Azərbaycan
Milli Konservatoriyası tərkibində İncəsənət
Gimnaziyasında xalq yazıçısı Mirzə İbrahimovun
anadan olmasının 100 illiyinə həsr olunmuş "Zirvələrdə
yaşa, zirvələrdə qal" adlı ədəbi - bədii gecə
keçirildi. Əvvəlcə böyük ədibin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi. Mirzə
İbrahimova həsr olunmuş fotosərgi nümayiş edildi.
Tədbiri giriş sözü ilə açan təhsil ocağının
rəhbəri Maya Şabanbəyova görkəmli yazıçı,
tanınmış ictimai-siyasi xadim Mirzə İbrahimovun
bədii irsi, yaradıcılığı və fəaliyyəti barədə
ətraflı məlumat verdi. Prezident İlham Əliyevin
xalq yazıçısı Mirzə İbrahimovun 100 illik
yubileyinin keçirilməsi haqqında müvafiq
sərəncamı Azərbaycan ədəbiyyatına, elmi ictimai
fikrinə verilən yüksək qiymət kimi
dəyərləndirildi.
Böyük ədibin "Kəndçi qızı" və "Böyük dayaq"
əsərlərindən bir parçanı balaca aktyorlar
Cavidan, Orxan, Elmir məharətlə oynadılar.
Sözləri Mirzə İbrahimova, musiqisi isə Sevda
İbrahimovaya məxsus olan "Vətənin hüsnü"
mahnısını Nihad, Fərqanə ifa etdilər.
Xoreoqrafiya şöbəsinin şagirdləri ifa etdikləri
"Şənlik" rəqsi ilə gecəni daha da maraqlı və
yaddaqalan etdilər.
Tədbirin sonunda görkəmli yazıçı Mirzə
İbrahimova həsr olunmuş film nümayiş olundu.
Rəşad ZİYADOV |