Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Yaşadığım illərin ən uğurlusu

 

Hər kəsin yeni başlayan ildən gözləntiləri olur. Hər yeni il insanın hansısa arzusunu, diləyini hasilə gətirir, ömür yoluna özünün naxışını vurur.

Köhnə illə yeni ilin qovşağında dönüb arxaya - ömür yoluma nəzər salanda 63 illik həyatımda arzularımı göyərdən illəri az görmürəm. 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açmışam. Həmin il, təbii ki, mənim yox, ata-anamın diləyi hasil olub.

Gölkənd kənd orta məktəbini medalla bitirdiyim il, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olduğum və oranı bitirdiyim 1973-cü il, çox sevdiyim müəllimlik ixtisasına yiyələndikdən sonra ilk dəfə əlimə jurnal alıb sinfə girdiyim gün, daha neçə-neçə günlər, aylar, illər ömrümə bəzək vurub, arzularıma qol-qanad verib.

Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil kənd orta məktəbində işləmişəm. Daha sonra doğma Ağbulaq kənd orta məktəbində müəllim, təşkilatçı və dərs hissə müdiri kimi çalışmışam. Peşə fəaliyyətimdə həmişə yaxşı mənada fərqlənmişəm, çalışqanlığım, məsuliyyətim, daim öyrənmək həvəsim həmişə təqdir olunub. Krasnoselsk Rayon Təhsil Şöbəsinin inspektoru vəzifəsinə irəli çəkilmişəm. 1988-ci ildə mənfur ermənilərin məkrli siyasəti nəticəsində doğma ata-baba yurdumuzdan didərgin düşüb Bakı şəhərinə pənah gətirmişəm. O vaxtdan buradakı 82 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyirəm. Müxtəlif illərdə Bakı şəhəri Nərimanov Rayon Təhsil Şöbəsinin ştatdankənar metodisti kimi fəaliyyət göstərmiş, rayonda riyaziyyatın tədrisi keyfiyyətinin yüksəldilməsi işində müəllim həmkarlarıma bacardığım köməyi etmişəm. Avqust, sentyabr konfranslarının bölmə iclaslarının, olimpiadaların və digər bilik yarışları və müsabiqələrin təşkilində səy göstərmişəm. Yetirmələrim arasında olimpiada iştirakçıları və qalibləri çox olub.

Müəllimlik sənətinə sevgim məni daim öyrənməyə, ixtisasımı artırmağa sövq edib. 1999-cu ildə Türkiyə Respublikasında müasir təlim metodlarına aid seminarlarda iştirak edərək sertifikat almışam. 2003-cü ildə Təhsil Nazirliyi ilə ABŞ Təhsilin İnkişafı Mərkəzinin təşkil etdikləri "Fəal və interaktiv təlim metodları", 2004-cü ildə "Tədrisin keyfiyyətinin artırılması" komponenti çərçivəsində həyata keçirilmiş treninq və seminarlarda iştirak etmişəm, özüm müəllimlər üçün öyrədici seminarlar təşkil etmişəm.

Əməyim həmişə qiymətləndirilib. 2006-2007 və 2007-2008-ci tədris illərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanı ilə, dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşam.

Bütün bunlar hamısı ömür tariximə qırmızı hərflərlə yazılan illər, aylardır. Lakin bioqrafiyamın daha əlamətdar, sevinc anları ilə dolu səhifələri də vardır. 4 övladım var. Onların hər birinin doğum günü bir ata kimi ömrümün ən sevincli günləri olub. 2008-2009-cu tədris ilində möhtərəm Prezidentimizin sərəncamına əsasən keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və 5 min manat məbləğində pulla mükafatlandırılmışam. 2011-ci ili isə ömrümün ən uğurlu ili hesab edirəm. Çünki məhz yola salmağa hazırlaşdığım bu ildə mən möhtərəm Prezidentimizin sərəncamı ilə müəllimə verilən ən yüksək fəxri ada - "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşəm. Sadə, sıravi müəllimə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

Bu ilin mənə bəxş etdiyi bir sevinc payı da 7 nəvəmdən 2-nin I sinfə getməsidir. Çoxları üçün bəlkə də önəm kəsb etməyən bu hadisə məni çox sevindirir. Elm, təhsil yolunda atılan hər bir addım əsl müəllimə, sözün əsl mənasında, qol-qanad verir.

Yeri gəlmişkən deyim ki, 2011-ci il məktəbimiz üçün də əlamətdar olub. Bakının bir çox təhsil ocaqları kimi, işlədiyim 82 nömrəli tam orta məktəb də 2010-2011-ci dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub və möhtərəm Prezidentimizin sərəncamı ilə 10 min manat məbləğində birdəfəlik mükafat alıb. Təbii ki, bu da məni məktəbin fəal müəllimlərindən biri kimi hədsiz sevindirir. Axı məktəbin uğuru, ilk növbədə, onun direktorunun, müəllimlərinin uğurudur.

Uğurlarımıız isə son illər çox olub. Bu il 4 məzunumuz ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Məhz bütün bunlara görə mən belə hesab edirəm ki, bir neçə gündən sonra tarixə qovuşacaq 2011-ci il mənim yaddaşımda ən əlamətdar il kimi qalacaq. 

Əli MƏMMƏDOV,
Bakıdakı 82 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
əməkdar müəllim

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov