Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

İlin ən yaxşı idmançısı

 

Kərimli Anar Asif oğlu 1998-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, Zəngilan rayon 29 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. İdmana olan sevgisi  uşaqlıq illərindən yaranıb. Dediyinə görə, daha çox məşhur idmançı kino ulduzlarının filmlərinə baxdıqdan sonra idmanı daha çox sevməyə başlayıb.  Anar Azərbaycan dili, ədəbiyyat və tarix fənlərini daha çox sevir. O deyir ki, "Hər bir kəs öz xalqının tarixini və ədəbi irsini dərindən bilməli, ona hörmətlə yanaşmalıdır. Hansı sənəti sevib seçsən də, mütləq Vətəninin tarixini, xalqının mədəniyyətini öyrənməyə borclusan". 13  yaşlı Anarın uğurları az deyil. Dərslərinə həvəslə yanaşsa da, hələ kiçik yaşlarından bu çevik və cəsur oğlanın arzuları ən çox idmanla bağlı olub. Özünü ən güclü idmançı kimi görmək istəyib. O, təcrübəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu Siyavuş Bayramovun yetirməsidir. Anar Kərimli  özü haqqında bunları əlavə etdi:

-İlk növbədə, idmanın yüksək inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  bütün idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm. İdmanı sevən bir yeniyetmə  kimi onu deyə bilərəm ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu olduqca vacibdir. İdmanda ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və məşqlərə ciddi yanaşırıq. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Xüsusən də məşqçi müəllimim Siyavuş Bayramova təşəkkürümü bildirirəm.  Hər bir işdə ağıl və səbr ilə hərəkət etmək lazımdır. Müəllimsiz sənin heç bir uğurun ola bilməz. Yaxşı perspektivli bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır. Bir şeyi qeyd etmək istərdim ki,  beynəlxalq turnirlərdə iştirak etmək üçün biz idmançılara maddi və mənəvi kömək göstərən  Karate Federasiyasına təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm.

Bu çalışqanlığın və fitri  istedadın sayəsində Anar  idmanda artıq kifayət qədər uğurlar qazanmış, qələbələr əldə etmişdir. O. respublika və beynəlxalq yarışlarda bir sıra yüksək mükafatlara layiq görülmüşdür. Anar iki dəfə Azərbaycan çempionu, İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən beynəlxalq turnirdə III yerin sahibi olub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov