Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

ABŞ səfiri Astara Pedaqoji Kollecində

 

Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, xanımı Zeyno Baran-Brayza və YUNİSEF-in Azərbaycan üzrə ofis direktoru Mark Herevord Astara Pedaqoji Kollecində olublar. Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev qonaqlara Astara Pedaqoji Kollecinin tarixi, aparılan pedaqoji kadr hazırlığı, tədris olunan ixtisaslar, tələbə kontingenti, fənn-tədris kabinetləri, kitabxana, kompüter mərkəzi və s. haqqında qısa məlumat verib.

Sonra qonaqlar kollecin akt zalında müəllim və tələbələrlə görüşüblər. Səfir əvvəlcə gənclərə söz verərək onların arzu və məqsədləri, gələcək həyat planları ilə maraqlanıb. Sonra Metyu Brayza Cənub bölgəsinə səfərinin məqsədini açıqlayıb. 1905-ci ildə bu bölgədə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən ilk qızlar məktəbinin əsasının qoyulduğunu xatırladan diplomat söylədi ki, Heydər Əliyev Fondunun təşəbbüsü, ABŞ səfirliyinin və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə səyləri ilə Astarada qızlar üçün peşəyönümlü məktəb açılacaq və məktəb məşhur milyonçunun adını daşıyacaq.

Daha sonra səfir ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və gələcəkdə daha da möhkəmləndirilməsi perspektivləri barədə danışdı. Kollecin müəllimi Azər Fərəməzov səfirin gəlişini kollecin tarixində mühüm hadisə adlandıraraq ona xalqımızın ən ağrılı - Dağlıq Qarabağ probleminin bugünədək niyə həll olunmaması barədə sual verdi. Səfir bu və digər suallara ətraflı cavab verib.

Kollecdə gördüklərindən razı qalan qonaqlar kollektivin üzvləri ilə xatirə şəkli çəkdiriblər.

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov