Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Xalq Təhsili Muzeyində təqdimat mərasimi

 

Dekabrın 16-da Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində pedaqoji elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki Hüseyn Əhmədov tərəfindən XIX əsr ana dili dərsliklərimizin transliterasiya və faksimile yolu ilə yenidən nəşrinin təqdimat mərasimi keçirilib.

Mərasimi Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova açaraq bu dərsliklərin yeni redaktədə nəşrini görkəmli alimin milli məktəb və təhsil tariximizə böyük töhfəsi və vətəndaş-ziyalı mövqeyinin nümunəsi kimi qiymətləndirdi, onu 85 illik yubileyi münasibəti ilə təbrik edərək, görkəmli alimə cansağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladı.

Sonra tanınmış maarifçi alimin yetirməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov  professor Hüseyn Əhmədov tərəfindən XIX əsr dərsliklərimizin transliterasiya və faksimile yolu ilə yeni nəşrinin tarixi əhəmiyyəti haqqında geniş məruzə etdi.

Təqdimat mərasimində iştirak edən ADPU-nun professoru Əmrulla Paşayev, AMİ-nin kafedra müdiri, professor Rüfət Hüseynzadə, Təhsil Problemləri İnstitutunun direktoru,  professor Abdulla Mehrabov, Bakı Dövlət Universitetinin professoru Nübar Muxtarova,  professor Alxan Bayramoğlu çıxış edərək həm dərsliklərin milli maarifçiliyimizin formalaşmasında tarixi rolundan, həm də Hüseyn Əhmədovun bu təşəbbüsünün gənc nəslin keçmiş mədəni irsə sayğı ruhunda tərbiyəsi işində əhəmiyyətindən ətraflı bəhs etdilər.

Mərasimin yekununda pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi təşəkkür etdi,  transliterasiya və faksimile yolu ilə yenidən nəşr etdirdiyi  A.O.Çernyayevskinin "Vətən dili", Üzeyir Hacıbəylinin "Hesab məsələləri", Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası", Səfərəli Vəlibəyovun "Qüdrəti-xuda", İ.Qriqoryev və Mirzə Şəfi Vazehin "Kitabi-Türki" və s. kitabların tarixi əhəmiyyətindən bəhs etdi.

Sonda tədbir iştirakçıları Xalq Təhsili Muzeyində  Hüseyn Əhmədovun əsərlərindən ibarət sərgiyə böyük maraqla baxdılar.

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov