmi materiallarından  istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov